PORTRET
Mən
bir dağ çayıyam, dağ bulağıyam,
Mənim
çoxalmağım, azalmağım var.
Gəlir
bu bağların təbiətindən,
Coşub-daşmağım
var, sozalmağım var.
Sözdən
öz ömrümə bir heykəl yonub,
Gözəllik
önündə heyrətdən donub,
Arıtək
çiçəkdən-çiçəyə qonub,
Dədə
ocağından köz almağım var.
Suyam –
damla-damla daşdan çıxmışam,
Gözəm,
göz yaşıyam, yaşdan çıxmışam.
Bir
qarlı, boranlı qışdan çıxmışam,
Təzə
çiçəklənib yaz olmağım var.
Duyğular
bağında güllər bitirib,
Bir
ömrün içində min ömür sürüb,
Şairtək
əlinə qələm götürüb,
Aşıqtək
sinəmə saz almağım var.
Bənzər
xəyalımız uçan quşlara,
Tarix qiymət
verər uca başlara.
Ulu
qayalara, qızıl daşlara,
Qədim əlifbatək
yazılmağım var.
HEÇ
VAXT MƏNİ TƏRK ELƏMƏ
Sənsiz
tüstü-duman olub,
Göyə
qalxar ahım mənim.
Heç
vaxt məni tərk eləmə,
Eşqim
mənim, ruhum mənim.
Dağa
çıxsam inadım ol,
Quşa
dönsəm qanadım ol.
Sən
ünvanım, sən adım ol,
Eşqim
mənim, ruhum mənim.
Sular kimi
saf ol yaşa,
Hər
şeydə sərraf ol yaşa.
Ürəkdə
insaf ol, yaşa,
Eşqim
mənim, ruhum mənim.
Gözdə
işıq, canda heysən,
Sehirli
yer, sirli göysən.
Dodaqlarda
yanan neysən.
Eşqim
mənim, ruhum mənim.
Başım
üstə yanan şamsan,
Əlimdə
bir dolu camsan.
Füzulimsən,
Mövlanamsan,
Eşqim
mənim, ruhum mənim.
Gələcəyim,
sabahım ol,
Döyüşlərdə
silahım ol.
İnamımda
Allahım ol,
Eşqim
mənim, ruhum mənim.
Fikir vermə
ağlı kəmə,
Vaxtsız
batma dərdə, qəmə.
Heç
vaxt məni tərk eləmə,
Eşqim
mənim, ruhum mənim.
İSTİQLAL
ŞAİRLƏRİ
Məndən
salam olsun gündə yüz dəfə,
Yurdumun
dili bal şairlərinə.
Ürəyi
dumduru, ruhu tərtəmiz,
Halaldan da
halal şairlərinə.
Sözü
dünyamızın sirdaşı, yarı,
Fikri
ağılların meyvəsi, barı.
Allah
özü verib ucalıqları,
Bu ulduz,
bu hilal şairlərinə.
Yerlərə
yerləşməz, göylərə sığmaz,
Oğulsan
ondakı şücaəti yaz.
Min
ömür versək də yenə azdır, az,
Vətənin
istiqlal şairlərinə.
SEVGİ
Bu millətə
neçə-neçə
kitab
verdim, dürlü kitab,
O
yazılan kitablara
bu millətdən
gəldi cavab.
Əlli
ildir ürəklərin
şeirindəsən,
sözündəsən,
Bulaq kimi
göz açmısan,
bulaqların
gözündəsən.
Səni
sevir ilham ilə
vəsf
etdiyin dağ da, daş da,
Bal
daşıyan saf arı da,
ağ
bulud da, uçan quş da.
Səni
sevir zaman, tarix,
dörd fəsil
də, il də, ay da,
Əsən
yel də, axan su da,
göy
bulaq da, dəli çay da.
Səni
sevir yaşıl yamac,
qızıl
üfüq, göy çəmən də,
Qara
şum da, saf toxum da,
nəm
torpağa düşən dən də.
Nə
eşitməz, nə də görməz
göz
bağlısa, qulaq karsa,
sevgi
yoxdur, ürək darsa.
Səni
sevir təbiətin
yaratdığı
hər nə varsa,
Sevir
doğma balasıtək
yer də
səni, göy də səni.
Səsi
bilir, ünü bilir
saz da səni,
ney də səni.
Sevir sənin
düşüncəni
düşüncəsi,
ağlı kimi,
Sevir səni
bu məmləkət
qızı
kimi, oğlu kimi.
Sevir səni
görən gözü,
vuran qəlbi,
yazan əli,
Sevir səni
insanların
ən təmizi,
ən gözəli.
Çox
arzular qalır hələ,
açılacaq
çiçək-çiçək,
Sevməyənlər
qoy sevməsin,
sevilənlər
seviləcək.
ŞAİR
Demək
halalına haramlıq qatıb,
Tutduğu
zirvədən enirsə şair.
Demək
ortalıqda şeytan işi var,
Kor qalan
ocaqtək sönürsə şair.
Səsi
dağdan gəlir, arandan gəlir,
Sədası
İrandan, Turandan gəlir.
Mayası
Ayədən, Qurandan gəlir,
Yenilməz
zamanı yenirsə şair.
Ruhu
olmayanın tərpənməz tükü,
Ürəyi
olanın sevgidir yükü.
Dərin
bir keçmişə bağlıdı kökü,
Ürəkdə
heykələ dönürsə şair.
Saflığı
dağların dümağ qarıdı,
Yönü
düzə sarı, haqqa sarıdı.
Dediyi
Allahın kəlamlarıdı,
Peyğəmbər
dilində dinirsə şair.
SƏN
YORULMADIN
Yollara
baxmaqdan gözüm yoruldu,
Səni
çağırmaqdan sözüm yoruldu.
İradə
yoruldu, dözüm yoruldu,
Ey mənim
inadım, sən yorulmadın.
Yerlərə,
göylərə saldın səs-səda,
Uca zirvələri
gətirdin yada.
Üfüqlər
nə qədər geniş olsa da,
Ey qolum,
qanadım, sən yorulmadın.
Bütün
ömrün boyu yardın, yaratdın,
Arzuya
yetişdin, mətləbə çatdın.
Ruhuma
uyuşdun, könlümə yatdın,
Zəhmətim,
ustadım, sən yorulmadın.
Düşmən
bostanıma xeyli daş atdı,
Gah
möhkəm tutdurdu, gah yavaş atdı.
Təmizlik,
halallıq səni yaşatdı,
Məğrur
istedadım, sən yorulmadın.
BU
DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞƏM
Mənim
yaşım uşaq yaşı deyil ki,
Hər
ağacın meyvəsini dərmişəm.
Allah mənə
nə veribsə əzəldən,
Mən də
onu bu dünyaya vermişəm.
Baxmamışam
şeytanların sözünə,
Düz
baxmışam həqiqətin gözünə.
Ömrüm
boyu sevənlərin üzünə,
Ürəyimi
süfrə kimi sərmişəm.
Bu yollarda
kim ayılan, kim yatan,
Arzulara
kim çatmayan, kim çatan.
Nə
ölənəm, nə itənəm, nə batan,
Qızıl
sözdən qızıl divar hörmüşəm.
Çox
sonalar uçurmuşam gölümdən,
Alov
çıxır içərimdən, çölümdən.
Qorxum
yoxdu ayrılıqdan, ölümdən,
Bu
dünyanın hər üzünü görmüşəm.
RUH
Yüz il
sonra, min il sonra
kimin səsi
gələcək,
Kim batacaq
gəmi kimi,
kim
qalxacaq göylərə.
Kimin səsi
yerli-dibli
birdəfəlik
batacaq,
Kimin ruhu
qarışacaq
kamanlara,
neylərə.
Ac da olsa,
tox da olsa
hamı
duyar həyatı,
Ömürlüdü,
ömürsüzdü,
ölüm
Allah payıdı.
Ulu ruhlar
ucalsa da
mələklərin
yanına,
Zaman-zaman
öz yurduna,
yuvasına
qayıdır.
Qarşısını
kəsə bilməz
nə cəhənnəm,
nə cənnət,
Bədən
hara gedir getsin
bu
torpağın malıdır.
Səni
bütün bəlalardan
sağ-salamat
qurtaran,
İncə
könül, incə ürək,
incə
ruh olmalıdır.
Göz
görməsə qəlbim sevər,
qəlbim
duyar həyatı,
Mən
ruhumla bu torpağın
ləzzətiyəm,
dadıyam.
Haqqın
ruhdan yuxarıda
mərtəbəsi
yoxdu, yox,
Bədən
məndən inciməsin,
mən
ruhun övladıyam.
BİRCƏ
TƏSƏLLİM VAR
Yüz
ildən sonranı düşünürəm mən,
Min ildən
sonranı düşünürəm mən,
Bu qoca
dünyada nələr olacaq.
Yenə də
beləcə axşam düşəcək,
Yenə də
beləcə səhər olacaq.
Yenə də
arılar bal daşıyacaq,
Yenə də
ilanda zəhər olacaq.
Əs
limiz, nəslimiz yaşamaq üçün,
Yenə kənd
olacaq, şəhər olacaq.
Şəhər
var, açılıb gülə dönəcək,
Şəhər
var, qovrulub külə dönəcək.
Kənd
var, çiçək açıb gözəlləşəcək,
Kənd
var, göz yaşları selə dönəcək.
Dünyada
heç kəsin boş qalmır yeri,
Gedənlər
getsə də, gələnlər gəlir.
Ömrünü
torpaqla, atəşlə, suyla,
Yağışla,
havayla bölənlər gəlir.
Yenə
göy güləcək yağışlarıyla,
Yenə
yer güləcək naxışlarıyla.
Bu
dünya həmişə gözəl olacaq,
İnsa
nın dünyaya baxışlarıyla!
Yüz
ildən sonranı düşünürəm mən,
Min ildən
sonranı düşünürəm mən,
Bu qoca
dünyada nələr olacaq.
Yenə
oynadacaq sevinc atını,
Yenə
daşürəkli kədər olacaq.
Torpağı
su basıb, sel aparanda,
İnsanın
zəhməti hədər olacaq.
Bu
dağlar yenə də çiçəklənəcək,
İgidlər
yenə də igidləşəcək,
Göyçəklər
yenə də göyçəklənəcək.
Mən də
qarışacam qara torpağa,
Sellər
aparacaq, bəlkə, qəbrimi,
Məzarım
hardadı, bilinməyəcək.
Bircə
təsəllim var, eşqim ürəkdən,
Adım
yaddaşlardan silinməyəcək!
AXAR SU
Göy
üzündə buludları silkələr,
Dağ
döşündən dərələrə axar su.
Şeh
içində çimizdirər gülləri,
Zirvələrdən
çökəklərə baxar su.
Qış
gələndə əl-ayağı dondurar,
Yaz gələndə
ümid nuru yandırar.
Qayaların
inadını sındırar,
Damla-damla
göz yaşını sıxar su.
Ruhu
pakdı, təmizlərdən təmizdi,
Adı
bizə əzizlərdən əzizdi.
Hara baxsan
çaydı, göldü, dənizd i,
Yer
altından yer üzünə çıxar su.
Gələn
gedir bu dünyada qalan yox,
Sular kimi
boşalan yox, dolan yox.
Dağ
desə ki, məndən güclü olan yox,
Güc eləsə
dağları da yıxar su.
Nəğməsidir
hər açılan yarpağın,
Dərmanıdır
hər bağçanın, hər bağın.
Ay Zəlimxan,
şah damarı torpağın,
Axar
südü, axar südü, axar su.
TARİX
KİMİ
Yaşın
ilə təzə tarix,
təzə
dövran başlana,
Eşqin
ilə qoca dünya
cavanlana,
yaşlana.
Adın
ilə yer üzünün
şeytanları
daşlana,
Çevriləsən
könüllərdə
çiçəyə
sən, gülə sən,
Tarix kimi
doğulasan,
tarix kimi
yaşayasan,
tarix kimi
öləsən!
Sevənlərə,
duyanlara
göz
günəş könül çıraq,
Nurun ilə
işıqlana
hər
kitabda şah varaq,
Min il
sonra söz düşəndə
səndən
gələ səs-soraq.
Yaddaşlara,
ürəklərə
möcüzətək
gələsən,
Tarix kimi
doğulasan,
tarix kimi
yaşayasan,
tarix kimi
öləsən!
İnadınla
sərt qayalar
varaqlana,
çapıla,
İnamınla
cəmiyyətin
itənləri
tapıla.
Ziyarətin
daşı kimi
yanağından
öpülə,
Zaman
görə sən böyüksən,
nə
qulsan, nə köləsən,
Tarix kimi
doğulasan,
tarix kimi
yaşayasan,
tarix kimi
öləsən!
Ucalardan
ucalara
qalxasan fələk
kimi,
Buludların
qanadında
uçasan
mələk kimi.
Nurlandırıb
könüllərə
çatasan
şimşək kimi,
Cahilliyi,
nadanlığı
yer
üzündən siləsən,
Tarix kimi
doğulasan,
tarix kimi
yaşayasan,
tarix kimi
öləsən!
Yaşayasan
insaf kimi,
iman kimi,
din kimi,
Torpaq səni
qəbul edə
göydən
gələn ün kimi.
Ölümün
də tarix ola
doğulduğun
gün kimi,
Öz
ömrünü zərrə-zərrə
insanlarla
böləsən,
Tarix kimi
doğulasan,
tarix kimi
yaşayasan,
tarix kimi
öləsən!
O
GÜNÜ GÖZLƏYİRƏM
Şuşada
bir doyunca
Könlümdən
gəzmək keçir,
o
günü gözləyirəm.
Qalxıb
Cıdır düzünə
Gülümü
dərmək keçir,
o
günü gözləyirəm.
Coşa
İsa bulağı,
Qəlbə
süzülə, axa.
Ovcum nur
ilə dola,
Gözüm
gözünə baxa,
o
günü gözləyirəm.
Məni
Şuşada görə,
Düşmən
baxa xar ola.
Daşaltının
hər daşı
Düşmənə
məzar ola,
o
günü gözləyirəm.
Öz
gülüm, öz çiçəyim
Öz əlimlə
dərilə.
Görə
bu xoş günləri,
Şəhidlərim
dirilə,
o
günü gözləyirəm.
Qarabağ
deyiləndə
Torpaq
qalxa ayağa.
Ehtiyacı
olmaya
Bir səddə,
bir dayağa,
o
günü gözləyirəm.
Şuşasız
varlığımda
Nə
ürək var, nə də can.
Ağ
atın üstə gələ
Ulu dədəm
Pənah xan,
o
günü gözləyirəm.
Hanı
Şuşa torpağı,
Gülü
kəfənim olsun.
Mənimdir,
mənimkidir,
Həmişə
mənim olsun.
o
günü gözləyirəm.
Mənim
ağ paltarımda,
Hələ
qara yamaq var.
Şuşasız
yaşamaq yox,
Şuşalı
yaşamaq var,
o
günü gözləyirəm.
Tarixi
düz yazıla,
Şuşa
Şuşamız ola.
Bu
dünyaya sığmayan
Bir
tamaşamız ola,
o
günü gözləyirəm.
SƏFƏR
Sökülür
dan yeri, doğur Günəşi,
Səhərin
ən gözəl səhərdi, Tanrım.
Ağ
günün dalınca bir ağ gün gəlir,
Xəbərin
nə gözəl xəbərdi, Tanrım.
Yaratdıqca
ürək, yaratdıqca əl,
Daşında
gül açır, torpağında ləl.
Sənin
yaratdığın hər şeydən gözəl,
Əsərin
nə gözəl əsərdi, Tanrım.
Yerin də,
göyün də nurlu həyatdı,
Nurdan
yarananlar şöhrətə çatdı.
Gör
neçə mərtəbə, gör neçə qatdı,
Şəhərin
nə gözəl şəhərdi, Tanrım.
Donunu
yaşıldan biçir yolların,
Könüldən-könülə
köçür yolların,
İnsan
ürəyini seçir yolların,
Səfərin
nə gözəl səfərdi, Tanrım.
GƏLMƏDİ
“Anam
Qarabağ” deməkdən
dilim oldu
dilim-dilim,
Mərd
oğullar şəhid oldu,
sağ
gedənlər sağ gəlmədi.
Gecə-gündüz
qan ağladı,
qəlbim,
ruhum, duyğularım,
Necə
oldu, ağlamaqdan
gözlərimə
ağ gəlmədi.
Yaylaq
yetim, oylaq qəmgin,
bulaq
küskün, ocaq ölgün,
Qurudu
kök, öldü budaq,
bostanıma
tağ gəlmədi.
Aylar
keçdi, illər ötdü,
saç
ağardı, mən qocaldım,
Saraldı
gözümün kökü,
mən
gözləyən çağ gəlmədi.
Cıdır
düzü cıdırsızdı,
binələrim
çadırsızdı,
Necə
deyim sinəm üstə
dağ
üstündən dağ gəlmədi.
ÖLƏRƏM
– ÖLMƏRƏM
Gözəl
sözü dilimdən al,
mən
ölərəm,
Gözəl
sözü əlimdən al,
mən
ölərəm.
Gözəl
sözü elimdən al,
mən
ölərəm,
Söz
üstündə yarpaq kimi
əsərəm
mən.
Sözə
gələn hər bəlanın
qarşısını
kəsərəm mən.
Ömrün-günün
yollarında,
Söz
adlanan zəfər verin
mən
ölmərəm.
Günüm
doğsun, Ayım yansın
üfüqlərdə,
Sözlərimə
nurla dolu
səhər
verin.
Arzu verin,
ümid verin,
kəsər
verin,
Gözəl
sözdən, halal sözdən,
doğru
sözdən,
Mənə
xeyir xəbər verin,
mən
ölmərəm,
mən
ölmərəm, mən ölmərəm!
MƏZAR
Məzar
insanların döş nişanıdır,
Yazılır
daşlara ünvanı, adı.
Kim qəbir
yerinə evim demədi,
Kim qara
torpaqda dəfn olunmadı?
Uçmağa,
qucmağa, qucaqlamağa,
Qanad yoxdu
daha, qol yoxdu daha.
Məzar
insanların son dayaq yeri,
Burdan o tərəfə
yol yoxdu daha.
Məzar
insanların sükut evidir,
Orda nə
qapı var, nə pəncərə var.
Qəbiristan
deyilən bir məmləkətdə,
Keçilməz
uçrum var, dərin dərə var.
Hamının
dərdini çəkən mən oldum,
Hamının
ağrısı, azarı məndə.
Başdaşım
əyilib köksümə sarı,
Dünyanın
ən dərdli məzarı məndə.
İSTƏRƏM
Yolçular
yorulmaz, yollar tükənməz,
Mən elə
getdikcə getmək istərəm.
Yollar kənarında
ağaclar kimi,
Ucalmaq istərəm,
bitmək istərəm.
Ay gedə,
gün gələ, bir səhər ola,
Üfüq
qızıl ola, şəfəq zər ola.
Mənim
çox sevdiyim nəğmələr ola,
Elə
ömrüm boyu ötmək istərəm.
Nədir
tilsim dünya, tapmaca dünya,
Boyu
boyumuzdan çox uca dünya.
Nə
deyir insana bu qoca dünya,
Sirlərin
sonuna yetmək istərəm.
YAŞA
Fəsillərin
ruhuna dön,
Yazında,
qışında yaşa.
Qədrini
bil bu torpağın,
Hər
bir qarışında yaşa.
Halallıq
var mayasında,
Həm
toyunda, həm yasında.
Çiçəyə
dön qayasında,
Mamır
ol daşında yaşa.
Dağıt
başından dumanı,
Dağıt
şübhəni, gümanı.
Öt
dövranı, keç zamanı,
Dünyanın
yaşında yaşa.
QURUMAQ
Niyə
quruyursan, a yaşıl ağac,
Səni
yaşıl vaxtı solduran nədi.
Budaqlar
quruyub çöpə dönmüsən,
Səni
diri-diri öldürən nədi.
Dəhnəmi
quruyub, sumu kəsilib,
Quşlar
qanad çalmır budaqlarında.
Yuvamı
dağılıb, bülbülmü köçüb,
Nəğmələr
səslənmir dodaqlarında.
Günəşmi
tutulub, Aymı gizlənib,
Buludmu
bağlayıb göyün üzünü.
Dolu
budağına atıb daşları,
Kimlər
kor eləyib sənin gözünü.
Qurudun, həyatın
qurtardı, getdi,
Bir daha
göyərmək çətindən çətin.
Dünəni
var idi, sabahı yoxdan,
Kökündən
quruyan bir məhəbbətin.
AXŞAMÜSTÜ
Göylərdə
kövrələn buludlar deyil,
Beynimin
içinə dolan tüstüdü.
Bilirəm
qarşıdan qaranlıq gəlir,
Yaman
darıxıram, axşamüstüdü.
Qəlbin
həm sevinci, həm də yası var,
Hər
günün öz hökmü, öz dünyası var.
Ömrün
səhəri var, günortası var,
Yaman
darıxıram, axşamüstüdü.
Dünyanın
üzünə gələndən bəri,
Həmişə
sevmişəm nurlu səhəri.
Kimə
xeyir verib axşamın şəri,
Yaman
darıxıram, axşamüstüdü.
Alınmaz
qalanı kim tikib görən,
Nə
deyir hördürən, nə deyir hörən.
Geriyə
qayıtmır qapıdan girən,
Yaman
darıxıram, axşamüstüdü.
Səhər
bu dünyanın hər şeyi təzə,
Günorta
gözəllik gətirir gözə.
Axşam
qaranlığı heç baxmır sözə,
Yaman
darıxıram, axşamüstüdü.
ALLAH
KİMİ
Bulud kimi
qar-yağışla doluyam,
Göylər
qədər dərdim-ahım var mənim.
Zaman kimi
dərdsiz, qəmsiz, kədərsiz,
Nə
axşamım, nə sabahım var mənim.
Ərənlərin
badəsini içmişəm,
Haqq
yolunda tükü tükdən seçmişəm.
Qıl
körpüdən gülə-gülə keçmişəm,
Yoxa
çıxıb nə günahım var mənim.
Yamanlara tərs
açılan şillədir,
Naqislərin
ürəyinə güllədir.
Yaxşılara
ucalıqdı, pillədi,
Qələm
adlı bir silahım var mənim.
Çəkinmədim
nə düşməndən, nə dostdan,
Dərsim
aldım Mövlanadan, Yunusdan.
Haqdan gəldi
oxuduğum bu dastan,
İlham
adlı bir pənahım var mənim.
Ağac
dindir, kaman bağla, saz yarat,
Hər pərdədə
işvə, qəmzə, naz yarat.
Dedi
oğlum, ürəyincə yaz, yarat,
Allah kimi
uca şahım var mənim.
ÜMİD
İşıqlı
nəğmələr nəğməkarıyam,
Həsrəti
dünyadan itirəcəyəm.
Vətən
bağçasında, vətən bağında,
Tərtəzə
çiçəklər bitirəcəyəm.
Qoymaram səsimi
harınlar uda,
Mənim əmrimdədir
torpaq da, su da.
Ölüm
nəmənədir məni qorxuda,
Onu bu
dünyadan itirəcəyəm.
Ümid
ürəklərdə silahdır, silah,
Onu insan
üçün yaradıb Allah.
Bükməsin
boynunu gələcək, sabah,
Mən
onun dadına yetirəcəyəm.
YOXDU
Mən
sevirəm bu dünyanı,
Ocağım
var, külüm yoxdu.
Heç
bir kəsdən küsməmişəm,
Küsmək
var, küsülüm yoxdu.
Tapdanmış
bir dağ olasan,
Pozulmuş
bir bağ olasan.
Sevgiyə
yamaq olasan,
Bundan
artıq zülüm yoxdu.
Büdrəməsin
eşqin atı,
Bağrına
bas kainatı.
Sev
dünyanı, sev həyatı,
Sevənlərə
ölüm yoxdu.
YAZ
QƏLƏMİM, YAZ
Ömür
bir fürsətdi verilib sənə,
Ömürdən,
fürsətdən yaz qələmim, yaz.
Yaradan
dünyanı cənnət yaradıb,
Sehrli cənnətdən
yaz qələmim, yaz.
Çağır
ilhamını, çağır təbini,
Həm
elmini göstər, həm ədəbini.
Dəryalardan
götür mürəkkəbini,
Tükənməz
hikmətdən yaz qələmim, yaz.
Heç
vaxt yaxşılığı çıxarma yaddan,
Dadlı
meyvələrin düşməsin daddan.
Sən
ki, çox çıxmısan alovdan, oddan,
Taledən,
qismətdən yaz qələmim, yaz.
Odu
olmayanın oduna yanma,
Haqqı
olanların haqqını danma.
Yaxşılıq
etməyi qızırqalanma,
Bu ali
qüdrətdən yaz qələmim, yaz.
Dağ
qalır, daş qalır, təbiət qalır,
İnsana
əbədi məhəbbət qalır.
Çox
şey unudulur, həqiqət qalır.
Əsl həqiqətdən
yaz qələmim, yaz.
Açılan
çiçəkdi, qonan arıdı,
Yönü
Aya sarı, günə sarıdı.
Şeir
şairlərin könül varıdı,
Bu naz-nemətdən
yaz qələmim, yaz.
HƏZRƏT
SÜLEYMANIN XALÇASI KİMİ
Xanım
qız, xanım qız, toxucum sən ol,
Mənə
xalı toxu, əlvan bir xalı.
Gəlindən
ismətli, qızdan həyalı,
Ətri,
təravəti çiçəkdən olsun.
Bütün
keçidləri, döndərmələri,
Bütün
ilmələri ürəkdən olsun.
Əlvan
bir dünyaya döndər rəngini,
Ərişi,
ağacı ipəkdən olsun.
Gözəl
qız, gözəl qız, toxucum sən ol,
Deyim, nəyi
göstər, deyim, nə göstər.
Sənə
desələr ki, gözəllik nədir,
Göygöldən,
Kəpəzdən nişanə göstər.
Sənin
toxuduğun yaşıl xalıda,
Görünsün
torpağın bütün rəngləri.
Nurlu gözümüzə
versin işığı,
Çiçək topaları, gül çələngləri.
Xanım qız, xanım qız, toxucum sən ol,
Sənin hər çeşnində, hər çeşidində,
Təbiət görünsün, çəmən görünsün.
Bütün anaların ana torpağı,
Bir də müqəddəsim Vətən görünsün!
Sənin toxuduğun yaşıl xalıda,
Üfüqdən-üfüqə süzmək istərəm.
Həzrət Süleymanın xalçası kimi,
O xalça üstündə gəzmək istərəm.
Zəlimxan Yaqub
525-ci qəzet.- 2015.- 17 yanvar.- S.28-29