Folklor İnstitutu Azərbaycan dastanlarını
təqdim edir
Milli Elmlər
Akademiyasının (AMEA) Folklor
İnstitutu dastan ifaçılığı barədə
geniş təsəvvür
yaratmaq, bu ifaçılığı əvəzsiz
bir sənət sahəsi kimi gələcək nəsillərə
çatdırmaq məqsədilə
silsilə musiqi albomları buraxmağı
vacib hesab edərək institutun nəzdində folklor studiyası yaradıb.
AMEA-dan bildirilib ki, studiyada yeni
buraxılan albomda dastan ifaçılığına
örnək olaraq Hüseyn Saraclının ifasında "Əsli və Kərəm", aşıq Əkbərin ifasında "Novruz və Qəndab", İmran Həsənovun ifasında "Qurbani"
dastanlarından əsas
hissələr lentə
alınıb. Hər üç
dastan Azərbaycan məhəbbət dastanlarının
ən gözəl nümunələri sırasındadır.
Folklor studiyasının
yaradılmasında məqsəd
folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron
informasiya bazasının
zənginləşdirilməsi, yüksək səviyyəli
audio və video materialların
hazırlanması işlərinin
təmin edilməsidir.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 7 yanvar.- S.7.