Uğurlu gənclər siyasəti parlaq gələcəyə təminat verir
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş
gənclər siyasəti
bu gün öz uğurlu nəticələri ilə
dünyanın diqqətini
cəlb edir.
Artıq Azərbaycan dövlətinin
həyata keçirdiyi
gənclər siyasəti
bir sıra ölkələr üçün
nümunəyə, təcrübə
mənbəyinə çevrilib. Həyata keçirilən
dövlət proqramı
nəticəsində paytaxtla
yanaşı, regionlarda
da ümumilikdə
30-a yaxın Gənclər
Evi tikilib istifadəyə verilib. Gənclərin asudə vaxtlarının
səmərəli təşkili,
onlar üçün
müxtəlif müsabiqə,
tədbirlərin keçirilməsi,
gənclərin bir araya gələrək müxtəlif məsələləri
müzakirə edə
bilmələri baxımından
Gənclər evlərinin
fəaliyyəti xüsusi
əhəmiyyətə malikdir.
Qeyd edək ki, artıq gənclər üçün
"Gənclərin sağlamlıq
və istirahət mərkəzləri"nin
yaradılması da reallaşır.
Sevindirici haldır ki,
ilk belə mərkəz
regionda (Daşkəsən
rayonunda) istifadəyə
verildi. Bu, region gənclərinin problemlərinin
həlli istiqamətində
mühüm addımdır.
Ölkəmiz gənclər sektorunda
dünyada örnək
sayılacaq strategiya formalaşdırıb. Gənclər sahəsində həyata keçirilən dövlət
siyasəti ölkə
başçısı tərəfindən
imzalanmış müvafiq
dövlət proqramları
ilə tənzimlənir,
müxtəlif vaxtlarda
bu siyasət və proqramın icrasını müzakirə
etmək üçün
forumlar keçirilir.
İlk dəfə
1996-cı ildə Ümummilli
Lider Heydər Əliyevin təşəbbüsü
ilə keçirilən
Gənclər Forumu gənclərin
qarşısında duran
vəzifələrin müəyyənləşdirildiyi
və təkliflərin
irəli sürüldüyü
tribunaya çevrilib. 2014-cü ilin gənclər
sahəsində yadda qalan uğurlardan biri də iyun
ayında keçirilən
VII Forum oldu.
Ölkəni bütün regionlarını
və gənclər təşkilatlarını təmsil
edən 1739 nümayəndənin
iştirakı ilə
keçirilən
Forumun əsas məqsədi Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan
gəncliyi" 2011-2015-ci illərdə"
Dövlət Proqramının
müvafiq yarımbəndinin
icrasının təmin
edilməsi idi. Prezident İlham Əliyev Forum iştirakçılarına təbrik
məktubu göndərərək
gənclərə olan
diqqətini bir daha nümayiş etdirdi.
Gənclər təşkilatları, gənclərlə işləyən
müvafiq strukturlar VI
Forumdan keçən
3 il ərzində görülmüş işlərlə
bağlı hesabat xarakterli məlumat verdilər, həmçinin
gənclərin aktual problemləri və qarşıda duran vəzifələr, gənclərin
ölkəmizin inkişafına
müsbət təsir
edəcək işləri
müzakirə olundu. Gənclər və idman naziri Azad Rəhimov dövlətin gənclər sektorunda həyata keçirdiyi layihələr, görülmüş
işlər barədə
ətraflı məlumat
verməklə yanaşı
ölkə rəhbərliyinin
bu sahəni daim diqqətdə saxladığını da
gənclərin nəzərinə
çatdırdı: "XXI əsr bütün hadisələrin, prioritetlərin
və beynəlxalq vəziyyətin böyük
sürətlə dəyişməsi
ilə seçilir. Lakin hazırda Prezident İlham Əliyev tərəfindən aparılan
gənclər siyasəti
bu çağırışlara
adekvat və deyərdim ki, qabaqlayıcı cavab verir". Öz işini 5 seksiya (gənclərin vətənpərvərlik və
vətəndaşlıq tərbiyəsi,
gənclərin ictimai
həyatda iştirakı
və beynəlxalq əməkdaşlığı, müasir gənclərin təhsil və elmin inkişafında yeri və rolu,
gənclərin sosial inkişafı və sahibkarlıq, yaradıcı
gənclərə dəstək
və ölkənin innovativ potensialı) üzrə davam etdirən VII Forumda gənclər qeyd olunan məsələlərlə
bağlı ətraflı
müzakirələr apardılar,
yeni təkliflər irəli sürdülər.
Adətən belə forumların
keçirilməsi gənclərin
problemlərini müzakirə
etməyə və dövlət proqramlarının
hazırlanması zamanı
onların nəzərə
alınmasına müsbət
təsir edir.
Gənclər siyasətində əsas istiqamətlərdən biri
gənclərin beynəlxalq
əməkdaşlığıdır. Azərbaycanda fəaliyyət göstərən
gənclər təşkilatlar,
müvafiq dövlət
qurumları gənclərin
beynəlxalq əməkdaşlığı
sahəsində bir sıra uğurlu layihələrə imza atıblar. Gənclər
və İdman Nazirliyində 2014-cü ilin
yekunları ilə bağlı keçirilən
mətbuat konfransında
qeyd edildi ki, il ərzində gənclərlə
bağlı 156 tədbir
keçirilib və bunun 34-ü beynəlxalq xarakterlidir. Sözsüz ki, bu sahədə ən mühüm nailiyyətlərdən
biri I Qlobal Gənclər Forumunun Bakıda keçirilməsi
oldu. BMT-nin baş katibi
Pan Gi Munun təşəbbüsü ilə
keçirilən I Qlobal
Gənclər Forumunda
80 ölkədən 700-dən artıq nümayəndə
iştirak edir. Forumda dünya ölkələrində
həyata keçirilən
gənclər siyasəti
ilə bağlı müzakirələr aparıldı,
təcrübələr öyrənildi.
Açılış mərasimində
çıxış edən
Prezident İlham Əliyev I Qlobal Gənclər Forumunun xüsusi əhəmiyyət
daşıdığını vurğuladı: "Əlbəttə,
gələcəkdə daha
çox forumlar keçiriləcək, lakin
bu forum tarixdə qalacaq. Biz forumun
keçirilməsi üçün
Azərbaycanı seçdiklərinə
görə təşkilatçılara
minnətdarıq. Biz buna hökumətimizin gənclər və idman siyasəti, ölkənin fəal inkişafı ilə bağlı fəaliyyətdə
göstərdiyi səylərin
tanınması kimi baxırıq". Prezident çıxışında gənclər
sahəsində ölkəmizdə
görülmüş işlər
barədə ətraflı
məlumat verdi: "Gənclər siyasətinə
gəldikdə, həmçinin
olduqca mükəmməl qanunvericilik
bazası mövcuddur.
Gənclər siyasəti
ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı
iki Dövlət
Proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu yaxınlarda
biz Gənclər Fondunu
yaratmışıq. Dövlət
büdcəsindən bu
fonda ayrılan
vəsaitlər gənclərə
özlərini cəmiyyətdə
təqdim etməyə
şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər.
Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə,
özünü cəmiyyətə
təqdim etməyə
və beləliklə,
ölkəmizin inkişafına
töhfə verməyə
yardım edir".
Forum iştirakçılarına BMT-nin baş katibi Pan Gi Munun ünvanladığı videomüraciətdə tədbirin əhəmiyyəti xüsusi qeyd olunurdu: "Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, çox vacib məsələdir. Gənclər gələcəyin liderləridir və onların inkişafına xüsusi diqqət yetirmək lazımdır. BMT sizinlə işləməyə hazırdır".
Gənclər sahəsində beynəlxalq əməkdaşlıqla bağlı daha bir mühüm tədbir oktyabrda Qəbələ şəhərində Heydər Əliyev Konqres Mərkəzində keçirildi. Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, AŞ-nın Demokratik Vətəndaşlıq və İştirak Direktoratının Gənclər Departamenti tərəfindən keçirilən "Nifrət Nitqinə Yox Hərəkatı" Beynəlxalq Gənclər Forumunda Avropa ölkələrindən 250 nəfərə qədər nümayəndə iştirak edirdi. 2014-cü il ərzində Gənclər və İdman Nazirliyi, səfirliklərimizlə birgə, 21 xarici ölkədə "Mən Azərbaycan haqqında nə bilirəm" mövzusunda müsabiqə keçirib və qalib gəlmiş 174 nəfərin ölkəmizə səfərini təşkil edib. Gənclərlə bağlı belə beynəlxalq tədbirlər ölkəmizin nüfuzunun daha da artmasına, regionun lider ölkəsi olan Azərbaycan reallıqlarının, xüsusilə də Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması işlərinə böyük töhfədir.
Məlumdur ki, bədnam qonşularımız havadarlarının dəstəyi ilə xaricdə Azərbaycana qarşı uzun illər böhtan kampaniyası aparmışlar. Ölkə rəhbərliyinin uğurlu diplomatiyası nəticəsində artıq dünya həqiqətləri görür və ermənilər biabırçı vəziyyətə düşürlər. Bu baxımdan gənclər təşkilatları və fəal gənclərin beynəlxalq əməkdaşlığı, beynəlxalq layihələrdə iştirakı, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın nüfuzunun daha da artmasına, dünyanın reallıqlarını yaxından görməsinə müsbət təsir edir. Ölkə rəhbərliyinin diqqəti altında həyata keçirilən gənclər siyasəti öz bəhrəsini verir və bütün bunların sayəsində yetişən, milli-mənəvi dəyərlər üzərində inkişaf edən bugünki gənclik dövlətimizin parlaq gələcəyinin təminatıdır.
Emin HƏSƏNLİ
525-ci qəzet.-
2015.- 30 yanvar.- S.2.