Dövlət Gənc
Tamaşaçılar Teatrı III Riçard”ı təqdim edib
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında
U.Şekspirin “III Riçard” tamaşasının premyerası
olub.
Teatrın mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, tamaşa U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə
səhnəyə qoyulub.
Səhnə əsərinin quruluşçu
rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının əməkdar incəsənət
xadimi Sergey Qrisay, quruluşçu rəssamı
Elşən Sərxanoğludur.
Tamaşada əsas obrazları
xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova,
Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev və başqaları ifa edib.
S.Abdullayeva
525-ci qəzet.- 2015.- 28 yanvar.- S.7.