"Vurğun öldü deməyin..."
(Səməd
Vurğun haqqında duyğu və düşüncələrim
silsiləsindən)
Quşlar
dəstə-dəstə ellərdən keçər,
Bəşər
nəsil-nəsil dünyadan köçər;
İnsanlıq
gah zəhər, gah şərbət içər:
Əzəldən
belədir hökmü zamanın,
Düyünlü
bir sirri var asimanın...
Yaxşılıq-yamanlıq
durmuş üz-üzə;
Dilsiz
əsrlərdən mirasdır bizə;
Əsir
bahar yeli qəlblərimizə;
Lakin
arxasınca kəfən geyir qış:
Təbiət
varlığı belə qarğımış.
Səməd
Vurğun
lll
Səməd
Vurğuna:
Səndən
sonra məclislərin hərarəti sənsizləşib,
Kürsülərin
cəsarəti sənsizləşib,
Ağsaqqallar
səxavəti sənsizləşib...
Mən
saymadım sənsizləşib daha nələr;
Axı
niyə sənsizliyi gizlədələr?!
Məmməd
Araz
Vurğun
türkcəmizin şəhdü – şirəsi!
Getməz
qulaqlardan pələng nərəsi!
Haqqında
bir xilaf söz deyən olsa,
Fırlanar başıma bu Yer kürrəsi.
Vurğun
hörmətinə qan
barışardı;
Onun təqdirilə
sevgi coşardı.
Sidqilə baxsaydı bir qara daşa,
Daş da qanadlanıb dağlar aşardı.
Soyun qibləgahı, ümid çırağı;
Ucalar ucası, dağ üstə dağı!
Allah evi bildik dərgahını
biz,
Qazağın qədimdən sənət
ocağı!
Solmaz növrağının əlvan
haləsi!
Çağlayan səsinin gur şəlaləsi...
Qalmağa gəlmişdi başdan-binadan,
Söz onun sözüydü, bəhs
onun bəhsi.
Yanar pərvanəydi Vətən
şamına!
Müsəlləh əsgərdi xalqın
namına!
İşıqlı çöhrəsi
toydu-düyündü,
Aləm
mat qalardı ehtişamına.
Azman pəhləvanı söz
yarışının!
Nəfəsi: kəsəri ağır
qoşunun.
Baxışı-duruşu çətin müəmma:
Minbir sirri vardır çatıq qaşının.
Təpindi əcələ yad
məmləkətdə:
“Ölümə can verməm!”-
dedi qürbətdə.
Əcəlin qılıncı düşdü
əlindən;
Dünya
çaşıb qaldı
bu cəsarətdə(n).
Şöhrəti rəqibin qorxunc
röyası;
Səsində dövr edən qartal qıyyası.
Şəmşirlə üz-üzə
meydan açdılar;
Saxlar yaddaşında
Laçın qayası.
“Həyat ağacı”ydı:
kökü göylərdə!
Sarmış çətirini sirr pərdə-pərdə.
O hələ dünyadan nə zövq aldı ki?!
Özü qəlbimizdə, ruhu səfərdə.
Fələklə çarpışdı, yerdə
nə işi?!
Çəkərdi divana çərxi-gərdişi.
İhamı bol gəlib Səməd Vurğunun:
Kəlamın sərrafı, sözün
nəqqaşı!
Haqq ilə, xalq ilə eyni qənşərdə!
İnşallah, utanmaz ruzi-məhşərdə!
Qılı qırxa yarıb
haqqı tutardı;
Nə xeyirdə çaşdı,
nə bir yol şərdə...
lll
Mənəvi dəyərlər atından
düşdü;
Göylərin yeddinci qatından
düşdü;
Korlandı hava da, torpaq da, su
da;
Dünyəvi nemətlər dadından düşdü.
Hər yetən söz yazdı, söz sırtıq oldu;
Şair ucuz düşdü, söz artıq oldu.
Səndən sonra sözü
basdı kasadlıq:
Söz dağı
aşındı, bir kirtik oldu.
Ənginliklər arxasınca
Çərxini qurduqca dövranın
əli,
Bəzən ağlar olur, bəzən gülməli.
İnsanın ən böyük
eşqi-əməli
Bəzən aslan kimi çırpınır darda,
Bəzən də qərq olur fırtınalarda...
Səməd Vurğun
Böyük insanlar heç bir zaman ölməzlər;
çünki onlar xalqın könlündə
əbədiyaşarlıq qazanmış
olan bəxtəvərlərdir.
Lev Tolstoy
Hələ innən sonra gəlhagəlin var!
Səxavət kanısan: qüdrət
əlin var!
İlahi
iltifat üstüncə
gəzər:
Son türk qalanacan istiqbalın var!
İşığın qalmazdı biryolluq sönsən.
Kor olan gözlərdə kaş bir görünsən!
Bir nəfəs dərməklə
dünyaya qayıt:
Sən elə ənginsən, elə dərinsən!
Sən bütün Şərqindin;
bütün Şərq
sənin!
Qədrini bilməli soy gərək
sənin!
Üfüqdən-üfüqə söz hökmün altda!
Göyqurşağındakı cümlə rəng sənin.
O kövrək şeirlər,
o sərt şeirlər,
Sənin
özün kimi cömərd şeirlər;
Axdıqca tükənməz “zəm-zəm”
kimisən!
Xalqına əbədi sərvət
şeirlər!
Qolundan qaldıran Tanrıdan tək əl!
Şeirinə ruh verən hər dağdan dikəl!
“Göylərə baş çəkən Göyəzən
dağı”
İlahinin sənə yonduğu
heykəl!
Təbiətmi yondu, öz əzmindimi?!
Cücəni fil edən öz
əzmindimi?!
Fəhmü-fərasətin hələ arxada,
Olmazı olduran öz nəzmindimi?!
İlhamdan fışqıran sehrinə
əhsən!
Damcı-damcı artan bəhrinə
əhsən!
Ruhunun qaynağı Damcılı
bulaq!
Sızqadan bollaşan nəhrinə
əhsən!
Nəslin-nəcabətin, torpağın ulu!
Rəbbinə bağlanan hər
bağın ulu!
İlahi
güc vardı səsində sənin!
Aveylə
qovuşan hər dağın ulu!
Sözün yaddaşlara hopan
bir qüdrət!
Dəyəri əskilməz əbədi
sərvət!
Hər qıfıla açar, hər yola bələd:
Fəhmindən gül açdı
külli-kəramət!
Dirilik suyu
Ölüm deyildir ömrümüzün
ən fəci işi;
Müşkül budur ki: ölmədən öncə
ölür kişi.
Yahya Kəmal
Sən ki söz mülkünün
şahsüvarıydın,
Qəbrindən bircə yol kaş dura bilsən!
Canlı
hayqırışın düşüb
könlümə;
Dərya
hiddətini daşdıra
bilsən...
Mücahid gəlmişdin ər
meydanına!
Ədalət hakimdi hər meydanına!
Bir anlıq qayıdıb nər meydanına:
Kəllələr uçurub, diş
qıra bisən!
Min nakəs susdurar bir sərt baxışın!
Hər təpkin – qıyyası bir qızılquşun!
Çəmini bilirdin eniş-yoxuşun;
Əcəl qandalını açdıra
bilsən!..
Qibtələr tükənməz şöhrət-şanına!
Heyrət
yenilənən Nuh tufanına!
Ya bir günlüyünə,
ya bir anına
Abi-həyat kimi fışqıra
bilsən!..
Sonluq yerinə
Bağışla, Vurğunum, uzandı
şeirim;
Yetmiş
beş yaşında
ozandı şeirim;
Sənə üz tutmaq da böyük hünərdi:
Baharın önündə xəzandı
şeirim.
Təsəllim ona ki: hər sözüm səndən!
Yazıya
bənzəyən hər
yazım səndən!
Köklənə bildikcə coşqun
təbinə:
Qoşduğum hər qoşma,
hər düzüm səndən!
Sən çəki-düzənim; sən sənət pirim!
Sözün fəzasında sən
balü-pərim!
Əlim
qaşım üstdə
baxıram sənə:
Sən dinü-imanım, sən bəhrü-bərim!
Səcdəgah çıxmasa soydan
bir uca,
Ün yetməz Allaha, əl çatmaz taca!
Xalqın
sayılanı əgər
tükənsə,
Arzu çiçək açmaz,
hər zəhmət bica!
“Biz gəldi-gedərik..” özün demişkən,
Barı
bu dünyanı sən yaşa eşqən!
Əzəlin-əbədin sönməz təlatüm!
Səməddən daha çox Vurğun döyüşkən!
Dilcan dərəsi
Vurğun anılınca, adətən,
Dilcan dərəsi yada düşür.
Dilcan Dərəsi
də nöqtəbənöqtə
elə Vurğundu dipdiri.
Vurğun,
həsrətinin qübbəsi
olmuş
Dünyanın bədəli Dilcan Dərəsi.
Daha qiyamətə dikmiş gözünü
Bir Dürrə
ədalı Dilcan Dərəsi.
Zaman nə amansız, dünya nə miskin;
Rəhmindən min dəfə qəzəbi
kəskin...
Hələ də yollara baxmaqdan üzgün
Dan yeri vədəli
Dilcan Dərəsi.
Burdan vurulmuşdu göylərə
dirək;
Bu yerdə puç oldu çox arzu-dilək...
Ömür ümmanının son damlasıtək
Gözündən gedəli Dilcan Dərəsi.
Yenə
həmin göydü,
həmin buluddu;
Göy yumub-tökdükcə
bu torpaq uddu.
Dürrəylə Vurğunun toyunu
tutdu
Bu Qorqud Dədəli
Dilcan Dərəsi.
Bir yerdə dövr edir əvvəl və axır;
Bir üzgün
göy qalır, bir dərin çuxur.
İldırım göydən yox,
bağrından çaxır-
Yolları güdəli Dilcan Dərəsi.
Bu şeiri yazandan sonra ən ümdə
qənaətim:
“Dahilərdən yazmaq çətin peşəymiş;
Sözün götür-qoyu zor əndişəymiş!”
20.12.2014-01.01.2015.
Sumqayıt.
Məmməd Aslan
525-ci qəzet.-
2015.- 24 yanvar.- S.29.