"Çağdaş
Azərbaycan postmodern romanı"
nəşr edilib
Tədqiqatçı Salidə Şərifovanın
"Çağdaş Azərbaycan
postmodern romanı" adlı
monoqrafiyası "Elm və
təhsil" nəşriyyatında
işıq üzü
görüb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutunun Elmi Şurasının qərarı
ilə çapa tövsiyə olunan kitabın rəyçiləri
professor Bədirxan Əhmədov
və dosent Şəmil Sadıqovdur. Monoqrafiyada Azərbaycanda postmodern romanların
yaranması və janr xüsusiyyətlərinin,
süjet və obrazlarının açıqlanmasına
çalışılıb. Əsərdə Azərbaycan nəsrində
postmodern romanların meydana
gəlməsinin XX əsrin
sonlarına təsadüf
etdiyi vurğulanır.
Burada Anarın "Ağ qoç, qara qoç", Kamal Abdullanın "Yarımçıq əlyazma",
"Sehrbazlar dərəsi",
Sabir Rüstəmxanlının
"Göy Tanrı",
Həmid Herisçinin
"Nekroloq" romanı
və digər yazarların əsərləri
təhlil obyektinə çevrilib.
Dünya
ədəbiyyatında olduğu
kimi, Azərbaycan ədəbiyyatında da
postmodern üslubda qələmə
alınmış ilk əsərlərə
reaksiyaların sərt
olması faktına da monoqrafiyada
geniş toxunulub. Monoqrafiya oxuculara Azərbaycan postmodern romanı
ilə ətraflı tanış olmaq imkanı yaradır.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 28 yanvar.- S.7.