"Türk ocağı"nın Azərbaycanda fəaliyyəti ilə bağlı dəyərli nəşr

 

 

"İctimai məzmunu, əsas qayəsi türk millətini sevmək ucaltmaq olan, Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixinin formalaşmasında, milli əsaslara söykənməsində əvəzsiz xidmətlər göstərən "Türk ocağı" fəaliyyətinin bir əsrini tamamladı.

 

Milli fikir düşüncə insanlarının ətrafına yığışdığı bu böyük "Ocaq" ömrünün ikinci yüzilliyinə qədəm qoydu. XIX əsrin sonları XX əsrin əvvəllərində tənzimat fərmanından, Balkan hərbindən sonra Osmanlı dövlətini daxildən zəiflədib, parçalamağa çalışanların planlarını millətin iradəsinə söykənərək sıradan çıxaran "Türk ocağı" yarandığı gündən etibarən türk dünyası birliyi ideyasının da müəllifidir". Bu fikirlər "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının bugünlərdə nəşr olunmuş "Türk ocağı" Azərbaycanda" kitabındandır.  

 

Kitabda 1918-ci ilin sentyabrında Azərbaycanda təsis edilən "Türk ocağı" cəmiyyətinin fəaliyyətindən bəhs edilir: "Qısa fasilələrlə 1920-ci ilin aprelinədək Bakı ətraf bölgələrdə ideoloji aparan bu qurumun təsisçiləri görkəmli ədiblər tanınmış siyasətçilərdir. Türkiyədə qurulan "Türk ocağı"nın nizamnaməsinə uyğun fəaliyyət göstərən bu cəmiyyətin tarixi ilk dəfə olaraq tədqiq olunur".

 

Nəşrdə təşkilat barəsində ətraflı məlumat verilib: "Türk ocağı"- türk xalqlarının milli ruhda tərbiyəsinə, elmi, ictimai iqtisadi səviyyəsinin tərəqqisinə nail olmaq məqsədilə yaradılmış cəmiyyətdir. 1911-ci ilin martın 12-də İstanbulda təsis olunub. Cəmiyyət eyniadlı klublar, məktəblər açmağa, kitab risalələr nəşr etməyə çalışırdı. Həmin dövrdə İstanbulda yaşayan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Məhəmməd Əmin Rəsulzadə "Türk ocağı"nda çalışıblar.

 

Müəllif bildirir ki, "Türk ocağı"nın qurucuları sırasında Azərbaycan ziyalılarından  həm Abbasqulu Kazımzadə, Vəli Mikayıloğlu, Abdulla Şaiq, Şəfi bəy Rüstəmbəyli, Rza bəy Ağabəyov, Seyid Hüseyn, Məmmədbağır Şeyxzamanlının da əməyini xüsusi vurğulamaq lazımdır.

 

Kitabda qeyd olunub ki, Azərbaycan xalqının türk dünyasına bəxş etdiyi mütəfəkkir Əhməd bəy Ağaoğlunun İstanbuldakı kiçik odası milli dərdlərin problemlərin müzakirə yeri olduğundan, "Türk ocağı"nın təməli onun evində qoyuldu: "İstanbulda yaradılan "Türk ocağı" çox keçmədi ki, Türkiyənin bir çox bölgələrində öz şöbələrini yaratmağa nail oldu. Təşkilatın 1916-cı ildə 25,1919-cu ildə isə 35 şöbəsi fəaliyyət göstərirdi... Siyasətdən uzaq fəaliyyət göstərən "Türk ocağı" 1927-ci ildə nizamnamə yenilikləri ilə siyasətə qatıldı Cümhuriyyət Xalq Partiyasının siyasətini həyata keçirməyə başladı".

 

Nəşrdə "Türk ocağı"nın Bakıdakı fəaliyyəti geniş işıqlandırılıb. Qeyd olunub ki, 1918-ci ilin sentyabrın 24-də Əhməd Cavad, Abdulla Şaiq, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə   Tağı Nağızadə Bakı şəhər komendatına müraciət edərək "Osmanlı türkləri ilə Azərbaycan türklərini bir-birinə tanıtmaq" üçün "Türk ocağı" cəmiyyəti açmağa icazə istədilər. AXC-nin daxili işlər naziri Behbud ağa Cavanşir ərizənin üstünə belə bir dərkənar qoyub: "Türk ocağı"nın proqramı dairəsində təşkilatın açılmasına məhdudiyyət yoxdur".

 

Müəllif  "Türk ocağı"nın Bakıda hansı binada fəaliyyət göstərməsi ilə bağlı geniş araşdırma aparıb: "Cümhuriyyət dövrü ədəbiyyatının tədqiqatçılarından professor Asif Rüstəmlinin İnternet səhifəsində yayımladığı məqalədə "Türk ocağı"nın Azərbaycan Konstitusiya Məhkəməsinin hazırkı binasında yerləşdiyini yazır. "Azərbaycan" qəzetinin 1918-ci il, dekabrın 10-da çap olunan "Türk ocağı" sərlövhəli məqaləsində isə cəmiyyətin yerləşdiyi binanın dəqiqi ünvanı göstərilir".

 

A. Aşırlı kitabda həmçinin təşkilatın ilk konfransı haqqında da maraqlı məlumatları qeyd edib: "1918-ci ilin noyabr ayı ərzində "Türk ocağı"nın müzakirəyə çıxaracağı əsas mövzular barədə təşkilatın lider şəxsi qismində çıxış edən Əhməd Cavad konfranslarda hər kəsi fəal olmağa çağırırdı. O, cəmiyyətin müzakirə edəcəyi mövzuları konkret şəkildə bu cür qruplaşdırır: 1.Hərbi-ümumidə Türkiyənin əhəmiyyəti 2. Unudulmaz müdafiələr, türk əsgərlərinin şahgar rəşadətindən -Çanaqqala müdafiəsi. 3. Türkiyə asarı-tərəqqi, milli cərəyan, türk mədəniyyəti əsəri. 4. Türkiyədə həyati-nisvan. 5. Türkiyənin Azərbaycana qarşı əlaqəsi. 6. Hal-hazır haqqında bir mütaliə. "Türk ocağı"nın ilk konfransında məruzəçi azadlıq savaşının ideoloqu M. Ə. Rəsulzadə oldu". Məruzə tam şəkildə oxuculara təqdim edilib.

 

Kitabda qeyd olunub ki, Azərbaycanın müstəqilliyinə Rusiyadan ixrac olunan bolşevik təhlükəsini önləmək, aradan qaldırmaq üçün müsəlman türk fəhlələrini məlumatlandırmaq, onların həmrəyliyini yaratmaq üçün "Türk ocağı" bir sıra tədbirlər keçirib: "Belə tədbirlərin biri Bakı mədən rayonu müsəlman fəhlələrinin konfransı idi. 1920-ci ilin aprelin 8-də hər 25 nəfər bir mandat olmaqla Bakı neft mədənlərində çalışan 700-ə yaxın nümayəndənin  iştirakı ilə "Türk ocağı" salonunda konfrans keçirildi. Mərkəzi Həmkarlar İttifaqının sədri Məlik Yeqanov konfransın açılışında vurğuladı ki, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinə uyğun olan ali fəhlə orqanına ehtiyac var. Hökumət adından M. Ə. Rəsulzadə daxili işlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyli yaranmış vəziyyətə dair məruzə edərək Azərbaycan zəhmətkeşlərini həmrəyliyə milli hökuməti dəstəkləməyə çağırdılar. M. Ə. Rəsulzadə konfrans iştirakçılarına Rusiya ətraf bölgələrdə baş verən hadisələr barədə məlumat verərək, bolşevizm təhlükəsinin yarandığını, bunun isə müstəqilliyimizə böyük ziyan vuracağını qeyd edərək öz çıxışını yekunlaşdırdı.

 

1920-ci il aprelin 27-dən 28-nə keçən gecə konfransda səsləndirildiyi kimi bolşevizm təhlükəsi Azərbaycanı bürüdü. 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklərin təhdid təzyiqi ilə devrildi. Azərbaycan Cümhuriyyətinin milliləşmə, milli təsisatlar yaratmaq xalqın istiqlal arzularını təmsil etmək üçün apardığı mübarizə yarımçıq qaldı. Azərbaycan "Türk ocağı" təşkilatı da beləliklə öz ömrünü başa vurdu".

 

Kitabda ədəbi materiallarla yanaşı, "Türk ocağı"nın fəaliyyətinə dair sənədlər fotoşəkillər öz əksini tapıb.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 24 sentyabr.- S.6.