Daşkənd mediası Zeynəb Xanlarovadan yazıb
Daşkənddəki kultura.uz saytında böyük sənətkarımız, Xalq
artisti Zeynəb Xanlarova haqqında geniş material verilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin
təşəbbüsü ilə yazılan məqalənin əvvəlində
deyilir ki, Azərbaycanın, Özbəkistanın
və keçmiş
SSRİ-nin Xalq artisti Zeynəb Xanlarovanı dünyanın
bir çox ölkələrində alqışlayıblar
və bu Azərbaycan musiqisinin uğurudur.
Onun möhtəşəm
konsertləri, cazibəli
səsi, səhnə mədəniyyəti Özbəkistanda
hələ də yaddaşlarda qalır.
Yazıda Zeynəb Xanlarovanın yeniyetməlik və gənclik illərindən,
mahnı yaradıcılığından
söz açılır.
Vurğulanır ki, yaradıcılığında
muğam və xalq mahnıları əsas yer tutan
sənətkar bəstəkar
mahnılarına da müraciət edib.
Zeynəb
Xanlarovanın opera yaradıcılığı
barədə məlumat
verən müəllif
yazır ki, o, böyük Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin "Leyli
və Məcnun",
"Əsli və Kərəm", Müslüm
Maqomayevin "Şah İsmayıl", Şəfiqə
Axundovanın "Gəlin
qayası" və digər operalarda baş rollarda oynayıb.
Qeyd olunur ki, müğənni
Tofiq Quliyev, Arif Məlikov, Fikrət Əmirov, Qara Qarayev, Emin
Sabitoğlu, Ələkbər
Tağıyev və digər bəstəkarların
mahnılarını məharətlə
ifa edib.
525-ci qəzet.-
2015.- 9 yanvar.- S.7.