Çanaqqala zəfərinin təntənəsi
Azərbaycanın Dağlıq Qarabağda
qələbəsinin paroludur
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Türkiyəyə rəsmi
dövlət səfəri
zamanı ölkəmizin
Çanaqqala zəfərinin
100 illiyini Türkiyə
Cümhuriyyəti ilə
birlikdə qeyd edəcəyini bəyan etməsi xalqlarımızın
ciddi sınaqlardan çıxmış sarsılmaz
birliyinə və hazırda yeni tarixi şəraitdəki möhkəm və etibarlı həmrəyliyinə
dövlət səviyyəsində
verdiyi yüksək qiyməti və bəslədiyi böyük
inamı bir daha ön mövqeyə
çəkməsi deməkdir.
Türkiyə Cümhuriyyətində Çanaqqala
zəfərinin 100 illiyinin
qeyd edilməsinə dair qəbul edilmiş qərarlar qardaş ölkənin ərazilərinin düşmən
əsarətindən xilas
edilməsinin ən həlledici tarixi hadisəsinin, böyük
dönüş məqamının
beynəlxalq ictimaiyyətin
diqqət mərkəzinə
çatdırılması baxımından mühüm
əhəmiyyətə malikdir. Bu, Türkiyədə və ümumən türk dünyasında müstəqil
dövlətçiliyin, torpaq
və vətən ideallarının daha da qüvvətlənməsinə
təkan verəcək
mühüm hadisə
olacaqdır. Çanaqqala zəfərinin yüksək
səviyyədə anılması
həmin tarixi proseslərdə əsl qardaşlıq nümunəsi
göstərmiş, bu
böyük qurtuluş
savaşında könüllü
olaraq iştirak etmiş və Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının
da xatirəsinə ehtiramın ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Türkiyəyə rəsmi
dövlət səfəri
zamanı ölkəmizin
Çanaqqala zəfərini
Türkiyə Cümhuriyyəti
ilə birlikdə qeyd edəcəyini bəyan etməsi xalqlarımızın ciddi
sınaqlardan
çıxmış sarsılmaz birliyinə və hazırda yeni tarixi şəraitdəki
möhkəm və etibarlı həmrəyliyinə
dövlət səviyyəsində
verdiyi yüksək qiyməti və bəslədiyi böyük
inamı bir daha ön mövqeyə
çəkməsi deməkdir.
Bəyanatda bütövlükdə
Azərbaycan xalqı adından çıxış
edən möhtərəm
Prezidentimizin Çanaqqala
zəfərinin birlikdə
qeyd ediləcəyi barədəki qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və
xalqlarının bütün
tarixi dövrlərdə
olduğu kimi, bu gün də
birlik və bərabərlik içində
olduqlarını, Çanaqqala
savaşından çıxan
ibrət dərslərinin
hər iki ölkə üçün
xüsusi əhəmiyyət
kəsb etdiyini dünya ictimaiyyəti qarşısında nümayiş
etdirməyə uğurla
xidmət edir.
Azərbaycan tarixçilərinin Türkiyə Cümhuriyyətinin
milli istiqlal uğrunda mübarizəsinə
dair apardıqlatrı
tədqiqatlar, Azərbaycan
ədəbiyyatındakı Çanaqqala döyüşlərinə
və qardaşlıq
köməyinə həsr
olunmuş bədii əsərlər Çanaqqalanın
qarşıdakı 100 illiyi
tədbirlərində alimlərimizin
dərin və əsaslı elmi söz deməsinə geniş imkanlar yaradır. Buna görə
də Azərbaycan Milli Elmlər Akademiyasının çoxminli
alimləri Prezident İlham Əliyevin Çanaqqala zəfərinin
birlikdə yad edilməsi ilə bağlı bəyanatını
ürəkdən bəyənir
və tam şəkildə
dəstəkləyirlər. Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyətində
A.Bakıxanov adına
Trix İnstitutunun bazasında Akademiyada fəaliyyət göstərən
"Azərbaycanlılara qarşı
soyqırımların tarixi"
Komissiyası ilə birlikdə qarşıdakı
aylarda XX əsr boyu bir neçə
dəfə soyqırımları
həyata keçirmiş
Ermənistanın təcavüzkarlığına
həsr edilməsi nəzərdə tutulan beynəlxalq elmi konfransda da Türkiyə
Cümhuriyyətinin də
tarixçi alimlərinin
iştirakı təmin
olunacaq və bu tədbirdə Türkiyənin istiqlal hərbi, Çanaqqala savaşı hadisələri
zamanı baş vermiş proseslərdən
də geniş söz açılacaqdır.
Müasir şəraitdə Azərbaycan və Türkiyə alimlərinin
böyük beynəlxalq
tədbirlərdə birlikdə
vahid mövqedən çıxış etmələri
ölkələrimiz arasındakı
qarşılıqlı münasibətlərin,
tarix və zaman qarşısındakı
birgə cavabdehlik hissinin real göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunmasına verdiyi yüksək dəyər ictimai və humanitar sahənin alimlərinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyur. Bu, ortaq taiximizin və taleyimizin ən mühüm hadisələrinin açılmış arxivlər əsasında birgə araşdırılmasına və vahid obyektiv mövqedən qiymətləndirilməsinə daha aktiv və məsuliyyətlə yanaşmağı tələb edir. Bu mühüm vəzifənin əhəmiyyətini və məsuliyyətini dərindən dəyərləndirən Azərbaycan alimləri ölkəmizin Prezidentinin ətrafında birləşərək Çanaqqala hadisələri zəminində əldə edilmiş çoxsaylı tarixi sənədlər və əsaslı elmi qənaətlər əsasında dünyaya haqqın, ədalətin və birliyin gücünü göstərmək üçün bütün imkanlarını səfərbər edəcəklər. AMEA-nın "Azərbaycanlılara qarşı soyqırımların tarixi" Komissiyasının apardığı işlər və həyata keçirdiklətri tədbirlər həm Çanaqqala, həm də Dağlıq Qarabağ-Xocalı hadisələrinin daha dərindən tədqiq olunub öyrənilməsinə və beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çatdırılmasına kömək edir. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış Qafqazşünaslıq İnstitutunun fəaliyyəti də Azərbaycanda və Türkiyə ərazilərində xalqlarımıza qarşı aparılmış soyqırımı hadisələrinin, əsassız iddiaların dərindən və əsaslı şəkildə öyrənilməsinə, hər iki ölkənin alimlərinin səylərinin yaxından əlaqələndirilməsinə geniş imkanlar yaradacaqdır.
Qeyd edək ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsi Aqrar Elmlər Bölməsi ilə birlikdə Azərbaycanda, Şərqi Anadoluda və Qərbi Azərbaycan ərazilərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi coğrafiyasını əks etdirən xəritələrin elektron variantlarının hazırlanması üzərində iş aparılır. Bundan başqa, AMEA Memarlıq və İncəsənət İnstitutunun bazasında Akademiyanın ayrı-ayrı Elmi-Tədqiqat İnstitutlarında çalışan əməkdaşlarının Azərbaycanlılara qarşı soyqırımların tarixini, faciəli məqamlarını əks etdirən rəsm əsərlərindən ibarət sərginin təşkili üçün də hazırlıq tədbirləri həyata keçirilir.
Ümumiyyətlə, Çanaqqala zəfərinin 100 illiyinin təntənəsi prosesində nümayiş etdiriləcək Azərbaycan-Türkiyə birlik və həmrəyliyi bizi Dağlıq Qarabağdakı əzəli torpaqlarımızın geriyə alınacağı günə daha da yaxınlaşdırır. Bütövlükdə Türkiyə Cümhuriyyətində Çanaqqala zəfərinin 100 illik nümayişləri Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur.
İsa Həbibbəyli
525-ci qəzet.-
2015.- 22 yanvar.- S.5.