Bu ilin ilk "Azərbaycan"ı işıq üzü görüb
"Azərbaycan" jurnalının bu ildəki birinci sayı nəşr olunub. Dərgi 20 Yanvar
şəhidlərinin xatirəsinə
həsr olunmuş
"Şəhidlik...Qəhrəmanlıq..."
yazısı ilə açılır.
Jurnalın ənənəvi "Poeziya"
bölməsində Vaqif
Bəhmənli, Barat Vüsal,
Zirəddin Qafarlı və Balayar Sadiqin şeirləri verilib.
Məmməd Orucun "Qısa qapanma" romanının
əvvəli jurnalın
"Nəsr" rubrikasında
yer alıb.
"Dramaturgiya" bölümündə
Mehman Musabəylinin
"Yük vaqonu"
əsəri təqdim
edilib.
Zümrüd Dadaşzadənin "Nəhəng
olan uzaqdan daha aydın görünər..." yazısında
akademik Məmməd Arif haqqında düşüncələr qələmə
alınıb.
Hədiyyə Şəfaqətin şeirləri
jurnalın "Debüt"
rubrikasında dərc
edilib.
Professor Vaqif Yusiflinin
"Təzədən doğulur
şair ölən gün" məqaləsi
Adil Babayevin 90 illik yubileyinə həsr olunub.
Məmməd Kazımoğlunun təqdimatında,
Siyavuş Məmmədzadənin
və Qoçaq Knyazın tərcüməsində
Yuqra yazarları İvan Şelokov, İrina Riyabi, Dmitrii Mizqulin və Pavel Serkaşinin şeirləri
"Yeni tərcümələr"
rubrikasında
öz əksini tapıb.
Qəşəm Nəcəfzadə "Şəkillər"
yazısında şair
Əli Kərimdən
söz açıb.
Nərgiz Cabbarlı "Yeni yaradıcılıq təmayülləri,
ədəbi qruplar və avanqard poeziya" məqaləsində
sözügedən mövzularla
bağlı fikirlərini
bölüşüb.
"Kitablar, rəylər"
bölümündə Zaman
Əsgərlinin "Cənubi
Azərbaycan ədəbiyyatı",
Aynur Xəlilovanın
"On ilin ədəbi-tənqidi
düşüncələri" yazıları dərc olunub.
Günay Qarayeva "Hörmüz-Əhriman
və yaxud Xeyir və Şər
modelinin transformasiyası"
yazısında Xalq yazıçısı Anarın
"Göz muncuğu"
əsəri haqqında
düşüncələrini qələmə alıb.
Paşa
Əlioğlunun təqdimatında
XVII əsr Azərbaycan
şairi Mirzə Saleh Təbrizinin həyat və yaradıcılığı haqqında
məlumatlar, eləcə
də şairin qəzəlləri dərginin
"Naməlum abidələrimizdən
soraqlar" rubrikasında
oxucuların ixtiyarına
verilib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 28 yanvar.- S.7.