Əli HƏSƏNOV: Azərbaycan istəyir ki, onun milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşılsın

 

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Bloomberg” agentliyinə müsahibə verib. AzərTAc müsahibəni təqdim edir.

 

– Hörmətli Əli müəllim, Azərbaycan-ABŞ münasibətlərində son zamanlar yaranmış gərginliyi nə ilə izah edərdiniz? Kimdir günahkar (əgər belə demək mümkündürsə)?

 

– Azərbaycan Respublikasının xarici siyasəti bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulub. Azərbaycan bütün ölkələrlə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq və artıq formalaşmış tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirir. Tarixə nəzər salaraq, əminliklə qeyd edə bilərik ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafında buya digər qlobal geosiyasi, geoiqtisadi və hərbi-geostrateji məsələlərə yanaşmada, Xəzərin alternativ enerji resurslarının dövriyyəyə buraxılması və üçüncü minillikdə Qərbin enerji təhlükəsizliyinin təmin olunması kimi məsələlərdə üst-üstə düşən mövqelər böyük rol oynayıb. Məhz Azərbaycan Xəzər regionunu Qərbin üzünə açıb, ABŞ və Avropanın nəhəng neft şirkətlərinin Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatı və ixracında iştirakını təmin edib. Azərbaycan 1994-cü ildə NATO-nunSülh naminə tərəfdaşlıq” proqramına qoşulub, Kosovo, İraq və Əfqanıstan kimi qaynar nöqtələrdə bu qurumun sülhyaratma missiyasında fəal iştirak edib. Prezident Heydər Əliyev 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktına çevik reaksiya verən, bu aktı birmənalı pisləyən ilk dünya prezidentlərindən biri oluböz ölkəsinin münasibətini ortaya qoyub. Azərbaycan demokratiya yolu ilə inamla irəliləyən modern müsəlman ölkəsi kimi Qərb institutları ilə daim yaxından əməkdaşlıq edib, Avropa Şurasına daxil olub, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulub, vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın inkişafına, insan hüquq və azadlıqlarının təmin olunmasına hərtərəfli dövlət dəstəyi göstərib. Məntiqlə yanaşsaq, hesab etmək olar ki, bütün bunlar ABŞ-Azərbaycan əlaqələrini sonrakı dövrdə də hər iki xalqın və dövlətin maraqları nəzərə alınmaqla, qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirməlidir.

 

Ancaq təəssüf ki, son illər ABŞ-ın bəzi dairələri, xüsusən bir sıra qeyri-hökumət təşkilatları, media və ayrı-ayrı “ekspertlər”  Azərbaycana qarşı qeyri-sağlam, tərəfdaşlıq münasibətlərinin ruhuna zidd olanqara piar” kampaniyası həyata keçirirlər. Bu kampaniyanın məntiqini, məqsədini, hədəflərini anlamaqizah etmək çətin olsa da, onun ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi aydın görünür. Üstəlik, ABŞ Dövlət Departamentindəki bəzi məmurlar da hərdən anlaşılmaz açıqlamalar verərək, Azərbaycan ictimaiyyətini çaşdırır və müvafiq olaraq iki ölkə arasındakı konstruktiv münasibətlərə xələl gətirirlər.

 

– Razısınızmı ki, münasibətlər heç vaxt indiki kimi gərgin olmayıb?

 

– Düşünmürəm ki, ABŞ-ın bəzi keçmiş uğursuz məmurlarının hazırda “ekspert” qismində tez-tez ona-buna, o cümlədən beynəlxalq hüququn subyekti olan müstəqil dövlətlərə ağıl öyrətməyə çalışması, yaxud buya digər hüquqazidd çağırışlar etməsi, müvafiq olaraq, qarşı tərəfin də onlara adekvat cavab verməsi iki ölkə arasındakı dərin tərəfdaşlıq münasibətlərini gərginləşdirmək gücündədir. Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir. Düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin  gələcək tendensiyasını da məhz bu amillər müəyyən edəcək. Odur ki, bu tipli bədbin yanaşma ilə ABŞ-Azərbaycan dövlətlərarası münasibətlərini xarakterizə etmək yanlışdır.

 

– Azərbaycan hökumətinin ABŞ-dan əsas gözləntiləri nədir? Narazılıq yaradan əsas səbəblər hansılardır?

 

– ABŞ dünyanın ən nəhəng dövlətidir, qlobal proseslərə ciddi təsir imkanlarına malikdir, Azərbaycan isə keçən 23 ildə uğurlu daxilixarici siyasət nəticəsində milli çərçivədən çıxaraq regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev istəyir ki, bütün dünya ölkələri onun ölkəsinin milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşsınlar. Belə münasibəti Azərbaycan ilk növbədə qlobal dünya siyasətini formalaşdıran BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən - ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa kimi ölkələrdən, habelə İran, Türkiyə və s. kimi qonşu və tərəfdaş dövlətlərdən gözləyir. Çünki bizim ölkənin özü bütün dünya dövlətlərinə, onların milli maraqlarına və müstəqil iradəsinə məhz bu səpgidən yanaşır. Azərbaycan istəyir ki, onu istədikləri kimi deyil, olduğu kimi qəbul etsinlər. Ona görə də bəzi dairələr başa düşməlidir ki, Azərbaycan müstəqil ölkə kimi xarici siyasətində daim öz milli maraqlarını rəhbər tutub, heç vaxt təzyiq və təhdid cəhdlərini qəbul etməyib və gələcəkdə də etməyəcək. İkitərəfli əlaqələr kimlərinsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində deyil, ümumi maraqlar, bərabərhüquqlu əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə bilər. Azərbaycanı “satellit”, yaxud forpost dövlət kimi görmək istəyənlər nə qədər tez bu fikirlərindən əl çəksələr, ölkəmizlə bir o qədər yaxın dost ola bilərlər.

 

– Doğrudanmı siz düşünürsünüz ki, ABŞ hökuməti  Azərbaycanda hakimiyyət dəyişikliyi istəyir və ya özününbeşinci kolonu” vasitəsilə buna nail olmağa çalışır?

 

– Təəssüf ki, müasir dövrdə bəzi beynəlxalq qüvvələr demokratiya prinsiplərinin təşviqi adı altında hansısa “siyasət laboratoriyaları”nda hazırlanmış standart proqramlarla müstəqil dövlətlərin daxili işlərinə müdaxilələr edir, bu ölkələrin rəsmi dövlət siyasətini və ictimai prosesləri nəzarətə götürməyə, belə demək mümkünsə, yönəltməyə, idarə etməyə çalışırlar. Bir müddət bundan əvvəl Şərqi Avropada tətbiq olunan bu ssenari sonrakı mərhələdə postsovet məkanını və Yaxın Şərqi əhatə edib. Nəticələr heç də hər yerdə eyni dərəcədə “ürəkaçan” olmayıb. Belə müdaxilələr bir çox ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaş qarşıdurmasına, iqtisadi tənəzzülə, sosial kataklizmlərə yol açıb. Bəzi faktlar analoji ssenarinin Azərbaycanda da həyata keçirilməsi üçün müəyyən planların qurulduğu fikrinə gəlməyə əsas yaradır. Bununla yanaşı, mən belə cəhdləri birbaşa ABŞ Prezidentionun Administrasiyası ilə əlaqələndirmək istəməzdim. Çünki istər Prezident Barak Obama, istərsə də ABŞ-ın digər yüksək səviyyəli rəsmi şəxsləri müxtəlif vaxtlarda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiklərini və bu məqsədlə Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevlə, onun rəhbərlik etdiyi iqtidarla işləmək arzusunda olduqlarını ifadə ediblər. Biz bu fikirlərin səmimiliyinə inanırıq...

 

– ABŞ-ın “Sülh Korpusubu ildən Azərbaycanı tərk etdi. “Azadlıq” radiosunun Bakı ofisinin qapısı möhürləndi. ABŞ-ın maliyyələşdirdiyi Media Forum saytı fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bütün bunları, bəzilərinin dediyi kimi, “anti-Amerikan siyasəti”nin nəticəsi saymaq olarmı?

 

– Təəssüf ki, media bir çox hallarda “bəzilərinin” süni şəkildə siyasiləşdirilmiş, qeyri-obyektiv və qərəzli iddialarına həddən artıq böyük önəm verironun əsasında da ümumi tendensiyaları müəyyənləşdirməyə çalışır. Azərbaycanın Baş Prokurorluğunun məlumatında göstərilib ki, “Azadlıq” radiosunun Bakı ofisinin maliyyə fəaliyyəti şəffaf deyil. Buna görə də prokurorluqdaradio vasitəsilə böyük məbləğdə vəsaitlərin mənimsənilməsi və yuyulması şübhəsi” yaranıb. Bunun üçün prokurorluq müvafiq araşdırma aparıb və əməkdaşların sorğulanmasını həyata keçirib.

 

O ki qaldı Media Forum saytının fəaliyyətinə, bunun nə dövlətlə, nə də hansısa dövlət orqanı ilə heç bir əlaqəsi yoxdur. Belə xəbər portallarının sayı Azərbaycanda yüzlərlədir.

 

 Sülh Korpusuna gəldikdə, qeyd etmək istəyirəm ki, bu qurum 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərib və düşünürük ki, öz missiyasını yerinə yetirib. Hesab edirik ki, bundan sonrakı dövrdə bizdə “Sülh Korpusunun belə fəaliyyətinə ciddi ehtiyac qalmayıb. Azərbaycan hökuməti həm də hesab edir ki, ABŞ kimi fövqəldövlətin başını belə xırda məsələlərlə məşğul etmək olmaz. Bu dövlətin qlobal səviyyədə məşğul olacağı çoxsaylı transmilli problemlər, beynəlxalq və regional konfliktlər və s. məsələlər olduğu halda, onun diqqətini “Sülh Korpusukimi lokal məşğuliyyətlə məhdudlaşdırmaq düzgün deyil.

 

– “Azadlıq” radiosunun Bakı ofisi öz fəaliyyətini davam etdirə biləcəkmi?

 

– Azərbaycanda xarici KİV-lərin nümayəndəlikləri və ya əməkdaşları öz nizamnamələri, Azərbaycan qanunları və akkreditasiya qaydaları əsasında fəaliyyət göstərirlər. Müvafiq dövlət orqanları bu sahədə qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət funksiyasını həyata keçirir və əgər pozuntu halları müşahidə olunursa, hüquqi ölçü götürürlər. Bu, onların birbaşa vəzifəsidir. “Azadlıq” radiosunun Azərbaycanda yerli tezliyi mövcud deyildiinternet radiosu kimi fəaliyyət göstərirdi. Radio öz nizamnaməsinə uyğun olaraq internet müstəvisində fəaliyyətini indiyə qədər davam etdirdiyi kimi, hazırda da davam etdirirbundan sonra da yəqin ki, etdirəcəkdir. Sadəcə, Azərbaycanda akkreditasiyadan keçmək və yerli ofis açmaq üçün dövlətin qayda-qanununa əməl etmək tələb olunur. Təbii ki, burada “Azadlıq” radiosunun qanunlar çərçivəsində işləyib-işləməməsinə dair istintaq araşdırmasının nəticəsi də öz rolunu oynayacaq.

 

– ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, dövlət katibi Con Kerri dekabrın 21-də Prezident İlham Əliyevə zəng edib. Bu telefon danışığının detalları haqda mətbuata heç nə deyilməyib. Con Kerri Prezident İlham Əliyevə nə üçün zəng etmişdi? Maraqlıdır ki, bu telefon danışığından beş gün sonra “Azadlıq” radiosunun Bakı ofisi qapadıldı.

 

- Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığında, fikrimcə, ilk növbədə, ikitərəfli münasibətlər, ümumi maraq kəsb edən aktual məsələlər müzakirə olunub. Qeyd edim ki, belə təmaslar Azərbaycan və ABŞ rəhbərləri arasında həmişə olub və cənab Kerrinin telefon zəngi də bu baxımdan istisna xarakter daşımır və hüquq-mühafizə orqanlarının “Azadlıq” radiosunun Bakı ofisində həyata keçirdiyi axtarışla heç bir əlaqəsi yoxdur.

 

ABŞ-la münasibətlərin pisləşməsi fonunda Rusiya ilə əlaqələr inkişaf edir. Demək olarmı ki, Azərbaycan artıq öz strateji seçimini edibindi Rusiyanın yanındadır?

 

– Artıq qeyd etdiyim kimi, Azərbaycan öz xarici siyasətini hansısa dövlətlərin, güc mərkəzlərinin maraqları üzərində deyil, öz milli maraqları çərçivəsində, öz milli iradəsinə uyğun həyata keçirir. Hansısa dövlətlə dost olmaq üçün digəri ilə düşmən olmaqya əksinə, Azərbaycana xas olan xüsusiyyət deyil. İşğalçı Ermənistan rəhbərlərindən fərqli olaraq, Prezident İlham Əliyev həmişə müstəqil siyasət yürüdüb və yürütməkdə də davam edir. Azərbaycanın ABŞ, Rusiya, İran, Avropanın əksər önəmli ölkələri və ya digər dövlətlərlə əlaqələri onun milli maraqlarına əsasən qurulur və ardıcıl olaraq da həyata keçirilir. Azərbaycan bütün dünyaregion ölkələri, o cümlədən həm ABŞ, həm də Rusiya ilə ənənəvi əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qorunub saxlanmasında maraqlıdır. Bu siyasət heç bir halda digər ölkələrə qarşı yönəlməyib.

 

Heç kimə sirr deyil ki, Ermənistan məhz Rusiyanın hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edibbu işğalı davam etdirməkdədir. Rusiya ilə yaxınlaşma Azərbaycana öz torpaqlarını geri qaytarmağa kömək edəcəkmi?

 

– Azərbaycan 20 ildən artıqdır ki, torpaqlarının 20 faizinin  Ermənistan tərəfindən işğal olunduğunu, son iki yüz ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti törədildiyini, bizə məxsus milli mədəni abidələrin məhv edildiyini bütün dünyaya bəyan edir və beynəlxalq qurumları, dünyada söz sahibi olan fövqəldövlətləri bu problemin beynəlxalq hüquq normaları, BMT-nin məlum 4 qətnaməsi əsasında həllinə yardım göstərməyə çağırır. Ancaq hər dəfə ABŞ, Fransa və Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk qrupu problemin konstruktiv həllini tərəflərin üzərinə ataraq işğalın ömrünü uzadır. BMT-nin sanksiyaları, yaxud adı keçən böyük ölkələrin iradəsi əsasında İraq, Liviya və digər ölkələr dərhal havadan bombardman edilir, Ukraynada olduğu kimi, separatçı rejimlərə qarşı sanksiyalar tətbiq olunur, amma işğalçı Ermənistan və separatçı Dağlıq Qarabağ rejiminə qarşı heç bir təsirli beynəlxalq tədbir görülmür. Əksinə, bu rejimə çox vaxt himayədarlıq edilir.  Məgər ABŞ hökuməti Dağlıq Qarabağdakı separatçı rejimə hər il 10 milyon dollar vəsait ayırmır? Yaxud separatçıların ABŞ və Avropa ölkələrindəki “nümayəndəliyinin” fəaliyyətinə şərait yaradılmır? Nəyə görə bu rejimin başçılarının ABŞ-da, Fransada marafon keçirib pul yığmasına mane olmurlar? Bəli, bütün bunlar dünyada ikili standartların, ayrı-seçkiliyin, ədalətsizliyin bariz nümunələridir. Kimlərsə silahla, kimlərsə də maliyyə yardımı və susqunluqları ilə işğalçılara və separatçılara dəstək göstərir, bu isə, təbii ki, beynəlxalq hüququn iflic olmasına birbaşa dəstəkdir. Bu anlamda, hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli  BMT və onun Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupununonun həmsədrlərinin birbaşa öhdəliyi və vəzifəsidir. Bu problem ABŞ, Rusiya və Fransanın ümumi səyləri nəticəsində həll oluna bilər və həll olunmalıdır. Biz bütün həmsədr dövlətlərlə münasibətlərin inkişafında maraqlıyıq.

 

Sonda ABŞ-Azərbaycan münasibətlərinin perspektivini necə qiymətləndirərdiniz?

 

– Yalnız müsbət. Ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial vardır. Əminik ki, ABŞ və Avropadakı bəzi dairələrin iki ölkə arasındakı münasibətləri pozmaq cəhdləri heç bir nəticə verməyəcək. Düşünürük ki, onların sözçüsü rolunda çıxış edərək reallıq hissini itirmiş Dövlət Departamentinin sabiq əməkdaşlarının, keçmiş səfirlərin və “ekspertlərin” Azərbaycana qarşı qərəzli bəyanatları Amerikanın həm rəsmi dairələri, həm də ictimaiyyəti tərəfindən ciddi qarşılanmır.

 

525-ci qəzet.- 2015.- 9 yanvar.- S.1;3