Ənənəvi musiqi-folklor irsimiz: bərpa, təbliğat və inkişaf

 

"AZƏRBAYCANIN XALQ YARADICILIĞI PAYTAXTLARI" PROQRAMI UĞURLU NƏTİCƏLƏRLƏ YEKUNLAŞIB

 

 

(Əvvəli ötən sayımızda)

 

Keçmiş SSRİ dönəmində, bütün respublikalarda olduğu kimi, Azərbaycanda da Bəstəkarlar İttifaqına üzv bəstəkar musiqişünaslar mütəmadi olaraq folklor ekspedisiyalarına, yaradıcılıq ezamiyyətlərinə göndərilir, yerlərdə xalq mahnı rəqslərini nota yazır, bədii kollektivlər təşkil edir, repertuar hazırlayır, tövsiyələrini əsirgəmir verir bunlar barədə hesabat verirdilər. Fikrət Əmirovun, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun, Bayram Hüseynlinin başqalarının bu istiqamətdə fəaliyyətini qeyd edə bilərik. Başqa bir fakt: Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılığı Evi, sonra isə Xalq yaradıcılığı üzrə elmi-metodik mərkəz Bəstəkarlar İttifaqı ilə birlikdə (hər üçü Mənədiyyət Nazirliyinə tabe idi) xalq musiqisi, aşıq havaları muğamların toplanılması, nota yazılması, nəşri istiqamətində fəal bir şəkildə işləyirdi. Belə əməkdaşlığın davam etdirilməsinə, o cümlədən, bölgə folklorunun, etnomusiqi irsinin öyrənilməsinə indi daha geniş imkanlar yaradılıb. Təəssüf ki, təşəbbüskarlıq mövcud imkanların müqabilində hələlik yetərli görünmür. Yeri gəlmişkən, son illərdə Azərbaycan musiqi folkloruna dair audio-video ilə birlikdə işıq üzü görən not nəşrləri azdır. Halbuki sözügedən beşillik Proqram zəngin folklor irsinin mövcudluğunu göstərdi. Nəzərə alaq ki, regionlarımıza səfər edən xarici turistləri təkcə təbiətimiz mətbəximizlə deyil, zəngin qeyri-maddi mədəniyyətimizlə maraqlandıra bilərik ki, bu da ilk növbədə öz mütəxəssis maraqlarımızdan asılı olan bir məsələdir.   

 

Proqrama müasir mədəniyyət problemləri aspektində yanaşsaq, Azərbaycan folklorunun multikultural hadisə olması faktını qeyd etməliyik. Xüsusilə "Folklor paytaxtları" tədbirlərində özünü göstərən bu mədəni reallıq, Proqramın əhəmiyyətini bir daha aktuallaşdırmaqla yanaşı, folklor irsinin bərpası yaşadılması vəzifələrinin vacibliyini aktuallığını da əyani təsdiqlədi. Yeri gəlmişkən, Zaqatala Balakən rayonlarının Folklor paytaxtları elan olunması tədqiqatçıları bir çox maraqlı faktlar üzərində düşündürdü. Belə ki, bu rayonların, eləcə həmsərhəd Qax, Qəbələ, Oğuz, Şəki rayonlarının musiqi folkloru arasında bəzi maraqlı melodiya, intonasiya ortaqlığı, eləcə uyğun janr nümunələri, mahnı rəqs melodiyalarının tipik formulları musiqişünas folklorşünasları birgə elmi əməkdaşlığa "səsləyirlər". Bu zəngin faktlar bölgələrin musiqi folkorunun etnomusiqişünaslıq üçün vacib araşdırma obyekti olduğunu əsaslandırırlar. Əlbəttə, ilk baxışda cavabı asan olan bu folklor irsi, əslində, bir çox sualların həllində ciddi tədqiqatlara cəlb olunmalı, illərlə toplanılmalı, yazıya alınmalı, hərtərəfli araşdırılmalıdır. Bu baxımdan, mütəxəssislərin diqqətini məhz adıçəkilən rayonların musiqi folkloru vasitəsilə Alban musiqi mədəniyyətinin öyrənilməsinə cəlb etmək istəyirəm.

 

Təəssüf ki, gənc musiqişünaslar rahat "kabinet tədqiqatlarına" çox üstünlük verir, çətin, lakin daha vacib olan belə zəngin musiqi-folklor dəyərlərinin, aşıq havacatlarının, xalq ifaçılığının davamlı toplanılması bölgələrin araşdırılması işləri ilə məşğul olmurlar. Məhz belə yanaşmaların nəticəsində Qərbi Azərbaycan, Dərbənd, Borçalı, Cənubi Azərbaycan bölgələrindəki xalq-musiqi mədəniyyətimizi tədqiqatlardan kənarda saxlamışıq... Maraqlı görünən faktlardan biri hazırda Zaqatala Balakənin folklor musiqisində geniş tətbiq olunan tanbur alətidir. Sözügedən folklor festivallarında konsertlərində alətə geniş yer verilməsi təqdirəlayiqdir. Məlumdur ki, tanbur alətinin adı orta əsrlərin klassik poeziya nümunələrində, musiqişünaslıq risalələrində, səyyah qeydlərində çəkilib, alət miniatürlərdə təsvir olunub. Bu mənbələrdə alətin "Xorasan tanburu", "Şirvan tanburu" digər növləri göstərilib. Hazırda Azərbaycanda yaşayan alətin köklənmə xüsusiyyəti, səs-pərdə düzümü, folklor repertuarı, melodiya-intonasiya imkanları tədqiq olunarsa, həm folklor irsimizin yeni nümunələri yazıya alınar, həm musiqi təfəkkürümüzün qədim qatları haqqında yeni məlumatlar əldə edə bilərik. 

 

Nazirliyin tədbirləri vasitəsilə aşkar olunan bir çox folklor ansamblları, istedadlı xalq ifaçıları onların maraqlı ifaları bunu deməyə əsas verir ki, qarşıda dayanan mühüm vəzifələrdən biri ayrı-ayrı rayonların müxtəlif folklor ansambllarının, yerlərdəki mahnı rəqs kollektivlərinin professional səviyyədə video çəkilşlərini aparmaqdan onları İnternetə yerləşdirməkdən ibarətdir. Bölgələrin folklor ansambllarının, xalq sənətkarlarının Bakıda mütəmadi konsertlərinin keçirilməsi arzuolunandır. Ümumiyyətlə, bədii-musiqi kollektivlərinin folklor mədəniyyətinin bərpası yaşadılmasında əhəmiyyəti ayrıca tədqiqatlar tələb edən məsələdir. Nəzərə alaq ki, bazar iqtisadiyyatı şəraitində yerlərdə folklor ansamblları yaratmağın bir çox subyektiv obyektiv çətinlikləri vardır. Elə buna görə onların yaradılmasında fəaliyyətində iştirakı olan hər bir insanın əməyini vaxtlı-vaxtında stimullaşdırmaq, qiymətləndirmək lazımdır. Şübhəsiz, rayonlardakı tədbir iştirakçılarının nazirlik tərəfindən mükafatlandırılması, təltif edilməsi ictimaiyyətdə rəğbətlə qarşılanıb. Lakin Proqramın icrası elə aktual məqsədlərə həllivacib vəzifələrə hesablanıb ki, bu istiqamətdə görülməli işləri konkret tədbirləri onun başa çatması bəhanəsi ilə kənara qoymaq olmaz.

 

Xüsusilə, rayon şəhərlərdə mədəniyyət turizmə rəhbərlik edən rəsmi qurumlar belə məsələlərə həssas yanaşmalıdırlar. Yeri gəlmişkən, regionlardakı folklor-özfəaliyyət kollektivlərinin elektron media vasitəsilə təbliğ olunmaması təəssüf doğurur. Bölgələrdən müxtəlif verilişlər yayımlayan özəl telekanallar maraqlı özfəaliyyət xalq teatrı kollektivlərini, xalq ifaçılarını yerli qeyri-maddi mədəniyyət irsini tanıtsalar, təbliğ etsələr daha baxımlı olar, daha çox tamaşaçı nüfuzu qazanarlar. Belə məsələlərin həllində rayon şəhərlərin icra qurumları da maraqlı olmalıdırlar.

 

Bölgələrdə həyata keçirilən tədbirlər yerli əhali arasında, xüsusilə gənclərdə məktəblilərində bu rayonların qeyri-maddi mədəni irsinə, tarixinə, yaradıcı şəxsiyyətlərinə, etnoqrafiyasına, sənətkarlarına, ənənələrinə, musiqisinə ifaçılarına qarşı həssas, qayğılı münasibətin formalaşmasına müsbət təsir göstərıb. Qloballaşmanın "müasirlik" yalanlarına daha tez aldanan gəncləri anti-humanist təsirlərdən qorumaq, onlarda vətənə milli mədəniyyətə yüksək vətəndaşlıq münasibəti tərbiyə etmək naminə belə proqram layihələrin davamlı həyata keçirilməsinə hər zaman ehtiyac vardır. Beləliklə, beş ildir məqsədyönlü, ardıcıl fəal bir şəkildə həyata keçirilən "Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları" Proqramı özünün məqsədlərinə nail olub, uğurlu nəticələr əldə edib, Azərbaycanın qeyri-maddi mədəniyyətinin qorunması, təbliği inkişafı istiqamətində yeni real perspektivlər, imkanlar yaradıb.   

 

Ariz ABDULƏLİYEV

 

Bakı Musiqi Akademiyasının dosenti, böyük elmi işçi

525-ci qəzet.- 2015.- 9 yanvar.- S.6.