Əyyub Quliyev "Yevgeni Onegin"in musiqi rəhbəri olub
Vasiliy Safonov adına
Rusiya Dövlət Akademik Filarmoniyası və Opera Teatrının
böyük zalında
P.Çaykovskinin "Yevgeni
Onegin" operasının
premyerası keçirilib.
Dahi rus bəstəkarının
175-lik yubileyinə həsr
olunmuş premyera Rusiyanın Mədəniyyət
Nazirliyi və Safonov adına
Dövlət Akademik Filarmoniyasının təşkilatı
dəstəyi ilə baş tutub.
Operanın musiqi rəhbəri
- Dövlət Akademik
Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr
laureatı Əyyub Quliyev, quruluşçu rejissoru Andrey Nogin, quruluşçu rəssamı Mariya Pavlova, işıq üzrə rəssamı
Sergey Berejnoydur.
Əyyub Quliyevin bildirdiyinə görə, tamaşada Rusiya, Azərbaycan və Belarusun tanınmış musiqiçiləri
iştirak ediblər.
Tamaşada əsas rolları
beynəlxalq müsabiqələr
laureatı Sergey Maydanov
(Onegin), Rusiya Böyük Teatrın solisti İlya Qovziç (Lenskiy), beynəlxalq müsabiqələr
laureatları Yelena Filimonova
(Tatyana), Natalya Starkova (Olqa),
Rusiyanın "Gelikon
Opera" və Böyük
Teatrın solisti,
Fyodor Şalyapin adına
mükafatın laureatı
Mixail Qujov və başqaları ifa ediblər.
Tamaşada eyni zamanda Rusiya
Akademik Filarmoniyasının
xoru və simfonik orkestri iştirak edib. Dinləyicilər böyük qismi operanı ayaq üstə dinləyib.
Əsərin ifasından sonra
səhnəyə dəvət
olunan azərbaycanlı
dirijor və iştirakçı heyət
uzun sürən alqışlara layiq görülüb.
Qeyd edək ki, dirijor
Əyyub Quliyevin iştirakı ilə
"Yevgeniy Onegin"
operası ilə yanaşı, 2014-cü ildə
Rusiyada A.Rubinşteynin
"Demon", C.Verdinin "Traviata", P.Çaykovskinin
"İolanta" və
Q.Donisettinin "Sevgi şərbəti" operalarının
premyeraları gerçəkləşib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 7 yanvar.- S.7.