QOCALIRIQ
YAVAŞ-YAVAŞ...
Dünən qızlar çıxardılar yoluma,
Keçərdilər hey sağıma, soluma.
İndi gəlin axtarıram oğluma,
Almalıyam toya daş-qaş, deyəsən,
Qocalırıq yavaş-yavaş, deyəsən.
Cavanlığa ömrün tacı deyirəm,
Sevənlərə eşq möhtacı deyirəm.
Gözəllərə indi "bacı" deyirəm,
Bəlkə sən də mənə "qardaş" deyəsən?
Qocalırıq yavaş-yavaş, deyəsən.
Alacağım daha düşmür kitaba,
İş görürəm bir "sağ ol"a,
savaba.
Diş də
batmır indi tikə kababa,
Sifarişi
gərək bozbaş deyəsən,
Qocalırıq yavaş-yavaş, deyəsən.
Vaxt var ikən
gün ağlayım özümə,
Təsbeh alım, eynək taxım gözümə.
Hərdən
dəyir əcəl mehi üzümə,
Yada
düşür halva-lavaş, deyəsən,
Qocalırıq yavaş-yavaş, deyəsən.
Sabahına
ömür saxla, yaş ayır,
Sənətkar öz nəğməsiylə
yaşayır.
Qocalıqdan
az gileylən, a şair,
Eşidənlər
qalıb çaşbaş, deyəsən,
Vaxtsız gəlib bu əlli yaş, deyəsən?!
...Göz
dəyməsin, gənclik eşqi sinəndə,
Gəncləşirsən, yavaş-yavaş deyəsən.
lll
Nahaqdan
unudulub
qalanda
kölgədə
yer tapa
bilmirsən özünə
bu boyda
ölkədə.
Ümidə
söykənib yaşayırsan
paytax
tdan kənarda,
bölgədə;-
-Məni
də
itirib
axtaran tapıldı
bəlkə də...
lll
Ətək-ətək
pul töküb
çıxartdığın
kərpic-kərpic
kitabları
gətir vur mənim
başıma!
"Zorən
şairliyin"
dəyməz vallah
qonşuda
acından
ağlayan
o uşağın
gözlərinin
yaşına!
lll
Ehey,
eşidirsinizmi?
Orda
şəhid qanına
bulaşmış
daşlar...
bizdən
sədaqətli çıxdı
yurda!
Yetər,
özümüzü aldatdıq,
qardaşlar!.
lll
Çıxmayın
tərif yarışına,
Baxın,
boyuna, yaşına,
Yalandan
qaldırmayın
dağ başına...
...Yazığınız
gəlsin ona!
lll
Övladını
öyməyə
yer tapmadınmı, atam,
Bildinmi,
nələr çəkdi
göz
yaşları içinə tökülən
sonsuz adam?!
lll
Söyüd
əkməyin
meyvə ağacının
yanında,
O
ağacı əyəndə barı,
söyüdü yıxacaq
içindən çəkdiyi
qübarı!..
lll
Bir ay
parçası
oturub qarşımda...
Aymı
yerə enib,
yoxsa mən göylərdəyəm
bu
yaşımda...
Nə
deyim bu gözələ...
Qaytara
bilsəydim əvvələ
saçıma dən salan
yaşımı,
onunla bir
ömür
qatardım
başımı...
lll
Qələm
dostum Dayandur Sevginə
Bir
gör yaşayırıq hansı zamanda,
Bu gün
söz üyüdür yoldan azan da.
Mən nələr
çəkmədim şeir yazanda,
Yaz mənim
şeirimin qonorarını.
Söz-söz
əriyirəm şam yanan kimi,
Sözləri
yonuram daş yonan kimi.
Mən
belə yazıram şeirlərimi,
Yaz mənim
şeirimin qonorarını.
Şair
var baxma ki, öz gözü toxdu,
Bu
gündən sabaha ümidi yoxdu.
Evində
əlinə göz dikən çoxdu,-
Yaz mənim
şeirimin qonorarını.
Sözdən
çıxarıram duz-çörəyimi,
Halal
çörəyimi, düz çörəyimi.
Belə
qazanıram öz çörəyimi,
Yaz mənim
şeirimin qonorarını.
Ayırmır
yaxşıdan pisi gözümüz,
Urvatdan, kəsərdən
düşür sözümüz.
Salmayaq
qiymətdən, barı özümüz,-
Yaz mənim
şeirimin qonorarını.
lll
Həvvadan
doğulan Adəm balası,
Nə nəfsin
saxlayır, nə gözü doyur.
Tülkülük
eyləyən adam balası,
Tülkünün
özünü heyrətdə qoyur.
Hər
tində tuş gəldik naxələf kəsə,
Qırdı
qəlbimizi neçə qəlbi dar.
Ölməli
adamlar ölmür nədənsə,
Nədənsə,
tez köçür yaxşı adamlar.
Ələyib
keçirtdik belədən-belə,
Tanıya
bilmədik biz, adamları.
İlahi,
sən özün saf-çürük eylə,
Götür
aramızdan pis adamları.
NƏNƏMİN
GİLEYİ
Gözü
açılmamış bulaq kimidi,
Çiçəyi
bar üstə budaq kimidi,
Ata
ocağında qonaq kimidi,
Kövrəkdi,
göyçəkdi kənd qızlarımız.
Şəhərə
can atar kəndçi oğlanlar,
Orda
axtararlar bəxt ulduzların.
Orda yelə
verər ömrünü onlar,
Gözləri
yol çəkər burda qızların.
Dəstəylə
dönəndə bulaq başından,
Sanarsan
köç edir durna qatarı.
Oğlan
anaları əli qaşında,
Durub
boylanarlar şəhərə sarı.
Ev
işi, çöl işi... dincəlməz bir an,
Hər
xırda iş-gücə iş deməz qızlar.
Qayıtsa
şəhərdən qonşu bir oğlan,
Qonşu
toyuğuna "kiş" deməz qızlar.
Bu
qızlar evlərin bar sünbülüdü,
İş-gücdən
görüşə vaxtları çatmır.
Tutub
yaxasından kəndçi oğlanın,
Demək
istəyirəm, dünənki qızlar
Niyə
bu gün sənin könlünə yatmır?
Sevsən,
kəndsiz keçən ömrü qınarsan,
Durub
danışarsan bir kənd adından.
Bu
kişmiş qızları, şirin qızları,
Özünə
hamıdan əziz sanarsan,
Şəhərli
qızlar da çıxar yadından.
QIŞ
DUYĞULARI
Zərif
bir gözəllik dünyasıdı qış,
Onda
gözəlliyi duya biləsən.
Səma
ilmə-ilmə yer naxış-naxış,-
Çətin
ki, seyrindən doya biləsən.
Dağlar
qış kürkünü atıb çiyninə,
Saçına
dən düşmüş qocaya bənzər.
Təpələr
örpəkli gəlin düzlərin
Ovcunda
örtüklü xonçaya bənzər.
Yoxsul dərələrin
varı qardımı,
Yoxsa,
xurcununa gümüş pul yığıb?!
Yol
üstə ağaclar yolçulardımı,
Qışa
ehtiyatı yadından çıxıb?!
Lövhə
çələngi var hər qarış yerin,
Hər
xırda naxışda min bir məna gəz.
Bura yeri
deyil ürəksizlərin,
Zövqsüzlər
lövhəni oxuya bilməz!
Laqeyd
ötməyə könlüm qoymayır,
Düşmüşəm
gözəllik toruna yenə.
Baxdıqca,
seyrindən gözüm doymayır
Rəssam
təbiətin qış sərgisinə.
GÜL
SATAN QARI
Ay gül
satan qarı nənə,
Gəncliyini
anırsanmı?
Gildir-gildir
yaş axıdıb,
İçin-için
yanırsanmı?
Gülü
solmuş bir budaqsan,
Güllər
səni duyurmu heç.
İçib-içib
göz yaşından
Gül ləçəyi
doyurmu heç.
Oxşamağa
vaxt tapmadın,
Ömür
adlı öz gülünü.
Gözlərindən
oxuyurmu
Güllər
sənin nisgilini?
O güllərə
baxa-baxa
Öz
içinə qısılmısan.
Son yarpaqtək xatirələr
Budağından
asılmısan...
Ay gül
satan qarı nənə,
Gəncliyini
anırsanmı?
Gildir-gildir
yaş axıdıb,
İçin-için
yanırsanmı?
QAR
YAĞIR
Açır
qırpa-qırpa gözünü səhər,
Kim bilir qəlbindən
nələr keçəcək.
Gəlin
duvağına bürünüb şəhər,
Elə
bil harasa gəlin köçəcək.
Sevinc rəngindədir
donu yerin də,
Sən
demə, təbiət qışda kövrəlir.
Qar
yağır, yüz yaşlı nənələrin də
Qar topu
oynamaq həvəsi gəlir.
Körpə
sevincləri sığmır dünyaya,
Qarlı
qış gözümdə ilk yaza dönür.
Qar
yağır, oğlanlar Şaxta babaya,
Qar
yağır, gözəllər Qar qıza dönür.
Ədalət Salman
525-ci qəzet.-
2015.- 22 yanvar.- S.7.