Məzahir Süleymanzadə ilə Şakir Yaqubovun "Qara Yanvar dialoqu"

 

 

Bugünlərdə əməkdar mədəniyyət işçiləri, Ali Media Mükafatı laureatları Məzahir Süleymanzadə Şakir Yaqubovun  "Qara Yanvar dialoqu" kitabı işıq üzü görüb.

 

1990-cı il 20 Yanvar faciəsinin 25 illiyinə həsr olunmuş kitab Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin (AJM) tövsiyəsi ilə nəşr edilib. Bir neçə gün öncə geniş təqdimatı keçirilmiş nəşrdə hər iki müəllifin xatirə-dialoqu, rəsmi sənədlər, indiyədək dərc olunmamış materiallar yer alıb.

 

Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Əflatun Amaşovun kitabda verilən yazısında nəşri yüksək qiymətləndirib.

 

AJM-nın sədri, Əməkdar jurnalist Yusif Kərimov isə kitabı "20 Yanvar şəhidlərinin xatirəsinə möhtəşəm söz abidəsi" kimi səciyyələndirib.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 20 yanvar.- S.7.