“Gənclərimizin olduqları ölkələrin
mədəniyyətini öyrənmələri faydalı olar”
Müsahibimiz Türkiyənin Erciyes Unversitetinin
magistrantı, Zəngin Azərbaycan Mübarizə İctimai Birliyinin Kayseri nümayəndəsi Ləman
Süleymanlıdır.
– Erciyes Unversitetinin 75 azərbaycanlı tələbə,
20-yə yaxın müəllimi
var. Tələbələrin hamısını desəm
yalan olar, amma əksəriyyəti ilə görüşürəm.
Müəllimlərin hamısı məni
yaxşı tanıyır.
Burada azərbaycanlı tələbələr
iki aydan bir toplaşırıq.
Bir-birimizə yardımçı olmağa çalışırıq.
Azərbaycanla bağlı tədbirlərdə
bir oluruq. Qısa bir müddətdə AZErderin Kayseride təmsilçisi oldum.
Daha sonra dərs ağırlığı ilə
bağlı təmsilçilikdən
uzaqlaşmalı oldum.
Hazırda Yabancı Uyruklu
tələbələrin qız
təmsilçisiyəm.
Mən hər zaman xaricdə təhsilimi davam etdirmək istəmişdim. Onu da deyim ki, təhsil
aldığım ixtisas
üzrə Hüquq fakültəsində tək
azərbaycanlıyam. Buna
bir tərəfdən
məyus olsam da bir tərəfdən
də sevinirəm.
Azərbaycandan gələn tələbələr
hüquq fakültəsini
seçmirlər. Səbəbisə bizim hüquqla
türk hüququ ziddir.
Mən də bu ziddilikdən
bir az
əziyyət çəkirəm.
Amma çox xoşbəxtəm.
Mən ölkənin birinciləriylə,
hakimləriylə, vəkilləriylə
bir sinifdəyəm.
Müəllimlərimlə şagird –tələbə
kimi yox, dost kimiyəm. Oxuduğum universitet Türkiyənin ən yaxşı 10 ali məktəb
siyahısına daxildir.
Universitetin çox zəngin
kitabxanası var. Burda
tələbələr hər
hansı problem yaşamır.
Elektron kitabxanaya hər kəs baş vura bilir. Universitetin kitabxanası səhər
8- dən axşam saat 10-a kimi açıq olur.
– Azərbaycanın daha yaxından tanıdılması
istiqamətində hansı
addımlar atırsınız?
– Ölkəmizin tanınmasına
ehtiyac olmasa da, biz tələbələr
yenə də önəmli günlərimizdə
gözəl proqramlarla
müəllim və tələbələrin qarşısına
çıxırıq. 2014-cü
ildə universitetimizdə
müəllimlərimlə birlikdə “Qarabağ gecəsi” hazırladıq.
Xocalı faciəsinin növbəti
ildönümündə dostlarımızla
birlikdə millət vəkili Aydın Mirzəzadəni dəvət
etdik. Gözəl bir konfrans oldu. Onu da deyim ki, azərbaycanlı tələbələr yaxşı
oxumağa çalışırlar.
Hər fakültədə demək
olar ki, azərbaycanlı tələbə
var. 2013-cü ildə məzun
olan xarici tələbələr içində
azərbaycanlı tələbə
birinci oldu. Bu, bizim üçün
uğurdur. Nə qədər
fərqləndiyimizi biz yox,
müəllimlərimiz deyə
bilər.
Onu da deyim ki, dövlətimiz
gənclər üçün
imkanlar yaradır, ancaq daha çox
olursa daha yaxşı olar. Çünki gənclərimizin xaricdə
hər zamandan çox diqqət və qayğıya ehtiyacı var.
– Hazırda təhsilinizi davam etdirirsiniz. Çalışmaq üçün hansı ölkəni seçmək niyyətindəsiniz?
– Gələcəyə planlarım
çoxdur. Avropa və Amerikada
təhsilimi davam etdirmək istəyirəm.
Görək həyat nə
göstərir. Bir qadın
olaraq Hüquq fakültəsində oxumaq
və davam etdirmək çox qürurvericidir və eyni zamanda çətindir.
Amma olsun, mən çətinlikləri sevirəm.
Çətinliklə əldə etdiyin
hər şeyin insan qədrini daha çox bilir. Qarşıma qoyduğum əsas
məsələlərdən biri ölkəyə döndükdə sosioloji
layihələrdə çalışmaqdır.
Xüsusilə qız uşaqlarının
oxumasını və
onları erkən nikahdan yayındırmaqdır. Çünki bir qız uşağının
oxuması, bir ailənin qazanması deməkdir. Hansı ölkə olursa-olsun,
ölkəm və millətim üçün
işlər görmək
istəyirəm.
Gənclərin ölkəmizə ən böyük töhfələri
dərslərini oxumaqdır. Fərqli dillər
öyrənmək və
olduqları ölkənin
mədəniyyətini və
inkişaflarını öyrənmələri
müasir Azərbaycanımız
üçün faydalı
olar. Ən əsası Vətənimizi
sevmək lazımdır.
Bir gənc torpağını,
millətini sevərsə
o ölkəyə zərər
yox, xeyir gələr. Hər şeyin
başlanğıcı sevgidir.
–Bəzən qadınlar üçün bu ixtisasın çətin olduğunu deyirlər. Sizin üçün bu sahədə çalışmaq çətin
deyilmi?
– Bu tip düşüncəyə hörmət
etmirəm. Qadın yalnız həkim
və müəllim olmaq üçün yaranmayıb. Heç bilirsiniz
Türkiyədə nə
qədər hakim və
prokuror qadın var? Ağlınıza gəlməyəcək qədər çoxdur.
Mən heç vəkilləri demirəm. Qadın- kişi ayrımı
etməyi sevmirəm. Məncə bu insandan asılıdır.
Mənim
ailəm hər zaman arxamda olublar.
Mən iki bacımdan fərqləndim. İstəyimi biləndə məndən
çox sevindilər.
21-ci əsrdə bu
tip düşüncələrin var olmasına çox təəssüflənirəm.
Qadın
memar, mühəndis, arxeoloq olmaq istəyirsə olsun, bu həyat onlarındı
və arzularının
arxasınca getsinlər.
– Yaşadığınız ölkə,
şəhər sizdə
hansı təəssüratlar
oyadıb? Hansı görməli yerləri,
abidələri, mədəniyyət
ocaqları var?
– Türkiyə bir başqa ölkədir. Burda yaşayan bunu bilər. Amma onu deyə bilərəm ki, televiziyadan göründüyü
kimi deyil. Hər tərəfi bir başqadır. Mənim yaşadığım
şəhər- Kayseri Türkiyənin
7-ci böyük şəhəri
siyahısına daxildir.
Erciyes dağının ətəyində
yerləşir. Bizim şəhər
daha çox iqtisadi şəhərdir.
Ticarətin mərkəzi sayılır.
Şəhərdə 4 ali
məktəb var. Cümhuriyyətin
ilk zamanlarında Kayserini
paytaxt olaraq təklif ediblər, amma sonradan Mustafa Kamal Atatürk Ankaranı paytaxt elan edib. Kayserinin əvvəllər
adı Qeysəriyə
olub, amma zamanla Kayseri olub. Qədim şəhərdir,
Səlcuqluya aid çox
az tarixi
yerləri qalıb. Məşhur
Memar Sinan bu şəhərdəndi.
Bu şəhərdən olmasına baxmayaraq yalnız 1 məscid inşa edib.
–Təhsil aldığınız
ali təhsil
ocağının hansı
üstünlükləri var?
– Erciyes Unversitetində
təhsilin səviyyəsi
çox gözəldir. Avropa təhsilindən
heç seçilmir.
Kitabxanası qeyd etdiyim kimi zəngindir. İldə 4
dəfə imtahan var.
Tələbələr oxumaqla
məşğuldur. Sosial layihələr
çox olur.
Tələbə oturmur. Burada tələbə olmaqla Azərbaycanda tələbə olmaq arasında böyük fərq var. O ki qaldı bizlərə qarşı münasibətə. O tələbənin oxumağından, mədəniyyətindən çox şey asılıdır. Hörmət edirsənsə, hörmət görürsən. 20-30 min tələbənin içində nə dərəcədə fərqləndiyimizi mən deyə bilmirəm. Bu haqda məlumatı heç vaxt tələbə işləriylə məşğul olanlardan soruşmamışam. Amma onu deyə bilərəm ki, oxuyurlar, çünki başqa imkanları yoxdur. Oxumaq tək çıxış yollarıdır.
PƏRVANƏ
525-ci qəzet.-
2015.- 10 yanvar.- S.9.