Azərbaycanlı gənc bəstəkar Rusiyada birincilik qazanıb
Georgi Şaroyev adına
35 nömrəli onbirillik
musiqi məktəbinin
bəstəkarlıq ixtisası
üzrə X sinif şagirdi Arzu Abbasova yeni uğura
imza atıb. Gənc ifaçı İstedadlı
Uşaq və Gənclərə Dəstək
Fondunun təşkilatçılığı
ilə 2014-cü ilin payızında Rusiya Federasiyasının Novosibirsk şəhərində
keçirilən gənc
bəstəkarların 17-ci beynəlxalq müsabiqəsinə
qatılıb. A.Abbasova müsabiqəyə
fortepiano və fleyta üçün yazdığı
“Nağıllar aləmində”
əsərini təqdim
edib.
Musiqi məktəbinin
direktoru Yusif Vəliyevin bildirdiyinə görə, bu günlərdə müsabiqənin
nəticələri açıqlanıb. Rusiya Federasiyası
Bəstəkarlar İttifaqının
üzvü, bəstəkar-ifaçıların
beynəlxalq müsabiqələrinin
laureatı Yekaterina Anisimovanın sədrlik etdiyi münsiflər heyətinin qərarı ilə Arzu Abbasova
birinci dərəcəli
diploma layiq görülərək
müsabiqənin laureatı
adını qazanıb.
O deyib ki, A.Abbasova
bu əsəri ilk dəfə 2012-ci ildə Bəstəkarlar İttifaqında
keçirilən “Azərbaycanda
uşaq musiqisi: problemlər və perspektivlər” mövzusunda
elmi-praktik konfransda ifa edib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 24 yanvar.- S.17.