Türkiyənin "Səhnə" dərgisi Amaliya Pənahovadan yazıb

 

Türkiyənin məşhur "Səhnə" dərgisinin avqust sayı üz qabığında Xalq artisti, professor Amaliya Pənahovanın şəkli ilə teatrsevərlərin görüşünə gəlib.

 

Teatr, balet opera mövzusunda sanballı yazıların yer aldığı mötəbər dərgidə həmçinin tanınmış Azərbaycan aktrisası haqqında geniş məqalə öz əksini tapıb.

 

Dərginin əməkdaşı bu il 70 illiyi həm Azərbaycanda, həm Türkiyədə geniş qeyd olunan xalq artistinin həyat yaradıcılıq yolundan söhbət açıb. Yazıda qeyd olunub ki, Amaliya Pənahovanın yaradıcılığı TÜRKSOY tərəfindən yüksək qiymətləndirilib aktrisa bu təşkilatın Haldun Taner medalına layiq görülüb. 

Bu il yüz illik yubileyi qeyd olunan dahi türk dramaturqu Haldun Tanerin xatirəsinə həsr edilmiş ödül TÜRKSOY-un ali mükafatlarındandır Amaliya Pənahova bu mükafata layiq görülən Azərbaycan incəsənət xadimidir.

 

TÜRKSOY-un rəsmi saytında da sənətkarın yaradıcılığı geniş işıqlandırılıb.

 

525-ci qəzet.- 2015.- 24 sentyabr.- S.7.