Tbilisidə Azərbaycan xalçaları sərgilənir
Tbilisi şəhərindəki "Avropa Evi"ndə Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsində
yaşayan azərbaycanlıların
toxuduqları xalçaların
sərgisi açılıb.
Sərgi "Qafqaz Ümid Əməkdaşlığı" təşkilatının təşəbbüsü
ilə keçirilib. Təşkilatın rəhbəri amerikalı Rayn Smit açılışda
çıxış edərək
xalçaçılıq sənəti və qədim xalça nümunələri haqqında
məlumat verib.
O bildirib ki, Bakıda
Azərbaycan dili və xalçaçılıq
sənətini öyrəndikdən
sonra Gürcüstana köçüb və hazırda burada xalçaçılıqla məşğul
olur:
"Biz xalça mədəniyyətini
yaşatmaq istəyirik
və buna nail oluruq. Bir xalça
2-3 aya toxunur və azərbaycanlı qadın xalça ustaları bu işi məharətlə
görürlər. Bu sənət nəsildən-nəslə
ötürülür. Bizim müxtəlif çeşnilər
barədə zəngin
məlumatımız var
və artıq 50-dən
çox xalça toxunub". Sərgidə 15 xalça nümayiş
olunub.
Sonda xalça
ustalarına hədiyyələr
təqdim edilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 24 sentyabr.-S.7