DEYƏSƏN TƏZƏDƏN
UŞAQ OLMUŞAM
Çəkilir tarıma, çəkir
tarıma,
Ha yalvar, ha yaxar,sözümə
baxmır.
Qalxanda bir yolun ucuna
belə,
Qalıram uçuna –uçuna
belə,
Daha gücüm çatmır
ayaqlarıma,
Döndərib üzünü, üzümə
baxmır.
Hardasan,
ay ana, gəl tut əlimdən,
Ustufca ora çək,bura
çək, öyrət,
Gəl mənə təzədən
yerimək öyrət,
Bu yaşda deyəsən
uşaq olmuşam.
Vururdum,
çıxırdım, bölə
bilirdim,
Nə var qədərincə, nə
artıq, nə kəm.
Olanlar –
olmuşlar xəyaldı
daha,
Başıma gəlməmiş nə
qaldı daha, –
Hər şeyi bilirəm elə bilirdim,
İndi baxıram ki, heç nə bilmirəm.
Yoxsa mən gərək,
Təzədən əlifba öyrənəm
gərək?!...
Heç
nədən hazırdı
gözümdə nəm
ha,
Bir də görərsən ki, dolmuşam nəsə.
Qəfil
küsərəm ha, inciyərəm
ha,
Yaman dəymədüşər
olmuşam nəsə.
Özüm də bilmirəm
bu nə işdi ki!
Məni
yetmişində kim dəyişdi ki,
Nə dəyişdi
ki?!...
Yatmır
qulağıma çox
səs düyünü,
Yoxsa söz yad olur, yoxsa
mən kürəm?
Adam var danışır,nə dediyini
Eşidə bilsəm də, başa düşmürəm.
Lüzumlu-lüzumsuz sözlər yaranır,
Kəlmələr çeynənir, sözlər
yalanır,
Di gəl mənə çatmır,
Dilimə
yatmır...
Gedir dəyişmələr üzdə,
dərində,
Boyanır şəhərlər, seçə bilmirəm,
Yanından biganə keçə
bilmirəm:
Bəzəkdi, ya qara-quradı belə?
Qalıram Bakının küçələrində,
Ay Allah, buralar haradı belə?!...
Atalı-babalı dəyərlər itir,
Özgəyə uyanlar bir az da ötkəm,
Çox
şey oyuncağa çevrilir nədir,
Ya mən gördüyümü
belə görürəm?!...
Bunun ayna tutdum axı
nəyinə,
Bəlkə elə – belə gözəldi, bəlkə?
Ay olur- il
olur güc alır insan
Ay olur – il
olur qocalır insan,
Qayıdır təzədən körpəliyinə,
Elə o axır
da əzəldi bəlkə?!
...Vədə o vədədir,
Vaxt o vaxt deyil,
Gördünmü, di buyur hesabını
seç.
O qələm, o kağız
oyuncaq deyil,
Oynadın bir belə, bəs olmadımı?
Ay uşaq, ay lələ, bəs olmadımı?
Çayın da soyudu,
Ta çayını iç.
O
KÜLƏK...
“Səni də, məni də tutan elə bir
küləkdir, deyəsən...”
Bir məktubdan
Daha özümüz də özümüzə yük,
Enişlər – yoxuşlar yorur bizi də.
Baxma ki hərəmiz bir dərədəyik,
Sən orda, mən burda,
Bu vurhavurda
Eyni külək
tutur ikimizi də.
Dağ kimi tifaqlar dağılıb
gedir
Bəndi – bərəni də qoparır külək.
Bir keçən, keçilən
kimsə qalmadı,
Sayılıb – seçilən kimsə
qalmadı,
Çör – çöp qurusutək
yığılıb gedir,
Qatıb qabağına aparır külək.
Deyirsən gendə dur, axı nə gərək...
Bu qədər çoxluqda
biz hələ tək
ki.
Qabağa
çıxanı tutacaq
külək,
Daldada durana dəyməyəcək
ki!
Yox, canım, əzəldən o sirr bizimlə,
Düşünmə əyilsən yandan keçəcək.
Bizə
dəyən külək
gəzir bizimlə,
Kimin ki yurdu yox,
yuvası yoxdur,
Dərmanı Vətən yox,
davası yoxdur,
Kim ki didərgindir,
ondan keçəcək.
O külək, fərq etməz ha küs, ha deyin,
Böyründən biganə ötəndən
əsir,
İyirmi
il əvvəl
atıb getdiyin
Əlçatmaz, ünyetməz Vətəndən
əsir,
Həsrət küləyidir, möhnət
küləyi,
Töhmət küləyi!...
Özüylə min bəla, min dərd
gətirər,
Hardan havalansa
bizə tuş gələr.
Bir bomboz məmurun üzündən keçib,
Biganə,
miyanə sözündən
keçib
Bülövə çəkilər, kəsər
götürər,
Hazır xəncər kimi sıyrılmış gələr.
Onda hər aşırım bir sərt dağ
olur,
Baş şişir,
böyüyür göz
görə – görə.
Ömür – gün bir ucuz oyuncaq olur,
Qəfildən qırılıb dağılır
yerə...
Vədəli – vədəsiz üzülür
dən – dən,
Axşamı belədir, sabahı belə.
Eşidib
– bilən də soruşmur görən
Nədir üzülənin günahı
belə?
....Ulayır o ac qurd, yenə səbri kəm,
Dərələr – təpələr səs verir səsə.
Qarğışdı, qədərdi, nədi, bilmirəm,
Əsir,
əsir elə,
Tələsir elə,
doyub – dolanana oxşamır nəsə.
DEYƏSƏN
AĞ ELƏDİM
Ta mən əlləri göydə,
Sən deyənlər
düz oldu.
Ha neyləsəm hədərmiş,
Hər şey bura qədərmiş,
Daha dənim torpaqsız,
Torpağım dənsiz oldu.
Nə axtarır
bu bəndə?
Nə səndədir,
nə məndə.
Sıxılmışıq bir yola,
Kim yeriyə, kim
qala,
Özüm burda, vətəndə,
Ruhum vətənsiz
oldu.
Dərəni dağ elədim,
Deyəsən ağ elədim,
Kəsib
pöhrə ömrümü,
Sözə calaq elədim,
Sözüm də özüm
kimi
Yöndəmsiz-yönsüz oldu.
BU DAĞ
UCALIĞI
Çox
bələd əllərdə
çıraq olmuşam,
Çox
naşı dillərdə
soraq olmuşam,
Dağdan
ayrı düşüb
dağ – dağ olmuşam,
Qoy məni
bu dağın başında, qayıt.
Olsa belə son mənzilim,azdımı?
Gör adımı
bir küncünə yazdımı?
Qış – qarıyam, payız
– barı, yaz – tumu,
Qoy məni
bu dağın başında, qayıt.
O cığırın bir başı da mən olum,
Gələn gəlsin, yoldaşı da mən olum.
Bir qayası, bir daşı da mən olum,
Qoy məni
bu dağın başında, qayıt.
Yağış olub bulud – bulud süzülləm,
Çəmən olub çiçək
– çiçək üzülləm,
Yerdən
göyə pillə –
pillə düzülləm,
Qoy məni
bu dağın başında, qayıt.
Ömür dediyimiz bir arx, bir axın,
Axına
arx üstdən, kənardan baxın,
Bu dağ ucalığı Allaha yaxın
Qoy məni
bu dağın başında, qayıt.
MƏN
BİR...
Beşdim,
ondum, qurtardım,
Hər nə oldum, qurtardım,
Ömrümü sünbül kimi
Ovdum – ovdum, qurtardım,
Ta mən bir yuxu
de ki.
Sözüm yenmir dərinə,
Utanıram yerinə,
Ya hardansa qırılıb,
Ya da ki kəndirinə
Dolaşıb çarxı de ki.
Vaxt vədəni haxladı,
Zamanı
qabaqladı,
Mən bir örtülü kitab,
Kim yazdı, kim
bağladı,
Bir aç, bir oxu de ki...
BİR AZ
ÖZÜNƏ GƏL...
Girinə
keçəni çəkir,aparır,
Uçurur, dağıdır, sökür,aparır,
Eninə-boyuna sığmır nədisə,
Qalxıb boyundan da yuxarı
gedir.
Əlini-qolunu yığmır nədisə,
Götürüb axarı-baxarı gedir.
Keçidlər,körpülər qalır
arada,
Boğulur elə bil hər
yan-hər yörə.
Yüz ilin,min ilin
ağacları da
Dayana bilmir,
Dirəsin dizini hayana,bilmir,
Qopub kötüyündən
yıxılır Kürə.
Axırdı təmkinlə,bükülü
belə,
Kim axı cırnatdı
bu Kürü belə?
Yerindən oynatdı bu Kürü belə?!
İllərin haqqını-sayını dandı,
Dözmədi axır ki,dindi,eləmi?
Yandıran da çoxdur,
Yan duran da çox,
Od olmaq bəlkə də mümkün olandı,
Su olmaq çətindir indi,eləmi?!...
Deşib
sal qayanı çıxmaq da olar,
O bir dərd deyil,
Gecəli-gündüzlü axmaq da olar,
O da şərt deyil,
Üstünə zəhər də
tökülsə gərək,
Yolun hardan keçsə,çəkilsə gərək,
Gərək- adın sudur,təmizləyəsən,
Dərd
budur,şərt budur,təmizləyəsən!
Gör bir görüntüsü,görkü nə boyda,
Araya,haraya kim gələr axı.
Ayların-illərin çirki nə boyda,
Qınamayın çayı,
Həyatı boyu
Yusun,təmizləsin nə təhər axı!
Çox
artıq olanı aparan odur,
Nə var ki,kənardan
baxıb gedəsən.
Hərə bir tərəfdən
ayaq uzadır,
Qoyurlar başını salıb aşağı
Yolunla dinməzcə
çıxıb gedəsən?
Canını çöküntü alır bir ucdan,
Çox
da ki,yanında
lil çəkəni
var,
Yığılır bir ucdan,dolur bir
ucdan,
Yazıq
Kür neyləsin,
Dözmür,neyləsin,
Nə qədər çirki var,çiləkəni var.
Qan tutub gözünü göz görə-görə,
Di gəl ki,cəhdi
də hədərmiş,
görür.
Yüyürüb özünü salır
Xəzərə,
Xəzər özündən də
betərmiş görür...
Bir yerin yüz yerdən bağrını
yardın,
Hər kəsə dərs oldu,yetər bəlkə də
bir
belə,Kürüm.
Məni
də özünə
qoşub apardın,
Bir təmiz,işıqlı sabah xətrinə,
Allah xətrinə
Bir az əlini
yığ, ətəyini
yığ,
Bir az özünə gəl,səbr elə,Kürüm..
HƏR
GƏLƏN GÜN
Baxma qabağıma çıxan
Nahaqdı,
Mən Haqq axtarıram, mən Haqq gəzirəm.
Geyib ayağıma dəmir çarığı,
Götürüb əlimə çıraq
gəzirəm.
Ta soruşma, bu nə qaya, nə
daşdı,
Silkələnib dərə doldu,
dağ aşdı,
Hər gələn gün dolu döymüş ağacdı,
Mən də budağında yarpaq gəzirəm.
Ruh ki sözdü, ürək sözdü, damar söz,
Damcı-damcı yığılar söz,
damar söz,
Bir zamanlar tapılmazdı, ta var söz,
Yazan əl gəzirəm, barmaq gəzirəm.
Yuvası yox, havası yox bir quşam,
Vətən adlı qürbətimə hopmuşam.
Üstündə durmağa yer var, tapmışam,
Altında yatmağa torpaq gəzirəm.
Bərdə
Xasay Mehdizadə
525-ci qəzet.-
2015.- 10 yanvar.- S.29.