“Azərbaycan xalçaları” nınyeni sayı çapdan
çıxıb
Hər
sayında oxucularını yeni və maraqlı tədqiqat
materialları, reportajlar, təhlillər və müsahibələrlə
tanış edən “Azərbaycan xalçaları”
jurnalının XII buraxılışı nəşr
olunmuşdur.
Jurnal professor V.Muradovun Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli xalçaçılıq tarixindəki roluna həsr olunmuş “Azərbaycan xalça sənətinin himayədarı” məqaləsi ilə başlayır.
Xalq rəssamı Tahir Salahovun əsərlərinin “xalça ömrü”ndən bəhs edən “Kətandan xalçayadək”, Londonda nəşr olunan nüfuzlu “Halı” jurnalının baş redaktoru Ben Evansla müsahibə, 4 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən xalça sexindən reportaj və s. kimi materiallar rəngarəng fotoşəkillərlə birlikdə təqdim olunmuşdur. Jurnalda “Azər-İlmə”nin tədqiqat qrupunun Bakının Qobu və Ağsu rayonunun Dilman, Hacman, Xatman, Kalva və Suraxanı kəndlərinə ekspedisiya səfərlərini əks etdirən materiallar yer almışdır.
“Naxışı gözəl...” məqaləsi görkəmli alim Xudu Məmmədovun Azərbaycan xalçaçılığına araşdırmalarından, onun bu qədim el sənətinə bağlılığından bəhs edir. “Azər-İlmə”nin dünya muzeylərində saxlanılan Azərbaycan xalçalarının tədqiqatlarının nəticələri “Azərbaycan xalçaları “Metropoliten” muzeyində” adlı materialda təqdim edilmişdir.
Jurnalın baş redaktoru əməkdar incəsənət
xadimi, professor Vidadi Muradovdur.
525-ci qəzet.-
2015.- 23 yanvar.- S.7.