Mədəniyyət İncəsənət Universitetində Milli musiqi   qeyd edilib

 

    Milli musiqi günü kimi qeyd olunan Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin doğum günü sentyabr ayının 18-i Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində qeyd olundu. Universitetin rektoru professor Fərəh Əliyeva, müəllim tələbə heyətinin iştirak etdiyi tədbirdə əvvəlcəMusiqi sənətifakültəsinə qəbul olunan tələbələrə tələbə biletləri təqdim edildi. Rektor məhz belə gözəl əlamətdar bir gündə tələbə biletlərinin verilməsinin onlar üçün yadda qalan alcağını, 100 ilə yaxın tarixə malik bu Universitetin müəllimlərindən bəhrələnə biləcəkləri, peşəkar təhsil təcrübə qazanacaqlarını qeyd edərək, onları bir daha təbrik etdi.

    Daha sonra söz tələbələrə verildi. Musiqişünaslıq üzrə III kursda təhsil alan tələbə Məmmədova Şəfaqət hazırladığı gözəl maraqlı məruzə ilə çıxış edərək, Üzeyir bəyin yaradıcılığına bir nəzər saldı. Konsert ənənəvi olaraq bəstəkarın qəhrəmanlıq, mərdlik ruhluKoroğluopresının uvertyurası ilə başladı. Xalq artisti, professor, gözəl Ustad sənətkar Zamiq Əliyevin rəhbərliyi ilə tələbələrdən ibarət ansambl tədbir boyu Üzeyir bəyinCəngi”sini, romanslarını, nadir ifa olunanŞəfqət bacısımahnısı digər seçilmiş əsərlərini ifa edərək, Üzeyir bəyi, onun yaradıcılığının bütün dövrlərə aid olduğunu, hər zaman aktuallığını saxladığını, illər keçsə onun yaradıcılığına, əsərlərinə marağın daha da artdığını bir daha sübut etdi.

 

525-ci qəzet.- 2015.- 22 sentyabr.- S.7