Tbilisidə Azərbaycan və Gürcüstan ədiblərinin görüşü olub
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan və Gürcüstan yazıçılarının görüşü olub.
Muzeyin direktoru Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən
görüşdə Azərbaycanın
əməkdar jurnalisti,
Gəncədəki "Tomris"
İctimai Birliyinin sədri Nüşabə Əsəd Məmmədlinin
gürcü dilindən
Azərbaycan dilinə
tərcümə etdiyi
"Unudulmuş əhvalat"
kitabının da təqdimatı keçirilib.
Tədbirdə hər iki ölkənin
tanınmış, elm, mədəniyyət,
incəsənət xadimləri,
ziyalılar iştirak
ediblər.
Tədbir
iştirakçıları əvvəlcə muzeylə
tanış olublar.
L.Əliyeva muzeyin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan
dövlətinin diqqət
və qayğısı
nəticəsində əsaslı
təmir olunmuş muzeydə hər iki ölkənin yazıçılarının əsərlərinin nüsxələri
saxlanılır. O, hər
iki ölkənin ədiblərinin əsərlərinin
Azərbaycan və gürcü dillərinə
tərcümə olunmasının,
şair və yazıçıların qarşılıqlı
səfərlərinin təşkilinin
ölkələrimiz arasında
dostluq, qardaşlıq
münasibətlərinin və
mədəni əlaqələrimizin
inkişafına xidmət
etdiyini vurğulayıb.
Sonra Azərbaycan Yazıçılar
Birliyinin (AYB) Qazax bölməsinin sədri
Barat Vüsal, Nüşabə
Əsəd Məmmədli,
"Qafqaz-Media" İctimai
Birliyinin sədri,
"Borçalı qəzeti"nin
baş redaktoru Azadə-Taleh Abbasqızı,
gürcü yazıçısı,
"Unudulmuş əhvalat"
kitabının müəllifi
Temur Amkoladza və başqaları çıxış edərək
tədbirin təşkilinə
görə minnətdarlıqlarını
bildiriblər.
Çıxışlarda muzeyin yüksək səviyyədə təmirinə
görə, Azərbaycan
dövlətinə xüsusi
minnətdarlıq ifadə
olunub.
Qeyd edilib ki, Azərbaycan dövləti ədəbiyyatın,
mədəniyyətin inkişafına,
yazıçı və
şairlərimizə daim
diqqət və qayğı göstərir. Muzeyin yenidən
qurulması və təmiri bu qayğının bariz nümunəsidir.
"Unudulmuş əhvalat"
povestinin təqdimatı
zamanı bildirilib ki, bu, gürcü
yazıçılarının Azərbaycan dilinə tərcümə edilmiş
ilk kitab deyil. Onlarla gürcü
ədibin əsərləri
Azərbaycan dilinə
tərcümə olunub.
Bu günədək bir neçə azərbaycanlı ədibin,
eləcə də Nüşabə Əsəd
Məmmədlinin də
əsərləri gürcü
dilinə tərcümə
edilib.
Daha sonra ədəbiyyatımızın, mədəni əlaqələrimizin
inkişafındakı rolunda
fərqlənən bir
qrup yazara diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr
verilib.
Sonda tədbir iştirakçılarına
gürcü ədəbiyyatının
görkəmli nümayəndəsi
Şota Rustavelinin Azərbaycan ədəbiyyatının
unudulmaz korifeyləri Səməd Vurğun, Məmməd Rahim və Süleyman Rüstəm tərəfindən
Azərbaycan dilinə
tərcümə olunmuş
"Pələng dərisi
geymiş pəhləvan"
əsərinin yeni tərtibatda çapdan çıxmış kitabı
təqdim edilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 6 yanvar.- S.7.