7 qəzəl
lll
Bir xalı üstündəyəm,
zillənmişəm bir
nöqtəyə,
Bəklərəm ol vəhyi ki,
gəlsin dəmi bir söz deyəm.
İlmə-ilmə salmışam bu
xalıya öz ruhumu
Ki, naxış
vursun mələklər
getdiyim bu səcdəyə.
Gözlərimlə qatmışam əhvalıma naxışları,
Rəngləri almış məni məndən, gətirmiş
vəcdəyə.
Öz səsiylə dinmiş hər rəng, hər çalarda musiqi,
Göndərir məclis xalıdan min çalarlı səs göyə.
Öylə aşiq bəndən
oldum ki, şaşırdım, bilməzəm
Məclisə rövnəq mən oldum, yaki məclis
bəndəyə.
Görklü Tanrım, kim axı Səndən gözəl bir rəng vura?
Kim vura bu Sənli möhrü məndəki bəlirtiyə?
Bax bayılmış Qasımoğlu,
rənglərindən vəhy
alır,
Vaxtdı, qaldır səcdəsindən
şeirini yazsın deyə.
lll
Bir suyun üstündədir əksim dalıb aləmlərə,
Candı çıxmış tənimdən,
varmış alayı
dəmlərə.
Bir təbəssüm sayrışır
əsdikcə rüzgar
əksimə,
Dalğalandırıb məni həp son qoyur bax qəmlərə.
Göydən endi əksim üstə, canıma nur qatdı gün,
Halələndim, məndə itdi batdı gün birdən-birə.
Haləmin də əksi düşdü, bir suda cüt əksə
bax,
İsa olmuş
həmdəmim bir ayədir həmdəmlərə.
Əksimi
ayaqlayıb gəzir suda müdam Məsih,
Öylə ki, gördüm bunu hey gözlərim tilsimlənər.
Bağla
ayaqlarına, Rəbbim,
onun, ucalt məni,
Suyla qalxan surətim min damlada yağsın yerə.
Bax yağışın sim-sim
olmuş göylərə
bağlar yeri,
Qasımoğlunu toxundur çaldığın
bu simlərə.
lll
Yatmış idim, bir mələk oyatdı lapdan qalx deyə,
Görmək istərkən onu səs gəldi qeybdən bax deyə.
Hər yana çapdım
gözümü ol səsi tapmaq üçün,
Bir cüt ulduz artdı birdən öylə ki, baxdım göyə.
Bir qoşa işıq zolağı endi ol cütdən yerə,
Qalxıram bu nərdivanla ən gözəl bir sərgiyə.
Nur mələklər sakin olmuş nərdivanda, öylə ki,
Addımın qoyan kəsə hər pillədən bir nur dəyə.
Bax necə qalxır gözümdə aram-aram bəndələr,
Hər mələk
hazırdır ensin önlərində səcdəyə.
Eylə
lütf, Rəbbim, yığılsın dərgahına
dostlarım,
Həmd deyənlər məclisində
mən də bir avaz deyəm.
Ol tanış səs bir də
gəldi, yalvarırdı
Rəbbimə
Qasımoğlu ayətini pillə-pillə
yaz deyə.
lll
Can dedim sənə səhərdən, dal sözümün canına,
Yat, qulaq kəsil, əzizim, könlümün sultanına.
Duy necə eşq nəğməsini vəhy
verir aşiqlərə,
Sən də bir pay al bu vəhydən canımın ünvanına.
Tək qıldıq cüt canı O-ndan ötrü, olduq iç-içə,
Nəğmələndik tək avazla ol Təkin tək
şanına.
Tənimizdən canımız köçmüş
alayı aləmə,
Rəbbimiz bir eşq ilən
almış bizi Öz yanına.
Bir hüzur içindəyik
san tazədən yapmış
bizi,
Gözlərin dikmiş mələklər
cüt könül sahmanına.
Həp bərabər yolladıq
can kəlməsini dərgaha,
Eylədik bu kəlməni həkk göylərin tavanına.
Aç
gözünü, Qasımoğlu,
doğdu güntək
can sözü,
Həmdəmini çək yenə
bu can sözü
divanına.
lll
Çək sığal yaddaşıma,
Rəbbim, kərəm
qıl, faş elə,
Aç oxusunlar məni aləmlərə həmyaş
elə.
Öz Yazındı yazmısan yaddaşıma, min sirrini
Kim açar məndən
alayı bir ağıllı baş ilə.
Milyon il əvvəldəyəm,
ərşin sular üstündədir,
Dalmışam bu şəklə, Rəbbim, Sən təkin Nəqqaş ilə.
Çoxlarının zənnidir yoxdan yaratdın hər şeyi,
Qup-quru ehkamları
sal ol sulara
yaş elə.
Min-min ayət bir an içrə çeşmimi
sarmış yenə,
Heyrətimdən şaşqınam, gərdişini
yavaş elə.
Adəməm, səhv etmənəm
ta, gəl dəyişdir hökmünü,
Mən qalım
qoy, iblisi ol səhnədən çıxdaş elə.
Qalx ayağa, Qasımoğlu, Rəbbin hüzurundasan,
Bax O-na gör öz üzünü tazə bir yaddaş ilə.
lll
Bəxtimə öymək düşüb,
Rəbbim, Sənin ol şanını,
Mutluyam ki, gəzdirir bəxtim Sənin nişanını.
Ayətindir, şanına tərif
deyir hər dəm dilim,
Ki, oyatsın
tərifə yatqınların
vicdanını.
Kim dilər vicdanə gəlsin, məst olar, çünki bular
Ayətindən mey çəkən hər kəlməmin ünvanını.
Ünvanında sakinəm, göstər
mənə seyr eyləyim
Bu şəhadət aləminin
qeybə tən hər anını.
Hər şeyi
cüt-cüt yaratdın,
bəs hanı ikinci mən?
Hə, görür gözüm mənə tay
qeybin ol insanını.
Oxşarım da şanına
tərif demiş mənsiz demə,
Bildim eyləmiş Rəbbim cüt cana
vəhy ehsanını.
Öz tayı varkən nə dəxli, söyləsin cahil yenə
Lül dəm olmuş Qasımoğlu cüt görür tək canını.
lll
Mutluyam,
döndərmisən məni
yenə həmdəminə,
Bax zamansız
hikmətin çəkmiş
məni öz dəminə.
Həsbi-halam Sənlə, Rəbbim,
milyon ildi, axırı
Güzgü yapdın bəndəni bu insü-cin aləminə.
Eyblərini məndə bulmuş,
məndə bilmiş
çoxları,
Qoymamışlar fərq neçin bu güzgünün yöntəminə?
Meraca qaldır məni, Rəbb, qoy durulsun gözləri
Hey baxınca mat-məəttəl
nur saçan bir gəminə.
Lap əzəldən canımı
məsh eylədin bir lütf ilən
Ol zaman ki, yoxdu
tənim... Şükranam kərəminə.
Kim əlac qılmaq dilər öz dərdinə gəlsin yaxın,
Növbəyə dursun qapımda bir Məsih məlhəminə.
Cərgə-cərgə düz hamını dinləsinlər
kəlməni,
Ayətindi Qasımoğlu milyon adəm cəminə.
Nəriman Qasımoğlu
525-ci qəzet.-
2015.- 24 yanvar.- S.28.