"Dədə Qorqud" jurnalının 50-ci sayı işıq üzü görüb

 

Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunan "Dədə Qorqud" jurnalının 50-ci nömrəsi çap edilib. Topluda maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər, rəylər digər materiallar yer alıb.

 

Professor Osman Əfəndinin "Dədə Qorqud Kitabı"nda "oğul məhəbbəti" ideyasının bədii-estetik təcəssümü" məqaləsində "məhəbbət" anlayışının dastandakı bədii-fəlsəfi mahiyyətini araşdırılıb.

 

Nəşrdə folklorşünas alimlərin "Türklərdə oyunun fəlsəfi baxımından halay", "Aşıq Qurbaninin şeirlərində müraciət formaları", "Buta -folklorumuzda yazılı ədəbiyyatımızda", "Əzizə Cəfərzadə Azərbaycan qadın aşıqları", "Uyğurların iyi çakçak (lətifə) sənəti burada bəhs olunan mədəniyyət ünsürləri haqqında", "Hənəfi Zeynallının arxivində Azərbaycan nağılları", "Hüseyn Arifin yaradıcılığında "saz" obrazı", "Qırmızı rəngin mərasimi mənasına dair", "Bir daha qolça qopuz çalğı aləti haqqında" digər yazılar  təqdim olunub.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 27 yanvar.- S.7.