Çingiz Abdullayev həqiqəti...
İnsaflı oxucular (lap elə insafsızları da) bilir ki, bəndəniz
həmişə alternativ
fikri dəstəkləyib
və tənqidə dözümlü olub. “Birinin azadlığı başladığı yerdə
o birinin azadlığı
itir”. Açması:
yəni sən öz fikirlərində azad olduğun kimi, qarşındakı da azaddır. Daha bir obrazlı
ifadə də işlədim ki, mətləbə uyğun
gəlsin: xalq həmişə öz şairini (yazıçıları
da əlavə edək) dar ağacında görmək
istəyir. Açması:
yəni xalq istəyir ki, onun sözçüsü
(mətbuat xidmətinin
rəhbəri anlamında
demirəm) həmişə
onun sözünü desin: hətta ölümə getsə belə.
Nəsə...
Dostlar, son zamanlar
dünyaca məşhur
yazarımız Çingiz
Abdullayevin bir neçə kəlməsi
kimlərisə cırnadıb. Mənə elə
gəlir ki, burda cırnamalı bir şey yoxdur.
Çingiz Abdullayev nə deyib? Deyib ki, İranda
həbs olunan Azərbaycan yazarlarının
həbsdən azad olunmasında onun rəhbərlik etdiyi Pen-klubun xidmətləri olub. Düz də deyib.
Onu da deyib
ki, jurnalist Rasim Əliyevin qətlinə görə
(bəli, məhz qətlinə) Azərbaycanın
futbol klublarını
(konkret “Qəbələ”ni) Avropa Kubok oyunlarından kənarlaşdırmaq istəyiblər
və o, bunun qarşısını almaq
üçün çabalar
göstərib. Sitat:
“Dedim ki, bu tez-tez təkrar
olunan hadisə deyil, faciədir...”
Çingiz Abdullayev deyir ki, Beynəlxalq Pen-Klub Dağlıq Qarabağ ermənilərini
dəstəkləyir. Bu məsələyə kimlərinsə
şübhəsi olmasın.
Çünki beynəlxalq təşkilatların
əksəriyyəti separatçılığı
himayə edir, elə Pen-Klub İnternəşnəl də.
Mən şəxsən bunun dəfələrlə şahidi
olmuşam, elə bu üzdən də beynəlxalq layihələrdə iştirakdan
boyun qaçırmışam.
Lap elə Londonun özündəki tədbirlərdə Dağlıq
Qarabağ ermənilərini
bir subyekt kimi tanımalarının
şahidi olmuşam və mənimlə olan dostlarımla birgə buna etiraz eləmişik.
Avropa Parlamentinin
Azərbaycanı sanksiyalarla
hədələyən qətnaməsi
də daha çox xaricdə bizim əleyhimizə fəaliyyət göstərən
ermənilərin və
ermənipərəst qüvvələrin
canfəşanlığının nəticəsidir. Çingiz Abdullayev də
elə bu təhlükələrə işarə
edirdi.
Məsələnin o biri tərəfi də Pen klubun filial olub-olmaması ilə bağlıdır. Azərbaycan Pen-Klubu 1994-cü ildə müstəqil təşkilat kimi qeydiyyatdan keçib və Çingiz Abdullayev son bir neçə ildir ki, qurumun prezidenti
seçilib. Sitat:
“Vaxtı ilə biz Beynəlxalq Pen Klubun üzvü idik, hətta ora üzvlük haqqı da ödəyirdik, amma onlar erməniləri
dəstəklədiklərinə görə bu quruma üzvlükdən imtina etdik...”
Bəli,
məlum təşkilatın
Gürcüstan və
Ermənistanda nümayəndəliyi
var, amma filial olmaqdansa, müstəqil təşkilat olmaq daha doğru deyilmi!? Onda öz siyasətini
də müstəqil qurursan.
Qurumun rəsmi
qeydiyyatdan keçməsilə
bağlı sənədlər
AYB.az saytında da yerləşdirilib.
Əslində sözümün canı heç bu sadaladıqlarım
da deyil, başqadır. Gəlin, düz danışaq,
dostlar. Azərbaycanı beynəlxalq səviyyədə
tanıdacaq yazarlardan biri, bəlkə də birincisi Çingiz Abdullayevdir.
Bir çox beynəlxalq təşkilatın üzvü
və rəhbəridir.
O başqa məsələ
ki, həddən artıq səmimidir. Ona görə də düşündüyünü hamı ilə bölüşür. Bu, Çingiz müəllimin
ən zəif damarıdır, özü
də bunu etiraf edir.
Amma o təkcə
yazılarına görə
yox, həm də ad və soyadına görə azərbaycanlıdır. Mən onunla bir neçə
səfərdə olmuşam
və şəxsiyyətinə,
yazılarına hörməti
görmüşəm: həm
xaricdə, həm də daxildə. Elə öz Azərbaycanımızda
insanların onun barəsində necə ağızdolusu danışdıqlarının
şahidi olmuşam.
Çingiz Abdullayev zaman-zaman Azərbaycanın başını
ucaldacaq çox işlər görüb, hətta bizi istəməyənlərin acığına
Parisin ortasında Azərbaycan bayrağı
asılmış taksini
dəfələrlə dövr
elətdirib. Çoxları da bunun şahidi olub.
Yuxarıda dediyim kimi, biz çox zaman öz ziyalılarımızın,
yazarlarımızın qədrini
bilmirik. Halbuki onları qorumalıyıq.
Çingiz Abdullayevlə fəxr
eləməyə dəyər,
dostlar!
O, Azərbaycanımıza hələ
çox lazım olacaq, elə bizlərə də!..
Sentyabr 2015
Elçin Hüseynbəyli
525-ci qəzet.- 2015.- 19 sentyabr.-
S.24