Müəllim ömrünün
istisi və işığı
ŞABRANDA AZƏRBAYCANIN ƏMƏKDAR MÜƏLLİMİ BABƏK XUBYAROVUN 60 İLLİK YUBİLEYİ QEYD EDİLİB
Müəllimlik qocalmaq bilməyən peşələrdəndir. Hələ
bir neçə min il öncə
Çin filosofu Konfutsi demişdir: "Əgər birillik planın varsa, taxıl ək. Əgər onillik planın varsa, bağ sal. Əgər yüzillik planın
varsa, insanları öyrət!"
Dərin bilik, möhkəm bacarıq, yüksək tərbiyəlilik, insanı
öyrətməyə gedən
yol ilk əvvəl dərsdən keçir. Və bu
işlərin əsas
aparıcısı olan
müəllim əməyindən
asılıdır. Buna görə də müəllim əməyini
yüksək qiymətləndirən
Ümummillli lider Heydər Əliyev deyib: "Müəllimlik
çox şöhrətli
bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün
doğrudan da çox qiymətlidir".
Bugünlərdə Şabran şəhər Məmmədağa
Nəzirov adına 4 saylı tam orta məktəbdə Azərbaycanın
belə şöhrətli
və çox qiymətli müəllimlərindən
birinin - Respublikanın
Əməkdar Müəllimi
Babək Xubyarovun anadan olmasının 60 illiyinə həsr edilmiş təntənəli
yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü
ilə məktəbin
direktoru Füzuli Hüseynov açaraq yubilyarın bu məktəblə bağlılığından
danışdı. Bildirdi ki,
1977-ci ildə BDU-nun Tarix
fakültəsini fərqlənmə
diplomu ilə bitirən Babək müəllim ilk pedaqoji fəaliyyətinə bu məktəbdə başlayıb.
İyirmi il
bu məktəbdə ixtisası üzrə müəllim, sonralar direktor müavini işləyib.
Hazırda Yasamal rayon 158 saylı tam orta məktəbin müəllimidir.
Tədbir iştirakçıları ilk əvvəl
Babək müəllimin
doğma məktəbə
hədiyyə etdiyi qiymətli eksponat və əyani vəsaitlərlə zəngin
tarix kabinetinin açılışında iştirak
etdilər, onun açıq tarix dərsini dinlədilər. Sonra İctimai
Televiziyanın yubilyardan
bəhs edən "Azərbaycan müəllimi"
sənədli filminin nümayişi oldu.
Babək müəllimin şərəfli
ömür yolu haqqında pedaqoji elmlər doktoru, professor Mübariz Əmirov çıxış etdi. O dedi ki, Babək Ələkbər oğlu Xubyarov 1954-cü ildə Şabran rayonunda müəllim ailəsində
anadan olub. B.Xubyarov pedaqoji fəaliyyətə
başladığı illərdən
bu günə qədər həmişə
yenilikçi - novator pedaqoq kimi tanınıb.
O, qısa vaxt ərzində çalışdığı
məktəblərdə biri-birindən
zəngin tarix kabinetləri, muzey sinfi təşkil edib. 4 saylı
məktəbi tarix təmayüllü təhsil
ocağına çevirib.
Onun fəaliyyəti nəticəsində
tarix fənni üzrə məktəbin
şagirdləri rayon, zona,
respublika bilik yarışlarında, müsabiqələrdə,
fənn olimpiadalarında
ön yerləri tutublar. B.Xubyarov təlim prosesində müxtəlif tədris vasitələrinin: diktant materialları sistemini - perfokat (indiki test) kortiçka, albom, riyazi oyunlar, krossvord, çaynvord, elektrik və batareya ilə işləyən "Özünü
yoxla" xəritə
və diaqramlar sistemini yaradıb.
Ölkədə test sistemini tədris
prosesində öyrədici
və möhkəmləndirici
vasitə kimi ilk dəfə Babək müəllim tətbiq edib. B.Xubyarov ilk dəfə olaraq elektron vasitələri tarixin tədrisi prosesində tətbiq edərək mühüm irəliləyişə nail olub.
B.Xubyarov Təhsil Nazirliyinin kurikulumun tətbiqi ilə əlaqədar işçi qrupun üzvü olaraq yeni dərslik, tədris materiallarının
hazırlanmasında da
yaxından iştirak edir, öz tövsiyələrini
verir.
Babək müəllimin pedaqoji fəaliyyətində şagirdlərin
vətənpərvərlik ruhunda yetişdirilməsi əsas yer tutur. Yetişdirilmələri
içərisində onlarla
hərbçi dövlət
və orqan işçilərinin olması,
bir nəfərin isə Milli Qəhrəman adına
layiq görülməsi
heç də təsadüfi deyil.
B.Xubyarovun iş təcrübəsi
öyrənilərək rayon və respublika səviyyəsində yayılıb
və ona bu sahədəki bütün
fəxri adlar verilib. O, respublika müəllimlərinin qurultaylarında
nümayəndə olub,
Təhsil Nazirliyinin Milli Kurikulum Komissiyasında milli məsləhətçi, tarix
fənnləri üzrə
olimpiada komissiyasının
tarix fənnləri üzrə elmi-metodik şurasının üzvüdür.
Babək müəllimin pedaqoji fəaliyyəti ictimaiyyət
və dövlət tərəfindən həmişə
yüksək qiymətləndirilib. Onun fəaliyyəti
barədə məqalə,
oçerk, kitab yazılıb. Azərbaycan
Dövlət Televiziyası
müəllimin rəhbərlik
etdiyi bilik komandasından "Çıraqqalanın
N.Tusi zirvəsi", İctimai Televiziya isə "Müəllim ömrü" televiziya filmləri çəkib.
Şabran
rayon İcra Hakimiyyətinin
başçısı Novruz
Novruzov təbrik çıxışında dedi:
"Babək müəllim
haqqında xeyli əvvəllər eşitmişdim,
yaxşı müəllim
olduğu, Azərbaycan
tarixində möhtəşəm
yeri olan qədim Şabranın keçmişinin təəssübkeş
tədqiqatçılarından biri sayıldığı
barədə də məlumatım var idi. Biləndə ki, o həm də adlı-sanlı pedaqoq kimi qabaqcıl
təhsil işçisi,
Respublikanın Əməkdar
Müəllimi adına da layiq görülüb, onun bütün həmyerliləri kimi mən də sevinmişdim. İlk görüşümüz isə
bir vaxt onun şagirdi olduğu, sonra isə 20 il
müəllim işlədiyi
şəhər 4 saylı
orta məktəbinin
2012-ci ildə keçirilən
90 illik yubileyində oldu. Məktəbin yubileyində bu
gün ölkəmizin
ictimai həyatının
müxtəlif sahələrində
çalışan çoxsaylı
qabaqcıl ziyalılar,
keçmiş məzunlarla
birgə Babək müəllim də var idi. Tədbirdə maraqlı çıxış
elədi. Elə həmin
tədbirdə yaddaqalan
daha bir hadisənin şahidi oldum. Alim kimi təqdim
olunan gənc bir xanım çox maraqlı çıxış etdi.
Sonradan öyrənib bildim ki, çox
məzmunlu, son dərəcə
dəyərli çıxışı
ilə diqqətimi cəlb edən Könül xanım Babək müəllimin ali məktəbdə
gənclərimizə iqtisadiyyat
elmindən dərs deyən qızıymış.
Zənnimcə, Babək müəllim xoşbəxt atadır ki, alim övladının
uğurlarının sevincini
yaşayır. Babək müəllim rayonumuzda çalışan müəllimlər
arasında fərqlənib
Əməkdar müəllim
adına layiq görülsəydi, əlbəttə, buna təbii baxar, o qədər də heyrətlənməzdim. Ancaq Babək
müəllim ölkəmizin
paytaxtında, minlərlə
müəllimin arasında
fərqlənərək belə
bir ada layiq
görülüb. Bu isə olduqca qürurvericidir. Həmyerlimizin son dərəcə məsuliyyətli
bir elm olan tarix üzrə orta məktəblərin
4-5-6-cı siniflər üçün
dərslik müəllifi
olması isə onun həm də
nə qədər geniş təfəkkürə,
yüksək elmi potensiala, pedaqoji təcrübəyə malik
olmasını göstərir".
Babək
müəllimin hazırda
çalışdığı Yasamal rayonu 158 saylı tam orta məktəbin direktoru, Respublikanın Əməkdar
Müəllimi Zenfira Səmədova, tibb elmləri doktoru Ariz Xəlilov, Təhsil Nazirliyinin İdarə rəisi, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı, keçmiş şagirdlərdən
Şöhrət Məmmədov
və başqaları
gələcək nəslin
Vətənə layiq
vətəndaş kimi
təlim-tərbiyə alıb
yetişməsi üçün
çalışan Babək
müəllimə möhkəm
cansağlığı və
uğurlar arzuladılar.
Aydın
TAĞIYEV,
Çingiz XALİDOĞLU
525-ci qəzet.-
2015.- 8 yanvar.- S.8.