Redaksiyaya məktub

 

Şirməmməd HÜSEYNOV

 

Hörmətli redaktor! Qəzetinizin 28 yanvar 2015-ci il tarixli nömrəsində hörmətli Rafael HüseynovunƏrköyünlük, saymamazlıq haqqını Ermənistana kim verib?” sərlövhəli müsahibəsini oxudum.

 

Əzizim Rafael müəllim! Təcavüzkar erməni-daşnak güruhunun Qafqazda Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti bir əsrdən artıqdır ki, davam edir. 97 il bundan əvvəl Gəncədə yenicə nəşrə başlamışAzərbaycanqəzetinin 19 sentyabr 1918-ci il tarixli 2-ci nömrəsində (rus dilindəki səhifədə) “Pora odumatsya” (“Bəd iddialardan vaz keçmək vaxtıdır”) adlı ibrətamiz bir məqalə dərc olunub. Qəzetin redaktorlarından biri Şəfi bəy Rüstəmbəyli müəllifi olduğu həmin məqalədə erməni təcavüzünün əvvəl-axır erməni xalqına fəlakət gətirəcəyini nəzərə çatdırır daşnak güruhunu bu bəd iddialardan, “Böyük Ermənistanxülyasından birdəfəlik vaz keçməyə çağırır. Öz qonşuları ilə sülh əmin-amanlıq şəraitində yaşamağın vacibliyini qeyd edir.

 

Həmin məqalənin həm orijinal, həm tərcümə variantını sizə oxuculara təqdim edirəm. Bəlkə bu məqalə ilə üzvü olduğumuz Avropa Şurası Parlament Assambleyasının üzvlərini tanış edəsiniz.

 

Hörmətlə: Şirməmməd Hüseynov

 

 

Pora odumatğsə

 

V vozzvanii Nuri Paşi k azerbaydjanskim armənam zatraqivaetsə tot bolğnoy vopros, kotorıy sıqral i prodoljaet, k sojaleniö, iqratğ samuö otriüatelğnuö rolğ v istorii mirnoqo sojitelğstva kavkazskix narodov. Sosedniy nam armənskiy narod, k sojaleniö, v bolğşinstve svoem osleplennıy svoimi rukovoditeləmi v liüe fanatiçeskoy partiiDaşnaküutönğ”, sıqravşey rokovuö rolğ v istorii svoeqo naroda, podoşel v nastoəhiy moment vplotnuö k tomu sostoəniö, koqda neobxodimostğ nastoətelğno diktuet oqlənutğsə nazad, priznatğ vse svoi istoriçeskie oşibki i predprinətğ opredelennıe şaqi k radikalğnomu izmeneniö svoey politiki.

 

Putğ gtot bespovorotnıy otkaz ot intriq derjav soqlasiə, streməhixsə razruşitğ Ottomanskuö İmperiö, krovğö armənskoqo naroda, delaöhix svoö vostoçnuö politiku i pitaöhix vekami armənskiy narod nesbıtoçnımi vojdeleniəmi:- toqda tolğko vozmojno mirnoe sojitelğstvo armənskoy naüii s sosednimi narodami.

 

K sojaleniö, ehe ne zameçaem okonçatelğnoqo otrezvleniə rukovoditeley armənskoqo naroda, nesmotrə na vse krovavıe sobıtiə vo vsex çastəx Zakavkazğə: tak naprimer, bandı voorujennıx armən-dezertirov na qraniüe Kazaxskoqo uezda i na puti peredvijeniə tureükix voysk soverşaöt besçinstva nad mirnım musulğmanskim naseleniem i vedut partizanskuö voynu s proxodəhimi tureükimi gşelonami. V naqornoy çasti Qəndjinskoy qubernii poslednee vremə uçastilisğ napadeniə na koçevnikov musulğman. Çastğ Karabaxskix armən, poddaetsə qibelğnoy avantöre Andronika, podderjivaemoqo anqliyskim zolotom, i pokuşaetsə na üelğnostğ Azerbaydjanskoqo qosudarstva. Kakova bıla rolğ armənskix voyskovıx çastey i partii  Daşnaküutönğ” v bakinskix sobıtiəx, vsem izvestno...

 

Takova faktiçeskaə storona dela. Mejdu tem predstaviteli armənskoqo naroda v svoix ofiüialğnıx snoşeniəx s predstaviteləmi Qermano-Tureükoy koaliüiey zaəvləöt, çto arməne bespovorotno otvernulisğ ot anqliyskoy i bolğşevistskoy orientaüii; odnovremenno s nimi oni vedut usilennıe pereqovorı s predstaviteləmi Qermanii, prosə pokrovitelğstva . qotovı privetstvovatğ novuö orientaüiö armən, esli gto v deystvitelğnosti bılo voploheno v jiznğ, esli videli opredelennuö i iskrennöö borğbu armənskix predstaviteley v gtom napravlenii. K sojaleniö, qorğkiy opıt nam pokazıvaet, çto na nebolğşoy territorii Zakavkazğə armənskie politiçeskie kruqi priderjivaötsə raznıx, soverşenno protivopolojnıx druq druqu orientaüiy.

 

V odnoy çasti Azerbaydjana, qde nablödaetsə sfera Qermano-Tureükoqo vliəniə, oni zaəvləöt o svoey Qermano-Tureükoy orientaüii v druqoy je çasti eqo- v Baku, uje na dele, əvno primıkali k vrajdebnoy Qermanii koaliüii i voydə v tesnıy soöz s Anqliey veli upornuö borğbu s Tureüko-Azerbaydjanskimi voyskami. Ehe pri bolğşevistskom qospodstve v Baku tifliyskim, grivanskim daşnaküakanami ukazıvali na nasiliə, uçinennımi armənskimi voyskami nad mirnım naseleniem qoroda Baku i eqo qubernii. Na gto oni opravdıvalisğ əkobı bolğşevizmom nekotorıx armənskix voyskovıx çastey, a uçastiö partiiDaşnaküutönğ” v bolğşevistskoy vlasti pridavali znaçenie çisto informaüionnoqo xaraktera.

 

Na samom je dele, partiəDaşnaküutönğ”, pered kotoroy srazu vdruq spasovali druqie armənskie partii i daje naüionalğnıy sovet, obcəvila o svoey polnoy solidarnosti s bolğşevikami, v deystvitelğnosti, ruka ob ruku s nimi, podverqala oqnö i meçu Bakinskuö quberniö i Daqestan, prevrativ v razvalinı, mejdu proçem starinnıy qorod Şemaxu so vsem eqo vcezdom. Koqda je obstoətelğstva izmenilisğ, te je daşnaküakanı, poçuvstvovav nad soboy anqliyskuö silu, sverqli bolğşevikov i prodoljali svoö bezumnuö naüionalğnuö borğbu s musulğmanami uje sovmestno s anqliçanami. Bakinskiy orqan partii Daşnaküutönğ  Vpered”, na svoix stolbüax otkrıto podçerkival tesno Anqlo-Armənskiy soöz  v borğbe s Tureüko-Azerbaydjanskimi voyskami.

 

Takaə dvoystvennostğ v politike rukovodəhey armənskoy partii, vseqda qovorəhey ot imeni vseqo armənskoqo naroda, ne mojet ne obratitğ na sebə doljnoqo vnimaniə so storonı Qermanii, Turüii, Azerbaydjana i druqix zainteresovannıx narodov. Vsə otvetstvennostğ za posledstviə, kotorıe moqut bıtğ rokovımi dlə vseqo armənskoqo naroda padet na gtu partiö i ee vdoxnoviteley. No dlə nas vajno, çtobı armənskiy narod, nakoneü, ponəl vsö qibelğnostğ politiçeskoy avantörı partii  Daşnaküutönği poka ehe ne pozdno, otvernulsə ot nee, vstupiv na putğ iskrenneqo, luçşeqo sojitelğstva so svoimi sosedəmi. İnoy putğ bıl rokovım dlə neqo.

 

Ş.R. (Şafi bek Rustambekov)

 

QazetaAzerbaydjan” ¹ 2, 19 sentəbrə 1918 q. (Qəndja)

 

Bəd iddialardan vaz keçmək vaxtıdır

 

Nuru Paşanın Azərbaycan ermənilərinə müraciətnaməsində Qafqaz xalqlarının dinc yanaşı yaşama tarixində ən mənfi rol oynamış təəssüf ki, hələ oynamaqda davam edən yaralı bir məsələyə toxunulur.

 

Öz xalqının tarixində məşum rol oynamış fanatikDaşnaksütyunpartiyasının rəhbərləri qonşumuz erməni xalqının əksəriyyətini çaşdıraraq elə bir vəziyyətə çatdırıblar ki, indi onların dönüb geriyə baxmaları, tarixi səhvlərinin hamısını etiraf etmələri öz siyasətlərini kökündən dəyişdirməyə doğru müəyyən addımlar atmaları zərurətə çevrilib.

 

Bu yol erməni xalqının qanı bahasına Osmanlı imperiyasını dağıtmağa çalışan, öz Şərq siyasətini quran, erməni xalqını gerçəkləşməsi mümkün olmayan vədlərləqidalandıranmüttəfiq dövlətlərin fitnələrindən birdəfəlik imtina etməkdən ibarətdir. Erməni milləti qonşu xalqlarla yalnız bu halda dinc yanaşı yaşaya bilər.

 

Təəssüflər olsun ki, Zaqafqaziyanın hər bir tərəfində qanlı hadisələr baş verməsinə, məsələn, fərari ermənilərdən ibarət silahlı dəstələrin Qazax qəzasının sərhədində Türkiyə qoşunlarının hərəkət yolunda dinc müsəlman əhalisi arasında şuluqluq salmalarına buradan keçən Türkiyə eşelonlarına qarşı partizan müharibəsi aparmalarına baxmayaraq erməni xalqına rəhbərlik edənlərin tam ayıqlığını hələ görmürük. Son vaxtlar Gəncə quberniyasının dağlıq hissəsində köçəri müsəlmanlara daha tez-tez hücumlar olur.

 

Qarabağ ermənilərinin bir hissəsi İngiltərə qızılının dəstəklədiyi Andronikin məhvedici avantürasına məruz qalaraq Azərbaycan dövlətinin bütövlüyünə qəsd edir. Bakı hadisələrində erməni qoşun hissələrinin Daşnaksütyunpartiyasının necə rol oynadığı hamıya bəllidir...

 

Bu, məsələnin faktik tərəfidir. Bununla belə, erməni xalqının təmsilçiləri Almaniya-Türkiyə koalisiyası ilə rəsmi görüşlərdə bəyan edirlər ki, ermənilər İngiltərədən və bolşeviklərdən birdəfəlik üz döndəriblər; eyni vaxtda Almaniya nümayəndələri ilə güclü danışıqlar apararaq Almaniyanın onlara dəstək verməsini xahiş edirlər. Bunun həqiqətən həyata keçiriləcəyi, erməni təmsilçilərinin bu yöndə müəyyən və səmimi mübarizə apardıqlarını görəcəyimiz təqdirdə biz ermənilərin yeni oriyentasiyasını alqışlamağa hazırıq. Təəssüf, acı təcrübə göstərir ki, erməni siyasi dairələri Zaqafqaziyanın kiçik ərazisində bir-birilərinə zidd olan müxtəlif oriyentasiyalar nümayiş etdirirlər.

 

Azərbaycanın Almaniya ilə Türkiyənin təsir dairəsində olan hissəsində onlar Almaniya və Türkiyənin tərəfində olduqlarını bəyan etsələr də, başqa bir hissədə – Bakıda əməli surətdə Almaniyaya düşmən olan koalisiyaya qoşulmuş, İngiltərə ilə sıx ittifaqda Türkiyə-Azərbaycan qoşunlarına qarşı amansız mübarizə aparmışlar. Hələ Bakıda bolşeviklərin ağalıq etdikləri dövrdə biz erməni qoşunlarının Bakı şəhərinin və quberniyasının dinc əhalisinə qarşı törətdikləri zorakılıq barədə Tiflis və İrəvan daşnaksakanlarına məlumat vermişdik. Bununla bağlı onlar belə bəraət qazanmağa çalışmışdılar ki, bəzi erməni qoşun hissələri bolşeviklərə rəğbət bəsləyir, “Daşnaksütyun” partiyasının bolşevik hakimiyyətində iştirakına isə sırf informasiya xarakterli məna vermişdilər.

 

Əslində isə qarşısında bütün digər erməni partiyalarının və hətta Milli Şuranın geri çəkildiyi “Daşnaksütyun” partiyası bolşeviklərlə tam həmrəy olduğunu elan etdidoğrudan da, onlarla əl-ələ verərək Bakı quberniyasını və Dağıstanı atəşə tutub qılıncdan keçirtdi, qədim Şamaxı şəhərini, onun bütün girəcəklərini xarabalığa çevirdi. Vəziyyət dəyişəndə isə həmin daşnaksakanlar başları üzərində İngiltərənin gücünü hiss edərək bolşevikləri devirdilər və ingilislərlə birlikdə müsəlmanlara qarşı öz sərsəm milli mübarizələrini davam etdirdilər. “Daşnaksütyun” partiyasının Bakıdakı orqanı “Vperyod” qəzeti öz sütunlarında Türkiyə-Azərbaycan qoşunlarına qarşı mübarizədə ingilislərlə ermənilərin müttəfiq olduqlarını açıqca vurğulayırdı.

 

Həmişə bütün erməni xalqı adından danışan hakim erməni partiyasının siyasətindəki belə ikiüzlülük haqlı olaraq Almaniyanın, Türkiyənin, Azərbaycanın və digər əlaqədar xalqların diqqətini çəkməyə bilməz.

 

Bütün erməni xalqına bədbəxtlik gətirə biləcək hərəkətlərin nəticələrinə görə bütün məsuliyyət bu partiyanın və onun ilhamçılarının üzərinə düşür.

 

Amma bizim üçün vacibdir ki, erməni xalqı nəhayət ki, “Daşnaksütyun” partiyasının siyasi avantürasının bu xalqa fəlakət gətirəcəyini anlasın və hələ ki gec deyil, ondan üz döndərib öz qonşuları ilə səmimi, daha yaxşı birgəyaşayış yoluna qədəm qoysunlar. Başqa yol ona fəlakət gətirə bilər.

 

Ş.R. (Şəfi bəy Rüstəmbəyov)

 

“Azərbaycan” qəzeti, ¹ 2, 19 sentyabr 1918-ci il (Gəncə)

 

525-ci qəzet.- 2015.- 31 yanvar.- S.15.