"Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə" məqalələr toplusu nəşr olunub

 

 

Bu günlərdə "Böyük ədib mütəfəkkir Əli bəy Hüseynzadə" məqalələr toplusu "Elm" nəşriyyatında çapdan çıxıb.

 

Bu toplu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 21 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanıb.

 

Topluya Əli bəy Hüseynzadə haqqında müstəqillik illərində yazılmış, əlibəyşünaslığın çağdaş inkişaf səviyyəsini əks etdirən elmi elmi-publisistik məqalələr daxil edilib. Bu məqalələr böyük ədib mütəfəkkir, görkəmli ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin mənalı ömür yolu çoxcəhətli fəaliyyəti barədə dolğun təsəvvür yaratmağa xidmət edir.

 

Akademik İsa Həbibbəylinin, tanınmış tədqiqatçılardan Əziz Mirəhmədovun, Yaşar Qarayevin, Nizami Cəfərovun, Vilayət Quliyevin, Yavuz Akpınarın, Bədirxan Əhmədovun, Şamil Vəliyevin, Azər Turanın, Zaman Əsgərlinin, Alxan Bayramoğlunun, Ofelya Bayramlının,Vaqif Arzumanlının, Gözdə Gingörün, Cavidə Məmmədovanın, Lütviyyə Əsgərzadənin, Firəngiz Cabbarovanın məqalələrində Əli bəy Hüseynzadənin həyatı yaradıcılığının, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının, "Molla Nəsrəddin" "Füyuzat" ədəbi məktəbləri əlaqələrinin aktual məsələləri öz əksini tapıb.

 

"Böyük ədib böyük mütəfəkkir Əli bəy Hüseynzadə" kitabının elmi redaktoru AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, tərtibçiləri çapa hazırlayanları isə Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Nikpur Cabbarlı, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist Şamil Vəliyevdir.

 

525-ci qəzet.- 2015.- 29 sentyabr.- S.7.