Xızıda Mikayıl Müşfiq
yad edilib
Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, 30-cu illər
repressiyasının qurbanı
Mikayıl Müşfiqin
xatirəsi anılıb.
Nakam şairin
ölümünün 77 illiyinə
həsr olunan mərasim rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib.
Ölməz şairin büstü
ətrafına toplaşan
şairlər, yazıçılar,
elm və incəsənət
xadimləri Mikayıl
Müşfiqin həyat
və yaradıcılığı
haqqında danışıb,
görkəmli poeziya ustasının ədəbiyyatımızda
tutduğu mövqedən,
lirikasının səciyyəvi
cəhətlərindən geniş
söhbət açıblar.
Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı
bacaran Müşfiqin şeirləri yaşlı
nəsillə bərabər,
gənclərin də
dilinin əzbəridir.
Anma mərasimində "Şöhrət"
ordenli, Əməkdar Müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq
Cabiroğlu, rəssam
Minayə Dəyanətqızı
və başqaları
çıxış edərək
görkəmli poeziya ustasının yaradıcılığının
gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik
hisslərinin tərbiyəsində
əvəzsiz xəzinə
olduğunu qeyd ediblər.
Tədbirdə Xızı məktəbliləri
şairin əsərlərini
səsləndiriblər.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 7 yanvar.- S.7.