Qeyri-adiliyin adi çalarları
"Allah erməniyə qarğasın!"- bunu
anam deyir. Və mən azından anamın oğlu kimi bilirəm ki, o belə deyəndə qətiyyən dünya ermənilərini nəzərdə
tutmur: qarğışın
hədəfi ancaq anamın dünyasını
dəyişən ermənilər
olur.Necə deyərlər,
daş kəsən yox, baş kəsən
ermənilər. Həmin ermənilər
ki, indi Ermənistan Respublikası
adlandırılan ərazilərdən
anam kimi 200 min azərbaycanlını ölüm
qorxusu altında çıxardıblar.
Ədalət naminə demək yerinə düşər ki, o erməniləri də anam oturub-durub
qarğımır. Adətən, onun kəndli dünyasına deyil, insanlığa qəbahət
bildiyi hansısa hadisədən sonra anam belə deyir. Və anam hesab edir
ki, o cür hadisələr ancaq şəhərdə ola bilər.Təkcə
anamın yox, bir milyondan artıq
insanın şəhərə
yolu isə "Allah qarğamış erməni"dən
başlayıb.
Onda
1988-ci il idi.
Onda canını
götürüb qaçan
insanlar belə "saqqallılar"ın (erməni
silahlı dəstə
üzvləri adətən
saqqal buraxırdılar)
gətirdiyi ölümdən
qurtula bilmirdilər.Ancaq
ona görə azərbaycanlı idilər.
Cəmi
4 il sonra
artıq Ermənistanda
deyil, Azərbaycanın
özündə- Xocalı
şəhərində də
azərbaycanlıları heç
nəyə görə
yox, elə azərbaycanlı olduqlarına
görə öldürəcəklər.
Öldürülənlərin 98 faizi mülki şəxslər olacaq.
Təxminən 17 ildən sonra
qətliamın ancaq təşkilatçısı deyil,
həm də icraçılarından olan,
sonralar Ermənistanın
prezidenti "seçilən",
üstəlik Fransanın
Fəxri Legioner ordenininə (!) layiq görülən Serj Sarkisyan "Exo Moskva" radiosunun efirindən elə belə deyəcək: azərbaycanlılar Xocalıya
qədər bizim qətiyyətimizə inanmırdılar.
O iyrənc "qətiyyət"
ilə 623 azərbaycanlı
amansızcasına qətlə
yetirildi.
Onların arasında təkcə 80 yaşında qocalar deyil, bələkdəki körpələr də vardı.
Onda dünyanın
başı Bosniya cəlladı Slobodan Miloşoviçi
beynəlxalq tribunal ilə
hədələməyə qarışmışdı.
"O illərdə yuxuların daşlaşacaq yaddaşına
nəyin necə olduğu yazıldı.". Bu obrazlı, bir az da fəlsəfi fikrin müəllifi isə Mais Yanardağ
olacaq. O Yanardağ ki, jurnalistliyə gəlişini hətta 60 ildir çörəyini yeyən həyat yoldaşı indi-indi qəbul edir.Və etiraf edim ki,aradabir
kişinin çörəyini
mən də yemişəm.Və elə
çıxmasın ki,
"onun çörəyinin
duzu" yoxdur. Ona görə ki,azından "60 ildir çörək yeyən"
anamızı qınamamışam.Yox,
ona görə yox ki, nə
vaxtsa kişinin jurnalistika fəaliyyətinə
kölgə salmaq xəyalında olmuşam,
əksinə, həmin
fəaliyyətdə təqdir
ediləsi kifayət qədər məqamlar var və həmin
məqamlar onun yüz zülmlə tapdığı pulla işıq üzü görən kitablarında
əks olunub.
Həmin kitabları oxumaq maraqlıdır.
O kitablar redaktorun əhvalı (belə deyək) və korrektorun ərincəkliyi
ucbatından (bunu da elə belə
qəbul edək) yaranan üslub-orfoqrofik səhvlərinə baxmayaraq
günümüz haqqında
çox söz deyir.
Bəlkə də buna görədir ki, hər dəfə Mais müəllimlə söhbətlərimiz zamanı
ürəyimdən anamın
qarğışı keçir:
Allah erməniyə qarğasın!
O, zorən jurnalist oldu.
Bəlkə buna görədir
ki, arada bir az da
ürək ağrısı
ilə fikirləşirəm:
Mais Yanardağ
kimi jurnalist, Mais Vəliyev kimi oxucunun başını
yeyib.
Bu qənaətim isə
onun müxtəlif yazılarla bağlı təhlilləri, xüsusilə,
professor İlham Rəhimlinin
"Cavabsız suallar"
kitabını oxuyandan
sonra səsləndirdiyi
suallarla bir daha möhkəmlənir. Düzdür,
həmin suallar konkret olaraq müəlliflərə ünvanlansaydı
onu həm də cəsarətli adam kimi
tanıyardım, amma neynəyək ki, ünvan kimi mən seçilirəm.
Səmini deyirəm, həmin sual və fikirləri
jurnalist Mais Yanardağın yazılarında
tapmaq, demək olar ki, çox
çətindir. Amma əminliklə deyirəm
ki, diqqətli oxucu müəllif mövqeyini orada görə bilər.
Niyə
diqqətli oxucu?- sualıma cavabı isə ondan heç vaxt, elə indi də soruşmuram.
Sual əvəzinə, anamın
qarğışını pıçıldayıram: Allah erməniyə qarğasın!
O, ötən illərdən
elə gözəl danışır ki, keçmiş haqqında
minimal təsəvvürü olan insan üçün
həmin keçmişin
mənzərəsini dolğun
görmək qətiyyən
çətin olmur. Həmin söhbətlərdə:
Səməd Vurğunun, Ədil
İsgəndərovun, Leyla Bədirbəylinin, Barat Şəkinskayanın,
İlyas Əfəndiyevin...və daha kimlərin,
kimlərin portreti o qədər sərrast tamamlanır ki...
Bütün bunlar onun 1993-cü ilə qədər yaşadığı anların
xatırlanan cüzi bir hissəsidir.Həmin vaxta qədər isə təkcə Azərbaycanın deyil, bütün dünyanın
harasında olurdusa-olsun,
o, Qubadlıya qayıdırdı. O özünü
burada güclü görürdü.
Bu ucaboy, boyu qədər də vüqarlı kişinin nə axtardığını
bəzən özü
də bilmir.
Və yenə erməni!!!
Həmin erməni ki, Sisyan rayonunun Murxuz kəndində doğulsa da ona orada böyümək
imkanı vermədi.
Mən təxminən
bilirəm, bilirəm ki, o, nə axtarır.Sadəcə olaraq
Mais Yanardağa demirəm, demək istəmirəm ki, axtardığı, o kəndin
cığırlarında ilişib
qalan izlərdir. Orada isə
tək onun deyil, əcdalarının
da izləri var. O izlər mənəviyyatımızın
köç yolunu, gəldiyimiz və gedəcəyimiz yolları
göstərir. Həmin izləri
isə Murxuzun sığındığı dərələrdən
keçən sellər
belə apara bilmir, hesab edirəm
ki bilməz də.
Ümumiyyətlə izlər itmir.
Onu da xatırlatmıram ki ,həmin axtarışın
tarixi buradan- Abşerondan deyil, Murxuzdan elə də lap uzaqda olmayan Qubadlıdan başlayıb.
Və yadıma dəhşətli
zəlzələdən sonra
cəmi bir neçə kilometrlik məsafədəki yeni binaya köçən Zülalinin beyti düşür:
Ensin gözünə qara su...
Ağsu vətən oldu.
Təbiət Zülalinin yurdunu dağıtmışdı. Dağılmış yurda baş çəkmək isə onun üçün ölüm demək deyildi.
Mais Yanardağ yurdu ilə bərabər min zülmlə tikdiyi evini-eşiyini, o ev-eşikdən
az zəhmət
çəkmədiyi, az
sevmədiyi ağaclarını
itirdi. Bu,t
əkcə 60 illik həyatın qazandıqlarını
itirmək deyildi. O, nəsillərin arasındakı
zəncir həlqəsinin
qoparılması idi.
Anoloji itkilər
ilə barışanlar
çox oldu.
O isə barışmadı.
Onda 1993-cü ilin
payızı idi. O, özünü
Ahıl yaşında
yenidən təsdiq eləməli idi. Bu isə asan
deyil, qətiyyən asan deyil. Belə bir vaxtda təkcə
Qubadlı yox, Zəngəzurdan yüzlər,
minlərlə insanın
üz tutduğu ünvana o da gəldi- çoxlarının
güvənib arxalandığı
kişinin yanına.
Mayıs Yanardağın Azərbaycan
Radiosu ilə yolu o gəlişlə qovuşdu. Bu qovuşmaq
isə onun həyatında sadəcə
dolanışıq yeri
yox, həyatının
yeni bir mərhələsi olacaq.
Bu, çətin idi. Əlbəttə,
Arif müəllim o çətinliyi daha aydın görürdü...
Buna baxmayaraq özünü
yeni yolda sınamaq istəyən insan üçün şans verilməsinə görə əlindən gələni etdi.
Mais müəllim
həmin günləri
minnətdarlığın doğurduğu qəhərlə
xatırlayır.
Allah erməniyə qarğasın!
Lakin o xatirələrin
heç də hamısı xoş ovqat gətirən olmur.Yeni mühitdə, yeni kollektivdə, yeni işdə erməninin gülləsi dəyməyən ürəyə
söz yaraları da vurulurdu.
Elə olurdu ki, özünü
həyatda və işində tapmayan adamlar onun üzünəcə
deyirdilər: torpağını
qoyub qaçdın...
Onu az
qala salamat gəldiyinə görə
lənətləmək fikrinə
düşənlər də
tapılırdı.
Bu, həmin insanlar idi ki, müharibədə
5 il nədir,
heç bir günün nə demək olduğunu bilmirdilər.O cümlədən
ölümün hansı
tərəfdən gələcəyini...
Radio jurnalistikasında o öz sözünü deyə bilirdi. Bir az təcrübə yoxluğu, bir az "gec gəlib,tez öyrənib"-
məsəlinin arabir eşidilməsi neqativ ovqat yaratsa da,
bu, həmin sözün deyilməsinə
mane olmurdu. Əlbəttə, burada Mövlud
Süleymanlının baş
redaktora "Mayısın
dünyasına toxunmaq
olmaz!"- tövsiyəsi az rol oynamırdı.
Bu gün Mais Yanardağ haqqında onu demək olar ki, o özünü
növbəti dəfə
təsdiq edə bilib. Ən azından Azərbaycan
Radiosunun Qızıl Fonduna salınmış verilişlərin sayı bunu təsdiq edir.
Lakin bunlara baxmayaraq bu ucaboy,
diqqətlə baxanda hətta vüqarlı görünən kişinin
gözlərindəki nisgili
sezməmək mümkün
olmaz. O, axtarışda
olan insanın nisgilidir.
Mən isə yüz faiz əminəm
ki, axtarılanların
ünvanı Abşeronda,
Quba, Qusar, Lerik, Gədəbəy, Daşkəsəndə yox,
Qubadlıdadır.
Qubadlıdan isə Murxuza uzaq deyil...
Və yenə anam yadıma düşür: Allah erməniyə qarğasın!
Firuz Kazımoğlu
525-ci qəzet.-
2015.- 13 yanvar.- S.8.