Nehrəmi gəzdim, gəldim
"Biz hamımız uşaqlıqdan
gəlirik..." Bu sözlər böyük
humanist yazıçı Ekzüperiyə
məxsusdur. Həmin kəlamın
məntiqi davamı kimi deyə bilərik ki, bizim hər birimizin rişələri
doğulub ərsəyə
gəldiyimiz yerdədir,
başqa sözlə,
dünyanı dolaşsaq
da, göbəyimiz basdırılan yerdən heç vaxt ayrıla bilmirik. Bunu, insan ahıl yaşlarında xüsusən
dərk etməyə başlayır.
"Tarixi özündə
yaşadan kənd"
kitabının müəllifi
Kamil Məhərrəmoğlu
da, səhv etmirəmsə, 55- yaşındadır. Onun bu yaşı doğma elini, yurd-yuvasını, uşaqlıq
illərinin çalarlarını
təşkil edən insanları əsl xatırlamaq, xatırlamaq
yox ey, xəyalən
canlandırmaq çağıdır.
Kitab Nehrəm
kəndindən bəhs
edir.Nehrəm deyən
kimi böyük Mirzə Cəlil yada düşür.Çünki,
o da bu şanlı
kəndin yetirməsidir.
Uşaqlıq dövrümdən Cəlil
Məmmədquluzadəni çox
sevmişəm, onu nəsrimizin peyğəmbəri
bilmişəm, bilmişəm
ki, Azərbaycan dramaturgiyasına öz
"Ölülər" ilə
ölməzlik qazandıran
da məhz o kişidir. Buna görə
də Nehrəm kəndinə də həmişə böyük
marağım olub.
Oranı
görmək arzusuyla yaşamışam, təəssüf
ki, həmin arzum bu günə
qədər arzu olaraq qalır. Yox , yox, deyəsən
düz demədim.Kamil
Məhərrəmoğlunun sözügedən kitabıyla
tanış olana qədər belə idi, ancaq Kamil
müəllimin "Tarixi
özündə yaşadan
kənd" kitabını
oxuyandan sonra, elə bil, bu
kəndi qarış-qarış
gəzdim, onun mərd sakinləriylə tanış oldum. Qismət olsun, gerçəkdə də
bu kəndə getsəm, güman ki, elə bilərəm
kəndə ikinci dəfə gəlmişəm,
birinci dəfə artıq olmuşam ,deyərəm, Kamil Məhərrəmoğlunun
kitabının vasitəsilə
olmuşam.
Kamil müəllim anasını
çox sevir.Anasını
sevən insan öz doğma elinə-obasına da , doğulduğu
kəndə də çox bağlı olur. Çünki həm ana, həm də doğma kənd doğuluşla, insanın
dünyaya gəlişiylə
əlaqədardır. Kamil Məhərrəmoğlu
da sevimli anasından və doğma kəndlilərdən
bəhs edə-edə , sanki oxucuya bələdçilik
edir, kənddə keçirdiyi ömrün gözəl çağlarını
özü də yenidən yaşayır, bizə də yaşadır.Baxırsan heyran
olursan. Nehrəm kəndi məmləkətimizə
elə oğullar verib ki. Onların hər biri ayrı-ayrılıqda
kifayətdir ki, bir kəndi ucaltsın, üzünü
ağ eləsin.
Alman filosofu Şopenhauer deyir ki, insanda
olan yer həsrəti əslində
yerə görə deyil,insanın həmin yerdə yaşadığı
situasiyaya, dövrə
və çağa görədir.Bu və ya digər situasiya
, dövr isə konkret insanlarla bağlıdır.Ətrafında olan insanlardır ki, həmin çağa,həmin zamana
unudulmaz məzmun verir.Kamil Məhərrəmoğlu da
Nehrəm kəndində
yaşadığı o çağları
diriltmək üçün
məhz insanlara,onu əhatə edən, o mühiti yaradan adamlara müraciət edir.Düşünürəm, bu səbəbdəndir ki, Nehrəm kəndini özündə
canlandıran kitab belə uğurlu alınıb. Nehrəm kəndi tarixi
özündə yaşatdığı
kimi bu kitab
da Nehrəm kəndini özündə
yaşadır.
İmir MƏMMƏDLİ
525-ci qəzet.-
2015.- 14 yanvar.- S.2.