Hidayət Orucovla bağlı biblioqrafik nəşr hazırlanıb

 

 

M.F.Axundzadə adına Milli Kitabxanası ötən ilAzərbaycanın görkəmli şəxsiyyətləriseriyasından şair, yazıçı-publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucov biblioqrafiyasını nəşr edib.

 

Kitabxanadan verilən məlumata görə, çoxşaxəli yaradıcılığı mükəmməl, fərqli poetik xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında ümumilikdə ictimaiyyətində özünəməxsus yerə malik bir şəxsiyyət olan Hidayət Orucov haqqında 2001-ci ildə tərtib edilmiş ilk biblioqrafiyadan fərqli olaraq bu vəsait daha da təkmilləşdirilib, ədibin gəncliyindən başlamış bu günə kimi geniş ədəbi, ictimai-siyasi fəaliyyətini işıqlandıran materiallar toplanıb.

 

Biblioqrafik göstəriciyə kitabxanaşünas–alim, professor Kərim Tahirovun yazdığıHəyatın, zamanın fövqündə gedən sənətkarbaşlıqlıÖn söz”də ədibin şəxsiyyəti, ədəbi yaradıcılığı , ictimai-siyasi fəaliyyəti geniş təhlil olunub.

 

Biblioqrafik vəsaitdəHidayətin həyat fəaliyyətinin əsas tarixləri”, “Qələm dostları, ədəbiyyat, mədəniyyət xadimləri oxucuları Hidayət haqqında”, “Əsərləri”, “Hidayət Orucovun həyat yaradıcılığı haqqındabölmələri yer alıb.

 

Azərbaycan, rus ingilis dillərində materialları əks etdirən bu biblioqrafiyada Hidayət Orucovun geniş bir dövrü əhatə edən zəngin poeziyası, dramaturgiyası, nəsri, publisistikası, müxtəlif simpozium, toplantı konfranslardakı çıxışları, tərtib tərcümə etdiyi, redaktoru olduğu, “Ön sözyazdığı kitablar, haqqında dərc edilmiş məqalə, rəy məlumatlar müfəssəl şəkildə əks etdirilib.

 

Yeni nəşrdə Hidayət Orucovun xarici dillərdə nəşr edilən yaradıcılıq nümunələri ilə maraqlanan oxucular da nəzərə alınıb şairin ingilis, fransız, türk, ərəb, özbək, tat, gürcü, Ukrayna, çuvaş dillərində kitablarda dövri mətbuatda dərc edilmiş əsərləri haqqında biblioqrafik informasiyalar xronoloji ardıcıllıqla verilib.

 

Biblioqrafiyanın sonunda oxucuların nəşrdən daha asan rahat istifadəsini təmin etmək məqsədilə Azərbaycan rus dillərindəƏsərlərinin əlifba göstəricisi”, “Hidayət Orucov haqqında yazan müəlliflərin əlifba göstəricisi”, “Sərlövhə üzrə təsvir edilmiş ədəbiyyatın əlifba göstəricisiadlı köməkçi vəsait tərtib olunub.

 

Özündə zəngin informasiyanı əks etdirən geniş elmi, təcrübi əhəmiyyətə malik bu biblioqrafik informasiya mənbəyi geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 10 yanvar.- S.25.