"Dağlarda şəhid
səsi" işıq üzü görüb
Bu
yaxınlarda şair və publisist Güləmail Muradın
"Dağlarda şəhid səsi" kitabı çapdan
çıxıb.
Kitaba
Milli Məclisin üzvü, professor Nizami Cəfərov ön
söz yazıb: "Güləmail Murad imzası geniş
oxucu kütləsinə yaxşı tanışdır. Mən
də uzun illərdir ki, onu tanıyır, dövri mətbuatda
şeirlərini maraqla izləyirəm. Bir neçə gün
öncə mənə verdiyi "Dağlarda şəhid səsi"
kitabının əlyazmasını oxudum və qənaətim
bu oldu ki, doğrudan da, Güləmail Murad vətəndaş
şairdir. Bu kitabda mən iki obraz gördüm. Bir ana,
qadın olan Güləmail, bir də şair səciyyəsi
olan şair Güləmail. Hər ikisi yüksək vətəndaş
duyğusu ilə bir-birini tamamlayır..." N.Cəfərov
vurğulayıb ki, kitabdakı yazıların dili
oxunaqlıdır, emosionaldır.
Kitabda
müəllifin vətənpərvərlik mövzusunda
yazdığı şeirlər, Milli Qəhrəmanlarımız
haqqında qələmə aldığı publisistik yazılar yer alıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 20 yanvar.- S.7.