"Ulduz"
jurnalının yeni sayı çapdan çıxıb
Bugünlərdə "Ulduz" jurnalının yeni sayı işıq üzü görüb. Jurnalın ötən nömrəsindəki
materiallar haqqında yazıçı-dramaturq Firuz
Mustafa "İstedadlı yazarlar…
istedadlı yazılar…"
adlı ekspert rəyi verib. Ekspert, gənclərin yaradıcılığını sistemli şəkildə izlədiyini bildirib və bu qənaətə
gəlib ki, gənclərin əksəriyyətinin
ədəbi zövqü
az qala
eyni müstəvidə,
eyni "qəlib"də
formalaşıb: "...bu
sonsuz müstəvidə
hərə Öz səsi, Öz nəfəsi ilə boy verməlidir". Ramil Əhməd "Özüylə
söhbəti"ndə vurğulayıb:
"Mənim üçün
suaların cavabını
tapmağın yeganə
yolu yazmaqdır. Bəlkə də yazılan hər mətn hansısa bir suala cavab
tapmaq cəhdidir...". Gənc müəllifin "Özüylə
söhbəti"ni şeirləri izləyir.
Jurnalın "Tribuna" rubrikasında
professor Buludxan Xəlilovun
"Ürəklə ağlın
vəhdət poeziyası"
yazısı dərc olunub.
Jurnalda Vaqif Bəhmənli, Rafiq Hümmət, Əkbər Qoşalı,
Əli Nəcəfxanlı,
Fərid Həsənzadə,
Cahan Gülsün, Cumali Karabülbül və Toğrul Kərimlinin şeirləri təqdim edilib.
"Ulduz"un bu sayında Sevinc Mürvətqızının "Bir gün mənim
qədər anlasan…", Səhər Əhmədin "Doğum
günü hədiyyəsi"
esseləri yer alıb.
Jurnalın "Nəsr" rubrikasında
Mirmehdi Ağaoğlunun
"İmamın şəkli"
hekayəsi verilib.
Qəşəm Nəcəfzadənin "Balaca otaq. Dekabr
dolur içəri...",
Məti Osmanoğlunun
"Söz"ün bağlandığı
yer", Müşfiq
Şükürlünün "Dost", Nigar
Rzayevanın "Paris Notrdam
kilsəsi və ya susmuş
vicdanlar", Gülnar
Axundovanın "Dəmir
qız" yazıları
da jurnalın bu sayında təqdim edilib.
Almaz Ülvi
"Nağıl ömürdən
sətirlər" yazısında
mərhum şair Ülvi Bünyadzadənin
həyat və yaradıcılıq yolundan
söhbət açıb.
"Tərcümə saatı" bölümündə
Xulio Kortasarın
"Nəfəsli alətlər
orkestri" hekayəsi
Kifayət Haqverdiyevanın
tərcüməsində, Rolan
Bartın "Gənc
yazarlar üçün
nəzəriyyə dərsi"
Məti Osmanoğlunun
təqdimatında öz
əksini tapıb.
"Ulduz"un ənənəvi
"Dərgidə kitab"
layihəsinin budəfəki
qonağı Cavid Zeynallıdır, jurnalda onun hekayələri dərc edilib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 28 yanvar.- S.7.