VII Beynəlxalq Musiqi
Festivalı çərçivəsində geniş
tədbirlər keçirilib
Üzeyir
Hacıbəylinin 130 illiyinə
həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Müslüm Maqomayev adına Dövlət
Filarmoniyasında "Baku Canta
Napoli" adlı konsert
proqramı təşkil
olunub.
Konsertdə dünya şöhrətli
italyan dirijoru Fabrisio Festanın dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin təqdimatında
dünya bəstəkarlarının
klassik musiqi əsərlərindən ibarət
kompozisiyalar səsləndirilib.
Tədbirdə İtaliyanın Azərbaycandakı
səfiri Ciampaolo Kutillo çıxış
edərək musiqi festivalının əhəmiyyətindən
söz açıb. Səfir qeyd
edib ki, VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində
silsilə konsert proqramlarının təşkil
edilməsi olduqca təqdirəlayiqdir.
Konsert proqramı
italiyalı pianoçu
Rikkardo Pyaçentininin
müşayiəti ilə
solistlər Tisiani Skandaletti və Azərbaycanın Xalq artisti Samir Cəfərov
tamaşaçılara klassik
musiqi əsərləri
təqdim ediblər. Daha sonra görkəmli İtaliya bəstəkarları
C.Verdinin "Traviata"
operasından prelüd",
F.Festanın "İtaliya
üslubunda uvertüra",
G.Deraconun "Neapolitan xalq
havaları əsasında
simfonik fantaziya", S.Biksionun "Mamma", F.Tostinin
"A Vucchella" neapolitan
mahnıları və
digər musiqi əsərləri səsləndirilib.
"Baku Canta Napoli" konsert proqramı tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 29 sentyabr.- S.7.