Şəmsi - 45 yaşlı dost həmkarıma
"Günəş"-adındakı
müqəddəs məna,
Layiqli övladdı Azərbaycana;
Nüfuzlu müəllim, naşir,
filosof...
Arada
"hacı" da deyirik ona...
Görünmək istəmir başda,
öndə O,
Darıxar getməsə hər
ay kəndə O;
Qoruyur müəllif hüquqlarını
Məşhur Yazıçılar Birliyində O.
Çiynində gəzdirər ən
ağır dağı
-
Yoxdur nə dincliyi, nə rahatlığı;
Türk,
ərəb, belarus,
çex də bilir ki,
Şəmsi bəy xoşlayır
tolerantlığı!
Daim təmasdadır
xeyirlə, şərlə.
Görüşüb Şahdağla, Kürlə, Xəzərlə;
Oxucu sevgisi əxz edib "Məni
çoxdan öldürüblər"
adlı əsərlə.
Güzəşt, xeyirxahlıq "maaş"sız
işi,
Zəhmətlə qazanıb "əla"nı,
"beş"i;
Neçə kimsəsizin dadına
yetib
Vədini
əmələ döndərən
kişi.
Hazırdır atəşə girməkdən
ötrü,
Köksünü tufana gərməkdən
ötrü;
Tez-tez İmişliyə salır
yolunu-
Dədə Məhəmmədi görməkdən
ötrü.
Güntac
- elm öyrənən sevimli
oğlu,
Qızı Şəms - ocağın
qəndi, noğulu;
Şəmsi atasıdır Dəyanətin
də,
Bağ salıb
- meyvəli, çiçək
qoxulu.
Məramı - Biz Marsa uçmaqdan
qabaq
Yerdə
ünsiyyətin dilini
tapaq;
...Ərməğan gətirib
uzaq səfərdən
Kiməsə "yanacaq", kiməsə papaq.
Gözəl söz ustası
Şəmsi Vəfadar
Nə dayı istəyir, nə də havadar;
Həzin
misraları məlhəm
kimidir,
Sözündə həm işıq,
həm də şəfa var!
Oqtay Rza
əməkdar müəllim
525-ci qəzet.- 2015.- 8 yanvar.- S.8.