Üzeyir Hacıbəylinin 130 illiyi Ağcabədidə geniş
qeyd edilib
Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar,
görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin 130 illiyi
ölkəmizin hər
yerində möhtəşəm
bayram tədbirləri
ilə müşayiət
olunub. Heydər Əliyevin 18 sentyabr 1995-ci
il tarixli
sərəncamına uyğun
olaraq dünyaşöhrətli
musiqiçinin doğum
günü bu il də musiqisevərlər
tərəfindən Milli
Musiqi Günü kimi təntənə ilə qeyd edilib.
Heydər
Əliyev Fondunun, respublika Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə sentyabrın 18-dən 28-dək keçirilən,
Üzeyir Hacıbəyliyə
həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində
təşkil olunan tədbirlər də bu baxımdan mühüm əhəmiyyət
kəsb edib, ölkədə və beynəlxalq aləmdə geniş rezonans doğurub.
Dahi bəstəkarın
bioqrafiyasında xüsusi
yeri olan Ağcabədidə də
yubiley münasibəti
ilə silsilə bayram mərasimləri həyata keçirilib. Onların
sırasında rayon icra
hakimiyyətinin, mədəniyyət
və turizm şöbəsinin təşəbbüsü
ilə təşkil olunan tədbir orijinallığı
ilə diqqəti çəkib. Rayonda bu istiqamətdə bundan əvvəl də bir sıra
mədəniyyət tədbirlərinin
təşkil olunduğunu
vurğulayan Üzeyir
Hacıbəyli adına
Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərovun qeyd etdiyi kimi,
sözügedən bayram
mərasimi bəstəkarın
məşhur əsərlərindəki
obrazların, personajların
iştirakı ilə
keçirilən yürüşlə
start götürüb. Rayondakı
Heydər Əliyev adına meydandan başlayıb Qarabağ Muğam Mərkəzində
başa çatan yürüş şəhər
sakinləri tərəfindən
məharətlə qarşılanıb.
Tədbir iştirakçıları Üzeyir
Hacıbəylinin şəhər
mərkəzində ucaldılan
abidəsi və Qarabağ Muğam Mərkəzinin qarşısındakı
büstü önünə
tər çiçək
dəstələri düzüb,
onun xatirəsini ehtiramla yad ediblər.
Sonra Üzeyir
Hacıbəylinin adını
daşıyan Qarabağ
Muğam Mərkəzində
təntənəli yubiley
mərasimi başlanıb. İctimaiyyət
nümayəndələrinin qatıldıqları tədbirdə
Ağcabədi rayon icra
hakimiyyətinin başçısı
Şahin Məmmədov,
millət vəkili Tahir Rzayev iştirak
ediblər.
Yığıncaqda adıçəkilən
rayon mədəniyyət və
turizm şöbəsinin
müdiri Rza Quliyev məruzə edərək, Üzeyir Hacıbəylinin zəngin
həyat və fəaliyyəti, Azərbaycan
professional musiqisinin inkişafında
onun göstərdiyi misilsiz xidmətlərindən,
dahi bəstəkara ölkəmizdə və dünyada bəstənilən
yüksək hörmət
və ehtiramdan ətraflı söhbət
açıb.
Söz sənət
adamlarına, musiqiçilərə
verilib. Yaqub Məmmədov adına
rayon Mədəniyyət evi
dram dərnəyinin üzvlərinin
Üzeyir Hacıbəylinin
"Arşın mal alan"
və "O olmasın
bu olsun" musiqili komediyalarından məharətlə nümayiş
etdirdikləri səhnələr,
yerli sənətçilər
Ulduz Qarayeva, Həvva Əmrahova, Arzu Abbasova və
Xaliqverdi Qarayevin ifasında bəstəkarın
mahnı və romanslarından ibarət konsert proqramı tamaşaçılara yüksək
əhval-ruhiyyə bəxş
edib, əsil bayram ovqatı yaşadıb.
Rayonda
VII Beynəlxalq Musiqi festivalı çərçivəsində
keçirilən bayram
tədbirləri Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri olduğu Fikrət Əmirov adına Azərbaycan
Dövlət Mahnı
və Rəqs Ansamblının Qarabağ
Muğam Mərkəzində
təqdim etdiyi geniş konsert proqramı ilə davam etdirilib.
Tədbirdə Ağcabədi rayon icra hakimiyyətinin başçısı
Şahin Məmmədov,
millət vəkilləri
Aqil Abbas və Tahir Rzayev
iştirak ediblər.
Tədbiri rayon icra hakimiyyəti
başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Naibə Mustafayeva açaraq, mərasim iştirakçılarını
salamlayıb, musiqiçilərə uğurlar diləyib.
Bayram mərasimi
Hacıbədəlli kənd
uşaq musiqi məktəbi şagirdlərinin
ifasında Ü.Hacıbəylinin
"Leyli və Məcnun" operasından
"Şəbi-hicran" xoru
ilə başlanıb.
Musiqi bayramında respublikanın
Əməkdar artisti Almaz Orucova, tanınmış müğənni
Nurlan Əzizbəyli,
Beynəlxalq mahnı müsabiqələrinin iştirakçıları
Ehtiram Hüseynov və Kazım-Nicat Fəxrinin uğurla ifa etdikləri Üzeyir Hacıbəylinin
"Arşın mal alan"
operettasından "Əsgərin
ariyası", "Telli
və Vəlinin dueti", "Qaragöz"
mahnısı, "Şuşanın
dağları", "İrəvanda
xal qalmadı" xalq mahnıları iştirakçıların böyük
marağına və rəğbətinə səbəb
olub.
Sözügedən ansamblın solistləri,
Əməkdar artist Elnur
Süleymanov, Viktoriya Şahmuradova, Ruslan Hacıyev, Günel Şeyxova, Əlibəndə
Əliyev, Aydan Kamilova və başqalarının
sərgilədikləri "Uzundərə", "Naz
eləmə" , Rauf
Hacıyevin "Azərbaycan",
Cahangir Cahangirovun
"Bulaq başında"
rəqsləri, habelə
Akim Abdullayevin balabanda ifa etdiyi
"101" rəqsi,eləcə də digər konsert nümunələri tamaşaçıların
zövqünü oxşayıb,
alqışlarla qarşılanıb.
Tədbir
Fikrət Əmirov adına Azərbaycan
Dövlət Mahnı
və Rəqs Ansamblı solistlərinin ifasında "Yallı" rəqsi ilə yekunlaşıb.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2015.- 23 sentyabr.- S.2.