Musiqi və rəssamlıqda təzahür tapan həyat eşqi

 

Ağdaş rayonunun Abad kəndinin 21 yaşlı sakini Qənirə Xəlilova fiziki imkanları məhdud olsa da, özünü bəxtsiz saymır. Üç yaşında ikən keçirdiyi ağır xəstəlik səbəbindən ayaqları bədəni iflic olan Qənirə Xəlilova böyüdükcə həyatdan küsməyib, əksinə mübarizə aparıb.

 

Əlil rəssam Qənirə Xəlilova AzərTAc-a müsahibəsində xüsusi istedad bacarığı ilə hər kəsi təəccübləndirdiyini bildirib. On yaşından bəri meylini rəssamlığa salan Qənirə Xəlilova əlil olmasına baxmayaraq, peşəkar rəssam musiqiçi kimi həmyaşıdlarından fərqlənir. O deyib: “Mən kiçik yaşlarımdan rəssamlıq bacarığımı hiss etdim. Əvvəllər rəsmləri karandaşla taxta üzərinə çəkirdim. Sonradan atam mənə rəngli boyalar fırça aldı. Bundan sonra daha da maraqlı mənalı rəsmlər çəkdim. On bir illik orta təhsilimi evdə almaqla yanaşı, atamın köməyi ilə həm musiqi rəsm dərnəklərində oxudum”.

 

Hər gün səhər tezdən otağında rəsm əsərləri çəkməyi xoşlayan Qənirə Xəlilova öz taleyini nədənsə günəşin qürub cağında təsvir edib. Onun sözlərinə görə, ən çox sevdiyi əsərində əlil arabasında oturan bir qızın üzü dənizə tərəf baxaraq batan günəşi seyr etməsi öz əksini tapıb.

 

Uzun illərdir ki, Qənirəni qolları üzərində gəzdirən atası Nazim Xəlilov övladını fiziki cəhətdən qüsurlu hesab etmir. Nazim Xəlilov deyir: “ qədər imkanım var idi qızımın müalicəsi ilə məşğul olurdum. Müalicə müsbət nəticə vermədi, ona görə hazırda övladımın sənətinin inkişafı üçün ona dəstək oluram. Mən qızımı əlil hesab etmirəm, çünki onun istedadı gözəl sənəti var. O, cəmiyyətimiz üçün faydalı işlər görə bilir. Mən fəxr edirəm ki, qızım gözəl rəsmlər çəkir musiqi əsərlərini pianoda səsləndirir”.

 

Qeyd edək ki, əlil rəssam bir neçə dəfə rəsm müsabiqələrində iştirak edərək diplom mükafatlara layiq görülüb. Hazırda 100-dən çox əsəri olan gənc rəssamın arzusu fərdi sərgisinin təşkilidir.

 

525-ci qəzet.- 2015.- 24 yanvar.- S.17.