Qarabağ
Həsrət
dağım,
Könül
ahım, -
-
Qarabağım!..
Səni
hər gün soraqladım,
Çatmadı
bu soraq sənə...
Çevirdilər
düşmənlərin oylağına...
Elə
gözəl, mənzərəli
Bir
torpağı,
Qəhrəmanlar,
sənətkarlar
Yetişdirən
bir ocağı.
Səni
azad görsün deyə
Neçə-neçə
igid ərlər
Can verdilər.
Qız-gəlinlər
Əsir
düşdü...
Neçə
fidan, neçə pöhrə,
Dil
açmayan neçə körpə
Diri-diri
basdırıldı, yandırıldı,
Sərt
soyuqda donduruldu,
Millət
məğlub olsun deyə.
Amma məğlub
edilmədik,
Heç
bir zaman əyilmədik.
Bir
gün mütləq alınacaq
Düşmənlərdən
torpağımız,
Yenə
də azad olacaq
O gözəl
Qarabağımız.
Anam mənim
(Anam
Validə Rəcəbovaya)
Vəsmə
qaşlım, qara gözlüm,
Anam mənim,
anam mənim.
Gülər
üzlüm, şirin sözlüm,
Anam mənim,
anam mənim.
Məna
dolu gözlərinlə
Yolumuza
nur saçırsan.
Şirin
- şəkər sözlərinlə
Ürəklərə
yol açırsan.
Ömür
sənsiz heçdir mənə,
Dünya
qədər sevgim sənsən.
Sənsən
verən ilham mənə,
Qəlbimdəki
eşqim sənsən.
Ata
(Atam Səadət
Rəcəbova)
Dünyada
ən gözəl insandır ata,
Bizlərə
arxadır, həyandır ata.
Övlada
dost kimi yanaşan ata,
Bizim
yolumuzda alışan ata.
Arzu
Ümman
kimi arzuların çırağında
Həyat
məni aparır öz ağuşuna.
Yaşayıram,
ömür keçir, yaş da ötür,
Gün
calanır günlərimin sırasına.
Həyat
gözəl, dünya gözəl, hər şey gözəl,
Hər
bir gün də bir-birindən fərqli, özəl.
Mən
çox şadam, bəxtiyaram, çünki varam,
Tanrı
məni yaradıbdır, mən insanam.
Mən
gözəllik dünyasında pöhrə açan,
Qızılgültək
ətir saçmaq istəyirəm.
Bu
dünyada, bu cahanda günəş kimi
Əməlimlə
şəfəq saçmaq istəyirəm.
Dünya
sanki ümman kimi
Dünya
sanki ümman kimi,
Donuq-donuq
baxıram mən.
Budur,
külək səsi gəlir,
Əsir,
xəzan yeli əsir.
Pıçıldayır
qulağıma
Sən də
yaz bir yeni sətir.
Sən də
işıqlı dünyaya
Deyilməmiş
bir söz gətir.
Təbiəti
seyr etdikcə
Qəlbə
ilham səsi gəlir.
Qulaqlarıma
səssizcə
Yeni
şeir səsi gəlir,
Şeirin
ilk nəfəsi gəlir.
Bu
şeir yeni doğuldu,
O,
ilhamımdan yoğruldu.
Yeni həyat
verdim ona,
Qoy
yaşasın doya-doya.
Sevgi həyatımın
bir parçasıdır
Ürəyimin
içində
Həzin
sevgi səsi var.
Könlümün
guşəsində
Məhəbbətin
izi var.
Könül
çırpıntılarım
Misralarda
düzülür.
Ürəkdən
yazdıqlarım
Şeirlərə
süzülür.
Mən
bu sevgi izinin
Sehrinə
qərq olmuşam.
Sevgi
duyğularımla
Dünyadan
tərk olmuşam.
Məhəbbət
şeirlərim
Axır
kağız, qələmə.
Coşqun,
alovlu eşqim
Ruh verir
düşüncəmə.
Sevinc Rəcəbova
525-ci qəzet.- 2015.- 23 yanvar.- S.8.