Dəniz istəyirəm  

 

 

Mən bir dəniz istəyirəm,

Ruhumda düşüncəmdə

Fırtına, tufan qoparsın.

Qəlbimdəki dərdi, qəmi.

Silsin, yuyub tez aparsın...

Mən bir dəniz istəyirəm.

Səma kimi, göylər kimi..

Mən bir dəniz istəyirəm.

Bir çay olub axım ora,

Doğularaq göy üzündə

Günəş kimi baxım ona...

Mən bir dəniz istəyirəm,

Təlatümlü, coşqun dəniz,

Darıxanda aşıb-daşsın

Könlüm  mənim, könlüm mənim...

Dalğasına, eh, qovuşsun,

Səsim mənim, ünüm mənim.

Mən bir dəniz istəyirəm,

Sükuta o, qənim olsun,

Mən bir dəniz istəyirəm,

Sinəmdəki ürəyimtək

Həmişəlik mənim olsun.

 

Mina FƏTƏLİYEVA

525-ci qəzet.- 2015.- 14 yanvar.- S.8.