Mübarək
ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illiyinə
Səksən beşinci qış
qalır arxada,
Gəlir
yenə də yaz, Xoşbəxt müəllim!
Tarixə
çevrilir ön də, arxa da,
Fədakar, yorulmaz Xoşbəxt
müəllim!
Duyğular çağırır şeir yazmağa,
Nəğmə qəhrəmanım - sevimli insan!
...Hər ili
bənzətsək möhtəşəm
dağa -
Hər yerdən
görünən ucalıqdasan.
"Mübarək!" söyləyir
el, oba, bölgə,
Uğurlar qazanan müstəqil
ölkə;
Teleqram göndərib qarlı Sibirdən
Həmkarın Fərmanın nəvələri
də.
Maraqlı mənzərə - iş
otağında
Düzülüb qovluqlar, mühüm
sənədlər;
Gizli təbəqənin, lay-yatağın
da
Neftini, qazını
göstərən xətlər.
Tektonik xəritə, atlas, profil...
Sanki güzgüsüdür dərin qatların.
Sayı
artırılsın gərək
ilbəil
Təzə, toxunulmaz ehtiyatların.
Deyirsən: "Çoxaldaq gücü
get-gedə,
Çünki döyüşürük, cəbhə yarırıq;
Gələcək illərə, nəsillərə
də
Duru yanacaqdan pay ayırırıq".
...Ata həsrətiylə döyünüb
qəlbin.
Yaxşı yadımdadır təhsil
çağımız,
Olub tələbəsi ali məktəbin -
Eyni fakültədə
oxumağımız.
...Zəng vurub söylədim müxbirlərə
mən:
Dəniz
buruğuna, yazın kim gəlib.
Sualtı
aləmin dilini bilən
Ustad akademik, dost, alim gəlib!
Doxsana yol verək Xoşbəxt
müəllim!
Ey mətin, ey kövrək Xoşbəxt
müəllim!
Hər zaman, həmişə gərəksən bizə,
Bayramın mübarək, Xoşbəxt müəllim!
Oqtay Rza
əməkdar müəllim
525-ci qəzet.-
2015.- 14 yanvar.- S.8.