Yada düşdünün yeni sayı

 

 

BugünlərdəYada düşdüədəbi-bədii, nostalji jurnalın növbəti buraxılışı işıq üzü görüb.

 

Dərgi Zöhrə FərəcovanınDünya Azərbaycanı alqışladıyazısı ilə açılır: “12 iyun, 2015-ci il... O gün dünyanın diqqəti ölkəmizin paytaxtına yönəldi. 30-dan çox dövlət hökumət başçısı 68 min tamaşaçı ilə birlikdə Bakı Olimpiya Stadionunda ilk Avropa Olimpiya Oyunlarının əsrarəngiz açılış mərasimini izlədi. Həmin gün dünya ölkələri Azərbaycanın qısa müddətdə belə nüfuzlu bir tədbirə yüksək səviyyədə hazırlaşmasına şahid oldu”.

 

Millət vəkili, Əməkdar jurnalist Elmira Axundova “Bu insan hər bir yenilik üçün açıq idiyazısında Ümummilli Lider Heydər Əliyevin xarakterinin xüsusiyyətlərindən bəhs edib.

 

Musa Yaqubun unudulmazÖyrətmə özünə, öyrətmə mənişeiri jurnalınQəlbimizə yazılan şeirlərrubrikasında təqdim edilib.

 

Z.FərəcovaSəsi zamanın yaddaşındadırməqaləsində görkəmli xanəndə Cabbar Qaryağdıoğlu haqqında yazıb.

 

Xalq şairi Zəlimxan Yaqub Mirzə İbrahimovun foto-albomundan aldığı təəssüratlarıBöyüklüyün işığındaqeyd edib.

 

Şəfəq NasirinQatarından ayrılan durnayazısında mərhum jurnalist Vəsilə Usubova haqqında xatirələr qələmə alınıb.

 

Yazıçı-publisist Camal ZeynaloğlununÖlüm düşərgəsindən qaçışsənədli hekayəsi dərginin bu buraxılışında yer alıb.

 

JurnalınGözlədiyimiz kitablarrubrikasında yeni nəşrlər haqqında annotasiyalar öz əksini tapıb.

 

Uşaqlar, ay uşaqlarənənəvi bölümündə bu dəfə kiçik oxucular üçün materiallar təqdim edilib.

 

Salatın Əhmədlinin Tailandda gördükləriSəfər təəssüratları”nda əks olunub.

 

Şah Qəbələlinin jurnalın poçtuna göndərdiyi şeirləriBizə yazırlarrubrikasında verilib.

 

Professor Qəzənfər PaşayevinAyrılığa dözmək olmuryazısı şair Rasim Kərimlinin xatirəsinə həsr olunub.

 

Əbülfət MədətoğlununHəyatın hər üzünü tanıyan adamyazısında Nəbi Muxtarovun insani keyfiyyətlərindən, onunla bağlı xatirələrdən söz açılıb.

 

İradə Sarıyevanın “30 il əvvəl-avqustun 27-də doğmaları onu itirdi...”yazısında istedadlı kənd təsərrüfatı mütəxxəsisi Məmməd Cəfərov yad edilib.

 

DərgininProzabölümündə Əli bəy AzərininQarpız dilimi”, Nüşabə Əsəd Məmmədlinin hekayələri, “Poeziyarubrikasında Əkbər Qoşalının şeirləri dərc olunub.

 

Sahibə Sədnikqızı Qərbi Azərbaycan ədəbi mühitinin tanınmış ziyalısı Hüseynqulu MəmmədlidənXalq yaradıcılığının vurğunuyazısında söhbət açıb.

 

Professor Əsədulla QurbanovPortret cizgilər”də Tofiq Rəsulovu xatırlayıb.

 

Mahmud MahmudovSatirik publisistikanın tədqiqatçısıCeyran Əbdürrəhimova haqqında jurnalın bu sayında çıxış edib.

 

Dərgidə rəssam Kamil Kamalınİstəyirəm ki, incəsənət yaxşı olan hər şeyi uzunömürlü etsin...” müsahibəsi çap olunub.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 19 sentyabr.- S.24.