Fikrət Qocaya
"Şərəf" ordeni təqdim olunub
Azərbaycan Yazıçılar Birliyində
(AYB) Xalq şairi Fikrət Qocaya "Şərəf" ordeninin
təqdim olunması ilə əlaqədar mərasim keçirilib.
APA-nın məlumatına görə, mərasimdə
Baş nazirin müavini, Xalq yazıçısı Elçin
Əfəndiyev, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar, Xalq şairi Zəlimxan Yaqub və başqaları
iştirak ediblər.
Xalq yazıçısı
Anar F.Qocanı "Şərəf" ordeni
ilə təltif olunması münasibətilə
təbrik edib, şairin yaradıcılığı
haqqında fikirlərini
bölüşüb.
Xalq yazıçısı
E. Əfəndiyev F. Qocanı
Azərbaycan ədəbiyyatının
istedadlı şairi, novator qələm adamı kimi dəyərləndirib və
bildirib ki, F. Qocanın 80 illik yubileyinin qeyd olunması Azərbaycan ədəbiyyatının hadisəsidir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev F. Qocanın vətəndaşlıq mövqeyindən
bəhs edərək,
onun müasir mədəniyyət mənzərəsində
tutduğu yerə, mövqeyə toxunub. Nazir qeyd
edib ki, F.Qocanın şeirlərindəki
qəhrəmanlıq mövzusu
gənclərə hər
zaman örnək olub. Sonra Ə. Qarayev "Şərəf"
ordenini və prezident İlham Əliyevin təbrik məktubunu F. Qocaya təqdim edib.
Xalq şairi
Zəlimxan Yaqub və AYB katibi
Rəşad Məcid də çıxış edərək
F. Qocaya 80 illik yubileyi münasibətilə xoş
arzularını bildiriblər.
525-ci qəzet.- 2015.- 23 sentyabr.-
S.7.