VII Beynəlxalq Musiqi Festivalı başa çatıb

 

 

Heydər Əliyev Fondu Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq musiqi festivalına sentyabrın 28-də yekun vurulub.

 

AZƏRTAC xəbər verir ki, festivalın bağlanış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında K.M.Veberin L.V.Bethovenin əsərləri səslənib. Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun idarə edib orkestrin solist rusiyalı pianoçu Andrey Şibko olub.

 

Festivalın son konsertində mədəniyyət turizm naziri Əbülfəs Qarayev iştirak edib.

 

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

 

Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilən VII Beynəlxalq Musiqi Festivalında da Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliyaKanadadan tanınmış musiqiçilər və kollektivlər iştirak ediblər. Sentyabrın 18-dən 28-dək davam edən festival günlərində ümumilikdə 30-dan artıq tədbir keçirilib. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında təşkil olunan bu tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış yerlidünya bəstəkarlarının əsərlərini dinləyiblər.

 

S.Abdullayeva

525-ci qəzet.- 2015.- 30 sentyabr.- S.7.