Opera Balet Teatrında "İntizar" təqdim edilib

 

 

Dövlət Akademik Opera Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin "İntizar" operası nümayiş olunub.

 

Librettosu "ÜNS" Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevaya məxsus olan operanın nümayişi 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilən tədbirlər çərçivəsində keçirilib.

 

Opera Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəvi hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Xəyanət hiylə ilə qonaqpərvər diyara gələn şər qüvvələr zorakılıqla səfalı bir diyarı viran qoyur, insanları amansızcasına qətlə yetirir, doğma yurd-yuvalarından didərgin salırlar. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin taleyində izlənilir.

 

Əsər bir daha nümayiş etdirir ki, şər qüvvələrin basqısı qədər dəhşətli güclü olsa belə, onlar Vətən sevgisi, ailə məhəbbəti ilə saf inamlı həyat yaşayan insanların müqavimətini qırmaq, onların qəlbindəki mübarizə əzmini məhv etmək iqtidarında deyil. Hadisələrin faciəli axarına baxmayaraq, əsər əmin-amanlıq, xoşbəxtlik ədalətin intizarında olan, gələcəyə inam ümidlərini, mübarizə əhval-ruhiyyəsini əks etdirən təsirli finalla bitir. Səmada " atlı"nın peyda olması qazanılacaq qələbənin intizarında olan bütün insanlara ümid işarəsidir. Bu ümid inam doğma torpaqların azadlığını nəyin bahasına olursa-olsun gerçəkliyə çevirəcək.

 

İki pərdə yeddi şəkildən ibarət operada bəstəkar bütün hadisələri solo, ansambl nömrələri, möhtəşəm xorlar vasitəsilə böyük ustalıqla, peşəkarlıqla əks etdirib. Eyni zamanda, müəllifin gələcəyə olan nikbin hissləri operada öz təcəssümünü tapıb. Belə ki, sonda qələbəyə böyük inam bəsləyən bəstəkar operanı mübarizlik əhval-ruhiyyəsini aşılayan musiqi ilə möhtəşəm sonluqla tamamlayır.

 

Operanın musiqi məzmunu çox zəngin, orkestr səslənməsi dolğun parlaqdır. Diqqət çəkən məqamlardan biri əsərdə "Qarabağ şikəstəsi", "Humayun" muğamlarının səslənməsi, eləcə orkestrə xalq çalğı alətlərinin daxil olmasıdır. Bu da əsərin süjeti ilə tam səsləşir.

 

Quruluşçu rejissoru Hafiz Quliyev, dirijoru Əyyub Quliyev olan tamaşada rolları Xalq artisti Qərinə Kərimova, Əməkdar artistlər Əkrəm Poladov, Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova digərləri ifa ediblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 20 yanvar.- S.7.