Xalq artisti Leyla Bədirbəylinin 95 illiyi tamam olub

 

 

Yanvarın 8-də Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasının 95 illiyi tamamlanıb.

 

Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli 1920-ci ilin yanvarın 8-də Bakı şəhərində dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

 

Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.

 

Filarmoniyada çalışdığı illərdə "Ayna" "Bakının işıqları" filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur.

 

O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara ("Solğun çiçəklər"), Solmaz ("Od gəlini"), Şəlalə ("Yalan"), Dezdemona ("Otello"), Liza ("Canlı meyit"), Nərminə ("Göz həkimi") digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

 

Kinoda iki rolu olsa da, o qədər tanınmayan bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə "Arşın mal alan" filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

 

Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyil. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən "Səbuhi", "Fətəli xan", "Dəli Kür", "Sevil", "Onun böyük ürəyi", "Dərviş Parisi partladır" filmlərində unudulmaz, eləcə yaddaqalan obrazlar yaradıb.

 

Görkəmli aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib Fəxri Xiyabanda dəfn olunub.

 

525-ci qəzet.- 2015.- 9 yanvar.- S.7.