Yarıyar  

 

 

İntizarda qoyma qalsın göslərim,

Bağrım başın öz əlinlə yarı yar.

Desinlər ki, həsrətinə dözməyib,

Yar qəlbini yarı bölüb yarıya...

 

Demirəm ki, xəlvətə sal, göz elə,

Hər sözümü qərib tutub söz elə...

Canımı az oda qala, köz elə,

Əzablara atmaz belə yarı yar.

 

Gözlərimə təbəssümlər nəqş elə,

Sevincini çiçəklərdə əks elə...

Aşiqinə saf məhəbbət bəxş elə

Onda Həmid sevgisindən yarıyar...

 

Seyid Həmid LAÇINLI

525-ci qəzet.- 2015.-14 yanvar.- S.8.