Azərbaycanda Vahid Mərkəzləşdirilmiş
Kitabxana İnformasiya sistemi yaradılıb
BUNUNLA BAĞLI İŞLƏRİ
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
İLƏ MİLLİ KİTABXANA BİRGƏ HƏYATA
KEÇİRİB
Mədəniyyət və Turizm Nazirliyi cəmiyyətin sənəd-informasiya
tələbatını, o cümlədən,
ədəbiyyata olan tələbatının daha
dolğun və müfəssəl şəkildə ödənilməsi
və bu sahədə informasiya və kommunikasiya texnologiyalarındən istifadə
edilməsi istiqamətində
müntəzəm olaraq
mühüm layihələr
həyata keçirir.
Bu sahədə əhəmiyyətli addımlardan
biri də pərakəndə şəkildə
fəaliyyət göstərən
müxtəlif kitabxana
sistemlərinin vahid sturukturda birləşdirilməsi
və tabeçilikdə
olan bütün kitabxanaların vahid mərkəzləşdirilmiş kitabxana portalının
(cls.az) yaradılmasıdır.
Oxucularla
münasibətləri sadələşdirən
və digər mərkəzləşdirilmiş kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən portalda məlumatlarm yerləşdirilməsi, yenilənməsi
və elektron mübadilə sisteminin digər funksiyaları ilə kitabxana əməkdaşlarını yaxından
tanış etmək məqsədi ilə yanvarın 21-dən
23-dək və 25-dən 28-dək Milli Kitabxanada treninqlər keçirilib.
Milli Kitabxana
Mədəniyyət və
Turizm Nazirliyi ilə birgə Vahid Mərkəzləşdirilmiş
Kitabxana İnformasiya sistemi (ALİSA) hazırlayıb.
ULTRA şirkəti bu
sistemin işlənib
hazırlanma prosesində
dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən
faydalanıb, xüsusi
kitabxana işi üzrə mütəxəssis
komandası ilə çalışıb. Hazırlanmış ALISA sistemi
ən son texnologiyaların
tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir. Sistem MARC 21, ISO 2709, UNICODE, Z 39.50 və digər standard və protokollar üzərində qurularaq
istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün
bütün funksionallıqları
özündə əks
etdirir. Birgə layihə olan
ALİSA sistemi Milli Kitabxana tərəfindən
rayon MKS-lərinə tətbiq
olunacaq. Proqram Komplektləşdirmə, kataloqlaşdırma,
elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı
axtarış, onlayn əməliyyatlar, rezervasiya,
kitab verilişi, hesabat və statistika və digər modullardan ibarətdir. Bütün proseslərin reallaşdırılması
üçün Azərbaycan
Milli Kitabxanasında
"Vahid Elektron Kitabxana Qeydiyyat və Məlumatların İdarəedilməsi Sistemi"
üzrə avadanlıqların
tətbiqi və proqram təminatının
yaradılması işləri
həyata keçirilib,
kitabxana-informasiya şəbəkəsinə
daxil olan kitabxanaların məlumatlarının
idarəedilməsi və
qorunması üçün
ekranlaşdırılmış server otağı ("DATA" Mərkəz)
yaradılıb.
İki mərhələdə keçirilən
treninqlərdə respublikanın
64 rayon və 9 Bakı
şəhər MKS- i
əhatə olunmaqla
100-ə qədər mütəxəssis iştirak
edib. Treninqləri Milli
Kitabxananın və
ULTRA şirkətinin mütəxəssisləri
aparırdı.
Treninqlərdə mütəxəssislərə kitabxanaların
vahid mərkəzləşdirilmiş
kitabxana portalının
(cls.az) yaradılması və
portala materialların ötürülməsi yolları,
e-maillərin açılması
və b. məsələlər
izah edilib.
Treninqin yekununda Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov çıxış edərək müdavimlərə uğurlar, müvəffəqiyyət arzulayıb, treninqlərin nəticəsi kimi dərhal portala materialların ötürülməsini tövsiyə edib. O bu portalın üstünlüklərini bir daha önə çəkmiş, portalda mövcud olan kitabların biblioqrafik yazısının mübadiləsinin mümkünlüyündən danışıb.
Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov milli avtomatlaşdırılmış sistem olan ALİSA-nın üstünlüklərini bir daha önə çəkib. O, əvvəllər İRBİS proqramı ilə işləyən bölgələrimiz artıq sınaqdan çıxmış ALİSA proqramı ilə işləyəcəklərini bildirib. Biblioqrafik yazılar Milli Kitabxanada redaktə olunub sistemə daxil ediləcək. Q.Abbasov sistemə keçidin həm vaxt, həm də maddi itkinin qarşısını alacağını bildirib.Küveytdə Azərbaycanla bağlı nəşrlər çapdan çıxıb
Küveytdə fəaliyyət göstərən "Vətənsevər" Dostluq Cəmiyyətinin təşəbbüsü ilə şair Şahin Musaoğlunun vətənpərvərlik ruhunda qələmə aldığı "İgid əsgər möhkəm dayan" şeirlər kitabı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin əməkdaşı Babək Əhmədov tərəfindən ərəb dilinə tərcümə olunaraq nəfis tərtibatla bu ölkənin məşhur "Əl-Risalə" mətbəə evində çap edilib.
Səfirlikdən AzərTAc-a bildirilib ki, həmin mətbəədə, həmçinin Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərə əlavə olaraq dahi şairin həyat və yaradıcılığından bəhs edən ərəb dilində, rəngli və nəfis tərtibatlı kitabça hazırlanaraq nəşr olunub.
525-ci qəzet.-
2015.- 29 yanvar.- S.7.