Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Sülh Gününü qeyd edib

 

 

Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə 21 sentyabr-Beynəlxalq Sülh Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

 

Müvafiq hüquq mühafizə qurumları, Azərbaycan Milli Elmlər Akademiyasının institutları, Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbiri mərkəzin direktoru Asif Usubəliyev açıb.

 

A. Usubəliyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin strateji istiqamətlərindən biri olan sülhə dözümlülüyə dəvət edən multikulturalizm mədəniyyətlərarası dialoq kimi dəyərlərin beynəlxalq münasibətlər sistemində təbliği barəsində qonaqlara geniş məlumat verib bu istiqamətdə Mədəniyyət Turizm Nazirliyi tərəfindən görülən işlərdən danışıb.

 

Daha sonra tədbirdə iştirak etmiş qonaqlar öz məruzələrində sülhün hüquq azadlıqlarının təmin olunması istiqamətində respublikada görülən işlər barəsində ətraflı məlumatlar veriblər.

 

Tədbir çərçivəsində aparılan təhlil fikir mübadiləsi zamanı iştirakçılar bir daha belə bir qənaətə gəldilər ki, tolerant multikultural dəyərlər təkcə dövlət siyasəti deyil, bu eyni zamanda tarixən Azərbaycan xalqına məxsus olan milli keyfiyyətlərdir.

 

Qeyd olunan dəyər keyfiyyətlərin qorunmasında isə mədəniyyət işçilərinin rolunun əvəzolunmaz olduğunu bildirən mərkəzin direktoru sülh əminamanlığın Azərbaycanda dövlət siyasəti olduğunu bildirib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 19 sentyabr.- S.17.